20 qəpiklik maska əlilə niyə 20 manata başa gəlir? -
“Bakı Nəqliyyat Agentliyini və Dövlət Yol Polisini durdurmağınızı diləyirik “
Bir qrup əlilliyi olan şəxs daxili işlər naziri , korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü, general-polkovnik Vilayət Eyvazova müraciət edib. Müraciətdə deyilir :
“Hörmətli cənab nazir!
Sizə üz tutmağımızın başlıca səbəbi Bakı Nəqliyyat Agentliyinin (BNA) və Dövlət Yol Polisinin (DYP)“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 13.4 və “Yol hərəkəti haqqında” qanunun 53-cü, 64-cü maddələrinə zidd olaraq əlilliyi olan şəxslərin idarə etdikləri avtomobillərə parklanma yerləri ayırmamasından, hər dayanma-durmada 20 manat cərimə yazmasındandır. Biz əlilliyi olan şəxslərik, elə olur bir dərmanı tapmaq üçün 5-6 aptekə baş vururuq. Heç birinin yanında da parklanma yeri yoxdur. Elə ki, maşını saxlayırıq ki, düşək, məsələn, 20 qəpiklik maska alaq, məlum olur ki, BNA və ya DYP 3.28-3.30 (“dayanma-durma qadağandır”) qadağan nişanlarının pozulmasına görə 20 manat cərimə yazıb . Beləcə, 20 qəpiklik maska əlilə 20 manata başa gəlir. Elə olur ki, hansısa “tapılmayan” dərman üçün 5-6 aptekə dəyməli oluruq. Dərmanı tapıb-tapmamağımız bir yana, hər aptekin yanında iki-üç dəqiqəlik dayanıb durmağa görə 20 manat hesabı ilə toplam 120 manat cərimə “qazanırıq”. Əlilliyi olan şəxslərə belə “bahalı” (qanunsuz) yanaşma tərzini bir qırağa qoyaq , axı, “Yol hərəkəti haqqında” qanunun 64-cü (“Qadağan nişanları”) maddəsinin 4-cü hissəsində 3.2, 3.28-3.30 qadağan nişanlarının qüvvəsinin əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə şamil edilmədiyi təsbit olunub! Eyni zamanda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 13.4 maddəsində və “Yol hərəkəti haqqında” qanunun 53.X maddəsində yazılıb ki, parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq ) əlilliyi olan şəxslər üçün ayrılır. BNA niyə indiyədək parklanma yerlərinin ayrılmasını təşkil etməyib? Belə çıxır, bilərəkdən parklanma yerləri təşkil olunmur ki, cərimə tətbiq etsinlər? Gündəlik tələbat mallarına görə getdiyimiz marketlər bir yana qalsın, axı, biz dərmansız, pandemiya dönəmində maskasız keçinə bilmirik. Heç olmasa , apteklərin yanında parklanma yerləri ayrılsın ki , 20 qəpiklik maskaya görə, əlilliyi olan şəxs 20 manat ödəməyə məcbur edilməsin.
Hörmətli cənab general savaş əlillərinə necə diqqət və qayğı yanaşdığınızı bildiyimiz üçün sizə müraciət etmək qərarını aldıq.
Sizdən müraciətimizin inzibati qaydada araşdırılmasını, bizim ağır tibbi-sosial durumumuzu nəzərə alıb, əlilliyi olan şəxslərə əsassız yazılan cərimələrin ləğvi üçün səlahiyyətlərinizdən yararlanmağı, BNA və DYP-ni durdurmağınızı diləyirik”
Hörmətlə:
Nurəddin İsmayılov
Xaliq Abbaszadə
Müşfiq İsmayılov
Mirbaba Əhmədov
Eldar Yusifov
Respublika Qazilər Birkiyi
Rey Hərimoğlu
və b.
300 Qarabağ əlili imzalayıb
Teref.az

Bölmənin digər xəbərləri

11 May 2021 Saleh Məmmədovun adamınan Prezidentə ŞOK MÜRACİƏTİ - VİDEO
11 May 2021 Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO
11 May 2021 Qida Təhlükəsizliyi İnstitutu 400 minə "qəssabxana" tikir - Şübhəli tender
11 May 2021 Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, Kəlbəcər hara, barama hara... - İcra başçısı öz müavinləri ilə yola getmir...
11 May 2021 Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
11 May 2021 Xaçmazda polis rəisinin müavini Vüqar Orucovla rayon məhkəməsinin hakimi Sərxan Səmədzadənin “işbirliyi”- Nivelir oğurlayanlardan 6 min rüşvəti kim alıb ?
11 May 2021 Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...
10 May 2021 Masallı belə idarə olunur... - İTTİHAM
10 May 2021 Sumqayıt təhsilində nələr baş verir? - İDDİA
10 May 2021 Qorxmaz Hüseynovun kürəkəni Turan Həsənzadə saxlanılıb
09 May 2021 Salyanın icra başçısı Şorsulu kəndində yerləşən böyük vətən müharibəsi abidəsinin yerini obyekt kimi satıb?-Fotolar
09 May 2021 Xaçmazda xalqı kim qəzəbləndirir? ...- Meşə massivi satılaraq, qırdırılır - VİDEO
09 May 2021 "Azərişıq" Xəzər rayonunda vətəndaşın sayğacını niyə söküb apardı? - ŞİKAYƏT+FOTO
08 May 2021 Cəlilabadda şok olay: Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO
08 May 2021 Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? - İTTİHAM
08 May 2021 Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...
08 May 2021 Bu dövlətin yiyəsi yoxdur,kimə müraciət edək- Ağdam sakinin üsyana başçı Vaqif Həsənov məcbur edir!?. VİDEO
08 May 2021 Gəncədə təhsil işçiləri ilə bağlı ŞOK İDDİA - qumarda yeddi yüz min manat uduzub?
08 May 2021 Otel, yoxsa əxlaqsızlıq yuvası ?- Nəsimi rayonunda, HAZZ və NEMİ otellərdə nələr baş verir?
08 May 2021 Rəşad Əhmədovdan şikayət – İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti