Avrasiya Universitetində “ailə klanı” - İTTİHAM
Azərbaycanın ən qalmaqallı ali təhsil müəssisələrindən hesab olunan Bakı Avrasiya Universiteti çox zaman burada baş verən neqativ hallarla gündəmə gəlir. 1992-ci ildən fəaliyyət göstərən universitetdə imtahan sesiyalarında rüşvətin az qala ayaq açıb yeridiyi barədə dəfələrlə məlumatlar yayılıb. Aktualxeber.az-a daxil olan məlumata görə növbəti yay sessiyası ərəfəsi tələbələrin ürəyindən yenə də qara qanlar axır. Çünki, BAU-da onların biliyindən çox ciblərinə baxıb qiymət yazırlar.
Düzdür qəbul imtahanları zamanı BAU tələbələrə xüsusi güzəştlər, təhsil haqqlarında endirimlər elan etsə də burada təhsil alanların bildirdiyinə görə sonradan bu “endirimlər”i onların gözündən elə gətirirlər ki, heç ruhun da incimir. İmtahan sessiyası başlar-başlamaz universitetdə açıq bazarlıq başlanır. Çox cüzi sayda tələbəyə güzəştlər edilsə də tələbələrin mütləq əksəriyyəti “domokl qılıncının” altından keçməlidirlər. Qiymətlər isə hər imtahana görə 200-300 manat arasında dəyişilir. Hətta universitetdə “nisyə dəftərinin” olması barəsində də məlumatlar verilir. Belə ki, ödəməni bir dəfəyə edə bilməyən tələbələr “faizsiz, zaminsiz kredit” şərtlərindən də yararlana bilirlər.
Bakı Avrasiya Universiteti artıq yay bazarını açıq elan edib. Nazim Hüseynlinin rəhbərlik etdiyi ali məktəb imtahanları “asan”laşdırıb. Əslində, imtahanlar onlayn qaydada kompüterdə verilir. Guya şəffaflıq təmin olunur. Lakin kosmetik xarakter daşıyan elektron imtahandan göstərilən nəticələr əhəmiyyət daşımır. Tələbələr elə vəziyyətə salınır ki, onlar dekanlarla, metodistlərlə təmasa keçərək semestr imtahanlarının qiymətlərini həll etməyə çalışırlar. Rektor oğlu Günhan Hüseynlini BAU-ya prorektor, qızı Nigar Hüseynovanı isə İcra aparatının rəhbəri təyin edib. Universitetdə bütün idarəçilik G.Hüseynlinin əlindədir. Heç bir pedoqoji təhsili olmayan Günhan Hüseynlinin “uğurlu” fəaliyyəti nəticəsində bir zamanların ən yaxşı ali təhsil müəssisələrindən biri olan BAU-nu tanınmış alimlər və təcrübəli müəllimlər tərk edib. BAU-nun dekanı olmuş və universitetdəki özbaşınalığa etiraz etdiyi üçün işdən çıxarılan Əjdər Yunus Rzanın vaxtilə sosial şəbəkədə yazdıqları universitetin bazar qanunları ilə idarə olunduğunu bir daha təsdiqləyir: “Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam.Bununla fəxr edirəm. Sizə analoqu olmayan “lalapiti” cədvəllə yaz semestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram”. Lakin onun gedişindən sonra heç nə dəyişməyib. Qış, yay semestr imtahanlarından tutmuş, qaiblərə qədər pul istəyirlər.
Xatırladaq ki, bir müddət əvvəl sabiq millət vəkili Nazim Məmmədov Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlini yalançılıqda ittiham etmişdi. Bu barədə o, sosial şəbəkədə yazmışdı. N.Məmmədov bildirmişdi ki, Gədəbəyin Düzrəsullu, Şınıx kəndinin qazlaşdırılması üçün vaxtı ilə ölkə prezidentinin, baş nazirin, “Azəriqaz” rəbərliyinin, və Maliyyə Nazirliyinin yanında məsələ qaldırıb. Bütün bunlardan sonra sözügedən kəndlərin qazlaşdırılmasına nail olub. Amma Avrasiya Universitetin rektoru Nazim Hüseynli onun işinə kölgə salaraq kəndlərin qazlaşdırılması ilə bağlı məsələni öz adına çıxarıb.
Bundan əlavə N.Hüseynlinin həbs edilən MTN generalı Teymur Quliyev quda olduğu bildirilir. Eldar Mahmudovun zamanında BAU-nun “krışası” elə T. Quliyev olmuşdur.
Aktualxeber.az-ın redaksiyasına müraciət edən BAU-nun regionşünaslıq fakültəsinin 2009-2013-cü illərdə tələbəsi olmuş Aytən Məmmədovanın problemi isə “Ginnesin rekordlar kitabına” düşəsidir. Çünki bu xanım universitetə heç bir təhsil haqqı, kredit borcu olmadığı halda 8 ildir ki, diplomunu ala bilmir. Nazim Hüseynlinin ailə klanının ötür-ötür oyununa düşən xanım bilmir dərdini kimə desin. Rektorun özü onu köməkçisinin yanına, köməkçi qızının yanına, qızı da qardaşının yanına göndərsə də hələ ki, ona bir kömək edən yoxdur. Bir neçə dəfə Təhsil Nazirliyinə də ayaq döyən məzun xanım problemini kimə deyəcəyini bilmir. Ümidvarıq ki, bizim bu yazımızdan sonra əlaqədar qurumlar bir tədbir görəcək və günhkar şəxslər də cazalarını alacaqlar.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

