Nazirlə “Aqrar Tədarük və Təchizat” ASC-nin ŞÜBHƏLİ İŞBİRLİYİ... - FAKTLAR
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin uşaq bağçalarına kilosu 50 qəpiyə olan xiyarı kiloqramı 4 manatdan satması ilə bağlı araşdırma aparılır.
TİA.Az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Ancaq Kənd Təsərrüfatı Nazirliyi bu fakta susur, nə təkzib edir, nə də əsaslandırır.
Sual oluna bilər: KTN-nin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC neçə bağça və müəssisəni ərzaqla təmin edir?
Nə yazıq ki, bu barədə dəqiq informasiya əldə edə bilmədik. Amma “Aqrar Tədarük və Təchizat” ASC-nin adı dəyişdirilərək ləğv edilən sələfinin 2017-ci ildə verdiyi açıqlamaya görə, təkcə Şəmkir-Qazax Regional Bölməsi üzrə 158 körpələr evi-uşaq bağçası, 6 mərkəzi xəstəxana, 95 icra nümayəndəlikləri var. Onlar məhz bu qurum tərəfindən ərzaq məhsulları ilə təchiz edilirdi.
Nəzərə alsaq ki, Azərbaycanın 10 belə regional bölgəsi mövcuddur və hər birində aşağı-yuxarı eyni sayda bağça, mərkəzi xəstəxana və icra nümayəndəlikləri fəaliyyət göstərir.
O zaman bazar qiymətindən 10 dəfə baha satılan ərzaq malları ilə KTN-nin “qaz vurub qazan doldurduğunu” anlamaq çətin deyil.
Üstəlik, “Aqrar Tədarük və Təchizat” ASC-nin digər dövlət qurumlarını da ərzaqla təchiz etdiyini hesaba qatsaq, dəhşətli bir korrupsiya şübhəsi ortaya çıxır.
Nə yazıq ki, regionlardan gələn bəzi iddialar da bu təəssüratı gücləndirir. Belə iddialardan biri də uşaq bağçalarına verilən ərzaq məhsullarının qiyməti və keyfiyyəti ilə bağlıdır.
İmişlinin Mərzəli kənd bağçasının müdirəsi Mariya Lauşovanın bir müdət əvvəl verdiyi açıqlamada “Aqrar Tədarük və Təchizat” ASC-nın onlara ərzaq məhsullarını bazar qiyməti ilə müqayisədə ən azı 7 dəfə baha satdığı qeyd olunmuşdu.
Üstəlik, uşaqlarımıza yedirilən ərzaq məhsullarının keyfiyyəti də qənaətbəxş deyil. Bu qurumun və KTN-lə birgə maxinasiyalarının yeni detalları ilə bağlı araşdırma aparırıq.

Bölmənin digər xəbərləri

16 İyun 2021 Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
16 İyun 2021 Sumqayıtın baş memarının MEMUAR YAZASI VAXTIDIR... 4 divar arasında - İLGİNC FAKTLAR
16 İyun 2021 Qaçqınlara ayrılan pullar HARA GEDİR? - İTTİHAM
16 İyun 2021 Kristal Abşeronun sahibi Məhəyətin və ''krışası'' AĞALAR Vəliyevin ''KİRLİ'' biznesi... - Məhkəmə sədri Elçin niə qanunsuzluqları yol verir...
16 İyun 2021 Elmar Rüstəmovun müavini Aftandil Babayev həbs oluna bilər...- Aftandil Babayev 2015-ci ildə niyə Statistika Komitəsinin sədri ola bilmədi ? Onun xahişini kimlər etmişdi ?
15 İyun 2021 Ölkədə olmayan şəxs əlillik dərəcəsi alıb - İDDİA
15 İyun 2021 Daha bir başçı HƏBS OLUNA BİLƏR... - İDDİA
15 İyun 2021 Göyçayda yerləşən Aznar zavodunda özbaşınalıq baş alıb gedir - Niyə Rusiyalı milyarder Fərhad Əhmədov bunlara göz yumur? ŞİKAYƏT/FOTO
15 İyun 2021 Yevlax MERO-sunda rüşvət faktı – Video
15 İyun 2021 Şirvanda iki bacanaq "islahat"a qarşı - İlqar Abbasovla müavini Suraxanı "uğurlarını" davam etdirir
15 İyun 2021 Dövlət Miqrasiya Xidmətini talayıb, indi Bakı Şəhər Ticarət və Xidmət Departamentini İntiqam Məmmədovun milyonluq kolleksiyası – FOTOLAR
14 İyun 2021 Kəlbəcərin icra başçısı vətənpərvər dövlət qulluqçusunu vəzifədən niyə qovub? – Prezidentə ŞİKAYƏT
14 İyun 2021 GORANBOYDA SAXTA "QAZİ" ANAR SÜLEYMANOVUN YENİ "ŞANTAJ" OLAYLARI
14 İyun 2021 Əziz Əzizovla Cəmşid Hənifəyevin birliyi Suraxanıdakı qanunsuz tikilini başa çatdırıb?
14 İyun 2021 Əhalinin Əhəd Abıyev dərdi... - GİLEY
14 İyun 2021 Azərbaycan Dəmir Yolunun “kölgə” 1-ci müavini Əlirza Süleymanov - Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi
12 İyun 2021 Rövşən Məmmədov Əli Həsənova nə qədər pul verib? - ŞOK DETALLAR - FOTO
12 İyun 2021 Lerik rayonu Murya kənd tam orta məktəbin oliqarx direktoru – Əhməd Əhmədov
12 İyun 2021 Xaçmazda " yaşıl soyqırım" davam edir - Nazirin deputatın atasına gücü çatmır? VİDEO
12 İyun 2021 “KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

Dünyapress TV

Xəbər lenti