ŞİDDƏTLİ TOQQUŞMA:
Qəzzadakı özünümüdafiə qrupları İsrailə qarşı əməliyyatlara başladıqlarını elan ediblər.

Metbuat.az xəbər verir ki, qruplaşmalar əməliyyata “Qüdsün qılıncı” adını veriblər. Qruplaşmaların birgə məlumatına görə, əməliyyat çərçivəsində İsrailə məxsus zirehli texnika vurulub, hədəflərə raket zərbələri endirilib.

Qeyd edək ki, Əl-Əqsa məscidində yaşanan gərginlik toqquşmalara çevrilib. Qəzzadan İsrailə atılan raket zərbələrinə Təl-Əviv cavab verib. İsrail qırıcılarının Qəzza zolağını bombalaması nəticəsində 20 dinc insan həlak olub.

Dünyapress TV

Xəbər lenti