Əmək münasibətlərində bu mövzu da daha çox mübahisə yaradan mövzulardan biridir:
Qeyd olunan əmək münasibəti və ya əmək mübahisəsinin yaranmaması üçün tərəflər, yəni, İşəgötürən və İşçi - əsasən aşağıdakı tələblərə əməl etməlidirlər:
1. İlk olaraq onu qeyd etmək istəyirəm ki, 8 saatlıq iş normasından fərqli olaraq, növbəli iş rejimində işləmək daha mürəkkəb və sual yaradan əmək münasibətləridir.
2. 8 saatlıq iş normasında iş vaxtının rejimi daha çox AR Əmək Məcəlləsi ilə tənzimlənir, növbəli iş rejimində bu əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənsədə, daha çox ümumi xarakter daşıyır və daha çox tərəflər arasında olan razılaşmalarla müəyyən edilir.
3.Əmək Məcəlləsinə əsasən, növbəli iş vaxtı rejiminin qaydaları — gündəlik və ya aylıq iş vaxtının müddəti, başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, artıq işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, həftəlik iş günlərinin sayı əsasən 3 sənədlə müəyyən olunur:
3.1. Müəssisədaxili intizam qaydaları və ya müəssisənin digər normativ xarakterli aktlar.
3.2. Tərəflər, yəni, İşəgötürənlə İşçi arasında bağlanmış Əmək müqaviləsi əsasında.
3.3. İşəgötürənlı Əmək kollektivi və ya onu təmsil edən Həmkarlar ittifaqları Təşkilatı arasında bağlanmış Kollektiv müqavilə ilə.
3.4. Fikirimcə: növbə üsulu ilə iş rejimində işləyən işçilərin iş rejiminin, İşəgötürənlə-İşçi arasında bağlanmış Əmək müqaviləsi ilə tənzimlənməsi daha düzgün,ədalətli, qanuni və məntiqlidir.
4. Qeyd olunan bu sənədlərdə yuxarıda göstərilən hallar, eyni zamanda: müəyyən səbəblərdən normadan az və ya çox işləyən iş vaxtlarına görə əmək haqqınln ödənilməsi, hava şəraiti və ya qəza ilə əlaqədar və digər səbəblərlə əlaqədar iş rejimi, əmək haqqının ödənilməsi, güzəşt və təminatlarla təmin və sair hallar əvvəlcədən tənzimlənməlidir.
5. Növbə üsulu iş rejimində işləyən işçilərin bu barədə olan sənədlərlə və onun şərtləri ilə əvvəlcədən tanış olmaq imkanı olmalıdlr: müəssisədaxili intizam qaydaları, idarə və ya müəssisənin digər normativ xarakterli aktları, İşəgötürənlə Əmək kollektivi və ya onu təmsil edən Həmkarlar Təşkilatı arasında bağlanmış Kollektiv müqavilə ilə.
7. Növbə üsulu ilə işləyən işçilərin - iş rejimi norması, normadan artıq işə görə işçilərin əmək haqqının ödənilməsi, əlavə saatlar, əlavə ödənişlər, güzəşt və şərtlər və digər təminatkar-AR Əmək Məcəlləsində nəzərdə tutulan təminatlardan aşağı olmamalıdlr.
8. Növbə üsulu ilə işləyən işçilərin iş vaxtının ümumi vaxtı - 12 saatdan çox olmamalıdlr.
9. Növbə üsulu ilə işləyən işçilərdə aylıq iş rejiminin ümumi müddəti - AR-nın Əmək Məcəlləsində nəzərdə tutulan aylıq iş normasından artıq olmamalıdlr. Müstəsna hallarda normadan artıq olduqda isə - ikiqat məbləğdə ödənilməlifir.
10. Növbə üsulu ilə işləyən işçilərin iş vaxtı - bayram, istirahət və digər qeyri iş günlərinə (şənbə - bazar günləri istisna olmaqla) ikiqat məbləğdə ödənilir.
11.Növbə üsulu ilə işləyən işçilərdə bir növbə ilə - digər növbə arasında ən azı 12 saat istirahət vaxtı olmalıdır.
12. Növbə üsulu ilə işləyən işçilərə: nahar və çay fasilələri verilməsi məcburidir
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələblərinə əməl etməyənlər üçün: maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur.
Azər Quliyev.
Teref.az