16 İyun 2021 Polis rəisinin aylıq 800.000 manat gəliri - FOTO
16 İyun 2021 Sumqayıtın baş memarının MEMUAR YAZASI VAXTIDIR... 4 divar arasında - İLGİNC FAKTLAR
16 İyun 2021 Qaçqınlara ayrılan pullar HARA GEDİR? - İTTİHAM
16 İyun 2021 Kristal Abşeronun sahibi Məhəyətin və ''krışası'' AĞALAR Vəliyevin ''KİRLİ'' biznesi... - Məhkəmə sədri Elçin niə qanunsuzluqları yol verir...
16 İyun 2021 Elmar Rüstəmovun müavini Aftandil Babayev həbs oluna bilər...- Aftandil Babayev 2015-ci ildə niyə Statistika Komitəsinin sədri ola bilmədi ? Onun xahişini kimlər etmişdi ?
15 İyun 2021 Ölkədə olmayan şəxs əlillik dərəcəsi alıb - İDDİA
15 İyun 2021 Daha bir başçı HƏBS OLUNA BİLƏR... - İDDİA
15 İyun 2021 Göyçayda yerləşən Aznar zavodunda özbaşınalıq baş alıb gedir - Niyə Rusiyalı milyarder Fərhad Əhmədov bunlara göz yumur? ŞİKAYƏT/FOTO
15 İyun 2021 Yevlax MERO-sunda rüşvət faktı – Video
15 İyun 2021 Şirvanda iki bacanaq "islahat"a qarşı - İlqar Abbasovla müavini Suraxanı "uğurlarını" davam etdirir
15 İyun 2021 Dövlət Miqrasiya Xidmətini talayıb, indi Bakı Şəhər Ticarət və Xidmət Departamentini İntiqam Məmmədovun milyonluq kolleksiyası – FOTOLAR
14 İyun 2021 Kəlbəcərin icra başçısı vətənpərvər dövlət qulluqçusunu vəzifədən niyə qovub? – Prezidentə ŞİKAYƏT
14 İyun 2021 GORANBOYDA SAXTA "QAZİ" ANAR SÜLEYMANOVUN YENİ "ŞANTAJ" OLAYLARI
14 İyun 2021 Əziz Əzizovla Cəmşid Hənifəyevin birliyi Suraxanıdakı qanunsuz tikilini başa çatdırıb?
14 İyun 2021 Əhalinin Əhəd Abıyev dərdi... - GİLEY
14 İyun 2021 Azərbaycan Dəmir Yolunun “kölgə” 1-ci müavini Əlirza Süleymanov - Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi
12 İyun 2021 Rövşən Məmmədov Əli Həsənova nə qədər pul verib? - ŞOK DETALLAR - FOTO
12 İyun 2021 Lerik rayonu Murya kənd tam orta məktəbin oliqarx direktoru – Əhməd Əhmədov
12 İyun 2021 Xaçmazda " yaşıl soyqırım" davam edir - Nazirin deputatın atasına gücü çatmır? VİDEO
12 İyun 2021 “KapitalBank”ın Gəncə filialının HARIN RƏHBƏRLİYİ... - İTTİHAM

Dünyapress TV

Xəbər lenti