Nizami İcra Hakimiyyətindəki bandit dəstəsi –
Redaksiyamıza Orxan Həsənov adlı vətəndaş tərəfindən şikayət məktubu daxil olmuşdur. Müraciəti olduğu kimi olaraq dərc edirik:

Bu gün Bakının hansı rayonunun İcra Hakimiyyətində daha çox rüşvət yığılır?

Hansı İcra Hakimiyyəti daha çox korrupsiya girdabında çabalayır?

Hansı rayonda özəl sektorun təmsilçiləri daha çox incidilir, onlardan qanunsuz olaraq müxtəlif adlar altında vəsait toplanır?

Hansı rayonda iş adamlarını, tikinti şirkətlərinin nümayəndələrini dövlətdən narazı salmaq yönünda sistemli iş aparılır?..

Bütün bu sualların hamısının bir cavabı var: NİZAMİ RAYONUNDA! Bəli, bu gün Bakının Nizami rayonunun idarəçilik sistemi bütünlüklə korrupsiyaya uğrayıb. Bu rayonun İcra Hakimiyyətində vətəndaşların salamını da rüşvətlə alırlar. Burada iş görmək, insanları yeni iş yerləri ilə təmin etmək, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək istəyənlərin başına elə bir oyun açırlar ki, gedib Afrika ölkələrində biznes qurmaq daha səmərəli görünür. Tərəddüdsüz deyə bilərik ki, keçmiş başçı Arif Qasımovun yaratdığı rüşvət maşını bu gün də tam gücü ilə fəaliyyətdədir. Sanki bu maşının beyninə, “İş adamlarının qanını içmək” proqramı yüklənib. Özü də Qasımovun yoxluğu rüşvət sisteminə hər hansı təsir göstərməyib. Rüşvəti dünən necə yığırdılarsa, bu gün də eyni qaydada davam edirlər. Nə olsun ki, Arif Qasımov yoxdur. Onun adamları – korrupsiya və rüşvət aparatının bütün vintilləri bu gün də iş başındadırlar…

Arif Qasımov hələ vəzifədə olanda, Nizami rayon İcra Hakimiyyətində də ciddi yoxlamaların aparılacağı gözlənilirdi. Hətta Qasımovun həbs olunacağı da real ehtimal kimi səsləndirilirdi. Lakin bütün bunlar olmadı, əvəzində Qasımov biabırçı bir formada işdən azad olundu – adam uşaqların oyun meydançasına da göz dikibmiş…Parkda tikdirdiyi restoranı dövlət bir anın içindəcə yerlə yeksan elədi. Özü də AzTV-nin kamerası ilə dağıtdılar... Bu rüsvayçı hadisədən sonra Nizami rayonunun İcra Hakimiyyətində nəhayət normal iş siteminin qurulacağı, vətəndaşlarla münasibətlərin dövlətin tələb etdiyi standartlar üzrə formalaşdırılacağı, Qasımovun çürümüş komandasının bütün üzvlərinin İcra Hakimiyyətindən qovulacağına dair gözləntilər yaransa da, təəssüf ki, bütün bunlar baş vermədi. Belə göründü ki, gedən Arif Qasımovun cismiymiş, ruhu hələ də İcra Hakimiyyətinin mərtəbələrində dolaşır…

- “Arif Qasımov xeyli müddətdir icra başçısı vəzifəsindən azad olunsa da, o, Nizami rayonundan, daha doğrusu burada fəaliyyət göstərən tikinti şirkətlərindən, ayrı-ayrı sahibkarlardan əl çəkmir. Müxtəlif yüksək çinli məmurların adından istifadə edərək iş adamlarına, xüsusən də tikinti ilə məşğul olan şirkətlərə təzyiq edərək pul toplamağa çalışır”.

- "İcra Hakimiyyətində müavin vəzifəsi tutan şəxslər dövlətə deyil, məhz Arif Qasımova xidmət edirlər. Bu adamlar iş adamlarına qənim kəsiliblər. Tikinti şirkətləri onların əlindən zara gəlib”.

Bu nümunələr mətbuatda Nizami rayonundakı hazırkı vəziyyətlə bağlı dərc olunan yazılardandır. Məqalələrin demək olar ki, hamısında sahibkarların, tikinti şirkətlərinin üzləşdiyi problemlərdən, onların normal fəaliyyətinə imkan verilməməsindən və rüşvəttoplama əməliyyatlarından bəhs olunur. Fəaliyyəti daha çox narazılıq doğuran isə Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovdur. Şikayətçilər bu adamı Nizami rayonunda korrupsiya monstrı, baş kəsən, qan içən kimi təqdim edirlər. İddia olunur ki, tikinti şirkətlərinin, iş adamlarının üzərinə yeriyən, insanları hökumətdən narazı salmağa çalışan əsas fiqur məhz Tariyel Tahirovdur. “Bu adamı nə hökumətin qoyduğu qaydalar maraqlandırır, nə də dövlətin maraqları. Onun öz maraqları var. Qarnı çoxdan doysa da, gözü döymaq bilmir. Elə zənn edir ki, İcra Hakimiyyəti bunun dədə mülküdür, şəxsi təsərrüfatıdır. Üstəlik deyir ki, heç nədən və heç kəsdən qorxmur. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkib, belə təsəvvür yaratmağa çalışır ki, guya arxasında məhz o dayanır. Hakbu ki, bilənlər bilir, Tariyel Tahirovun Eldar müəllimlə heç bir əlaqəsi yoxdur. Eldar Əzizov Tariyelin əməllərindən xəbər tutsa, onun iş başında qalmasına imkan verməz. Yəqin ki, gec-tez bütün paxırlar açılacaq və Eldar Əzizov biləcək ki, Tariyel Tahirov onun adından istifaqdə edərək hansı qanunsuz əməllərlə məşğuldur”. Bir şikayətçinin dediklərindəndir bütün bunlar. Və belələrinin sayı çoxdur. Bu gün Nizami rayonunda elə bir sakin tapmaq olmaz ki, İcra Hakimiyyətinin fəaliyyətindən razılıq ifadə etsin. Hamı narazıdır, hamı gileylidir…

