Vüqar Qasımovdan elektron qolbaq söhbəti-
Cənab Prezident İlham Əliyev əfv sərəncamları, cəzaların yüngülləşdirilməsi, məhkumlara humanist yanaşma və digər addımları ilə ədliyyə sistemində köklü dəyişikliklər edib.
Yəni Azərbaycanda heç vaxt ev dustaqlığı, məhkumun elektron bilərzik-qolbaq vasitəsilə nəzarətdə saxlanılması və.s kimi yüngül cəza tədbirləri olmayıb. Bunlar ölkə başçısının humanist, insani siyasətinin təzahürüdür. Və buna görə, ədliyyə sistemində probasiya deyilən sahə yarandı. Ədliyyə nazirliyinin uyğun qurumlarının adı dəyişdi və hazırda “ İcra və probasiya” adlanır.
Amma çox təəssüf ki, ölkə başçısının bu nəcib addımları ədliyyə əməkdaşları tərəfindən normal icra olunmur.
Belə icra məmurlarından biri də Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımovdur.
Vüqar Qasımov yaşlı ev dustağı məhkumun “rəis, ayaqlarım şişir elektron qolbağı ayağıma yox, qoluma vurun” xahişinə nə cavab versə yaxşıdır: Əə, puldan-zaddan ver, yoxsa qolbağı başqa yerinə taxaram”.
Bəli, bu adam savadsız, hüquq anlayışı olmayan birisidir. Qardaşı, Nizaminin sabiq icra başçısı Arif Qasımovun hesabına ədliyyə sistemində işə düzəlib.
Onu da qeyd edək ki, Vüqar Qasımov kimlərisə vəzifəyə düzəltmək adı altında müxtəlif vətəndaşlardan böyük məbləğdə pul alan şəxsdir.
Qardaşı Arif Qasımov vəzifədən çıxarılmadı e, biabırcasına qovuldu. Bunlar onun qardaşı Vüqar Qasımova dərs olmur.
Vüqar Qasımov ədliyyə məmurundan çox manısa oxşayır. Yeganə xobbisi müğənni xanımların qulluğunda durmaqdır. Hətta xanım müğənnilərə sponsorluq da edir.
Bundan soruşan lazımdır ki, bu pulları haradan qazanmısan ?
Qəbula gələnləri saatlarla qapı dalında saxlayan bu ''mazoxist''-məmur başa düşmür ki, eyni aqibəti ona bir gün “ağzıbağlı”da yaşadacaqlar.
Vüqar Qasımov rəisi olduğu şöbədə saxladığı “qoçusunun” hesabına rüşvət dəftəri tərtib edib və hər gün axşam çağı haqq-hesab olur.
Zavallı anlamır ki, o dəftərdəki bütün rəqəmlər “zapis” olur. Bir gün o dəftəri qabağına qoyacaqlar. Hazır ol, cənab Qasımov!
P.S. Görəsən, Ədliyyə Nazirliyinin, Baş İcra İdarəsi hara baxır ?
/gundelik-baku.com/

Bölmənin digər xəbərləri

11 May 2021 Saleh Məmmədovun adamınan Prezidentə ŞOK MÜRACİƏTİ - VİDEO
11 May 2021 Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO
11 May 2021 Qida Təhlükəsizliyi İnstitutu 400 minə "qəssabxana" tikir - Şübhəli tender
11 May 2021 Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, Kəlbəcər hara, barama hara... - İcra başçısı öz müavinləri ilə yola getmir...
11 May 2021 Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
11 May 2021 Xaçmazda polis rəisinin müavini Vüqar Orucovla rayon məhkəməsinin hakimi Sərxan Səmədzadənin “işbirliyi”- Nivelir oğurlayanlardan 6 min rüşvəti kim alıb ?
11 May 2021 Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...
10 May 2021 Masallı belə idarə olunur... - İTTİHAM
10 May 2021 Sumqayıt təhsilində nələr baş verir? - İDDİA
10 May 2021 Qorxmaz Hüseynovun kürəkəni Turan Həsənzadə saxlanılıb
09 May 2021 Salyanın icra başçısı Şorsulu kəndində yerləşən böyük vətən müharibəsi abidəsinin yerini obyekt kimi satıb?-Fotolar
09 May 2021 Xaçmazda xalqı kim qəzəbləndirir? ...- Meşə massivi satılaraq, qırdırılır - VİDEO
09 May 2021 "Azərişıq" Xəzər rayonunda vətəndaşın sayğacını niyə söküb apardı? - ŞİKAYƏT+FOTO
08 May 2021 Cəlilabadda şok olay: Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO
08 May 2021 Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? - İTTİHAM
08 May 2021 Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...
08 May 2021 Bu dövlətin yiyəsi yoxdur,kimə müraciət edək- Ağdam sakinin üsyana başçı Vaqif Həsənov məcbur edir!?. VİDEO
08 May 2021 Gəncədə təhsil işçiləri ilə bağlı ŞOK İDDİA - qumarda yeddi yüz min manat uduzub?
08 May 2021 Otel, yoxsa əxlaqsızlıq yuvası ?- Nəsimi rayonunda, HAZZ və NEMİ otellərdə nələr baş verir?
08 May 2021 Rəşad Əhmədovdan şikayət – İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti