Şübhəli tender:
Son bir il yarımda koronavirus pandemiyasına görə Təhsil Nazirliyinin tədris sahəsində olan fəaliyyətini fasilələrlə davam etdirsə də, digər sahədə, yeni təhsil müəssisələrinin tikintisi və təmiri yönündəki fəaliyyətini davam etdirdi. Bu məqsədlə nazirlik xeyli sayda satınalmalar həyata keçirib.

Qlobal.az xəbər saytı Təhsil nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin "cari təmir" lotları üzrə sifarişçi olduğu bir neçə şübhəli satınalma üzərində aaraşdırma aparıb.

Öncə qeyd edək ki, Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2020-ci ilin oktyabr ayının 26-da "Zaqatala rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması" və "Balakən rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması" lotları üzrə iki satınalma həyata keçirib.


1623213478_2.jpg
1623213539_3.jpg

İdarə Balakən rayonunun bir sıra təhsil müəssisələrinin cari təmirinə 166.120 manat, Zaqatala rayonunun bir sıra təhsil müəssisələrinin cari təmir işlərinə isə 121.540 manat ayırıb. Hər iki satınalma müqaviləsində Zaqatala və Balakən rayonlarının 1 məktəbinin təmir olunması nəzərdə tutulub. Ancaq müqavilədə məktəblərdə görüləcək işlərin predmetləri barədə məlumat verilmir.

Əsaslı Tikinti və Təchizat İdarəsinin sözügedən tenderinin qalibi "TURAN.İ.O" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

"TURAN.İ.O" MMC 2018-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 46, qanuni təmsilçisi isə Hüseyinov Nicat İldırım oğludur. On manat nizamnamə kapitalı olan "TURAN.İ.O" MMC-nin maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, təmit-tikinti işləri aparmaq üçün hansı lisenziyalara sahib olması barədə məlumat verilmir.

Halbuki, "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi şübhə doğuracaq satınalmalarının cari ildə də davam etdirib.

Belə ki, İdarə 2021-ci ilin may ayının 5-də daha iki tenderə yekun vurub.

1623213520_4.jpg
1623213549_5.png


Qəribədir ki, bu iki tenderin qalibi də ötən ildə olduğu kimi yenə "TURAN.İ.O" MMC olub.

"Zaqatala və Qax rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması" lotları üzrə keçirilən tenderin ümumi məbləği (159318+208244) 367.562 manat təşkil edib. Müqavilələrə əsasən Zaqatala rayonunun 3, Qax rayonunun isə 5 məktəbində təmir işləri aparılacaq.

1623213496_6.png

Burada maraqlı olan məqam isə Əsaslı Tikinti və Təchizat İdarəsinin 4 dəfə qalib elan etdiyi "TURAN.İ.O" MMC-nin hazırda dövlətə 11.310 manat vergi borcunun olmasıdır.

1623213484_7.png

Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişçi olduğu satınalmalarda görüləcək işlərin dəfələrlə "şişirdildiyi" deyilir.

Cahandar Laçınlı

Qlobal.az

Bölmənin digər xəbərləri

16 İyun 2021 Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
16 İyun 2021 Sumqayıtın baş memarının MEMUAR YAZASI VAXTIDIR... 4 divar arasında - İLGİNC FAKTLAR
16 İyun 2021 Qaçqınlara ayrılan pullar HARA GEDİR? - İTTİHAM
16 İyun 2021 Kristal Abşeronun sahibi Məhəyətin və ''krışası'' AĞALAR Vəliyevin ''KİRLİ'' biznesi... - Məhkəmə sədri Elçin niə qanunsuzluqları yol verir...
16 İyun 2021 Elmar Rüstəmovun müavini Aftandil Babayev həbs oluna bilər...- Aftandil Babayev 2015-ci ildə niyə Statistika Komitəsinin sədri ola bilmədi ? Onun xahişini kimlər etmişdi ?
15 İyun 2021 Ölkədə olmayan şəxs əlillik dərəcəsi alıb - İDDİA
15 İyun 2021 Daha bir başçı HƏBS OLUNA BİLƏR... - İDDİA
15 İyun 2021 Göyçayda yerləşən Aznar zavodunda özbaşınalıq baş alıb gedir - Niyə Rusiyalı milyarder Fərhad Əhmədov bunlara göz yumur? ŞİKAYƏT/FOTO
15 İyun 2021 Yevlax MERO-sunda rüşvət faktı – Video
15 İyun 2021 Şirvanda iki bacanaq "islahat"a qarşı - İlqar Abbasovla müavini Suraxanı "uğurlarını" davam etdirir
15 İyun 2021 Dövlət Miqrasiya Xidmətini talayıb, indi Bakı Şəhər Ticarət və Xidmət Departamentini İntiqam Məmmədovun milyonluq kolleksiyası – FOTOLAR
14 İyun 2021 Kəlbəcərin icra başçısı vətənpərvər dövlət qulluqçusunu vəzifədən niyə qovub? – Prezidentə ŞİKAYƏT
14 İyun 2021 GORANBOYDA SAXTA "QAZİ" ANAR SÜLEYMANOVUN YENİ "ŞANTAJ" OLAYLARI
14 İyun 2021 Əziz Əzizovla Cəmşid Hənifəyevin birliyi Suraxanıdakı qanunsuz tikilini başa çatdırıb?
14 İyun 2021 Əhalinin Əhəd Abıyev dərdi... - GİLEY
14 İyun 2021 Azərbaycan Dəmir Yolunun “kölgə” 1-ci müavini Əlirza Süleymanov - Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi
12 İyun 2021 Rövşən Məmmədov Əli Həsənova nə qədər pul verib? - ŞOK DETALLAR - FOTO
12 İyun 2021 Lerik rayonu Murya kənd tam orta məktəbin oliqarx direktoru – Əhməd Əhmədov
12 İyun 2021 Xaçmazda " yaşıl soyqırım" davam edir - Nazirin deputatın atasına gücü çatmır? VİDEO
12 İyun 2021 “KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

Dünyapress TV

Xəbər lenti