Məlumatlı şəxslər onu da bildirirlər ki, Tariyel Tahirovun fəaliyyəti araşdırılarsa, ortaya oluqca ciddi korrupsiya və rüşvət faktları çıxacaq. “Biz ümid edirik ki, Tariyel Tahirov öz əməllərinə görə bir gün qanun qarşısında cavab verəcək. Bu adam çox dəhşətli maxinasiyalara yol verib. Nizami rayonunda dövlət vəsaitlərinin talanması prosesinin də əsas iştirakçılarından biri məhz odur. Necə olur ki, belələri hələ də vəzifə başında qala bilirlər? Tariyel Tahirov bu gün Nizami rayonunda deyil, Kürdaxanıda olmalıdır. Ümumiyyətlə, Arif Qasımovun Nizami rayonundakı bandit dəstəsinin bir gün ifşa olunacağına inamımız böyükdür. Belə davam edə bilməz”. Bunu da narazı vətəndaşlar deyirlər.

Mövzunu davam etdirəcəyik.

Rubrika.Az

Bölmənin digər xəbərləri

16 İyun 2021 Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
16 İyun 2021 Sumqayıtın baş memarının MEMUAR YAZASI VAXTIDIR... 4 divar arasında - İLGİNC FAKTLAR
16 İyun 2021 Qaçqınlara ayrılan pullar HARA GEDİR? - İTTİHAM
16 İyun 2021 Kristal Abşeronun sahibi Məhəyətin və ''krışası'' AĞALAR Vəliyevin ''KİRLİ'' biznesi... - Məhkəmə sədri Elçin niə qanunsuzluqları yol verir...
16 İyun 2021 Elmar Rüstəmovun müavini Aftandil Babayev həbs oluna bilər...- Aftandil Babayev 2015-ci ildə niyə Statistika Komitəsinin sədri ola bilmədi ? Onun xahişini kimlər etmişdi ?
15 İyun 2021 Ölkədə olmayan şəxs əlillik dərəcəsi alıb - İDDİA
15 İyun 2021 Daha bir başçı HƏBS OLUNA BİLƏR... - İDDİA
15 İyun 2021 Göyçayda yerləşən Aznar zavodunda özbaşınalıq baş alıb gedir - Niyə Rusiyalı milyarder Fərhad Əhmədov bunlara göz yumur? ŞİKAYƏT/FOTO
15 İyun 2021 Yevlax MERO-sunda rüşvət faktı – Video
15 İyun 2021 Şirvanda iki bacanaq "islahat"a qarşı - İlqar Abbasovla müavini Suraxanı "uğurlarını" davam etdirir
15 İyun 2021 Dövlət Miqrasiya Xidmətini talayıb, indi Bakı Şəhər Ticarət və Xidmət Departamentini İntiqam Məmmədovun milyonluq kolleksiyası – FOTOLAR
14 İyun 2021 Kəlbəcərin icra başçısı vətənpərvər dövlət qulluqçusunu vəzifədən niyə qovub? – Prezidentə ŞİKAYƏT
14 İyun 2021 GORANBOYDA SAXTA "QAZİ" ANAR SÜLEYMANOVUN YENİ "ŞANTAJ" OLAYLARI
14 İyun 2021 Əziz Əzizovla Cəmşid Hənifəyevin birliyi Suraxanıdakı qanunsuz tikilini başa çatdırıb?
14 İyun 2021 Əhalinin Əhəd Abıyev dərdi... - GİLEY
14 İyun 2021 Azərbaycan Dəmir Yolunun “kölgə” 1-ci müavini Əlirza Süleymanov - Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi
12 İyun 2021 Rövşən Məmmədov Əli Həsənova nə qədər pul verib? - ŞOK DETALLAR - FOTO
12 İyun 2021 Lerik rayonu Murya kənd tam orta məktəbin oliqarx direktoru – Əhməd Əhmədov
12 İyun 2021 Xaçmazda " yaşıl soyqırım" davam edir - Nazirin deputatın atasına gücü çatmır? VİDEO
12 İyun 2021 “KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

Dünyapress TV

Xəbər lenti