Sudan milyonlar qazanan Rafiq Aslanov, Cahan Məmmədovlar-
Atalarımız bir zaman “su qiymətinə” deyəndə ən ucuz məhsulu nəzərdə tutublar. Hətta dilimizdə “Hamam suyu ilə özünə dost tutanlar” deyimi də var.
Bəli, müdriklərimiz haradan bilərdi ki, vaxt gələcək suyun qiyməti ceyran belinə qalxacaq, hətta su uğrunda müharibələr olacaq.
Zarafat bir yana, analitiklər deyir ki, neft-qaz uğrunda müharibələr keçmişdə qaldı, yaxın gələcəkdə su mənbələri uğrunda müharibələr olacaq.
Sözümüzün canı odur ki, bir millət olaraq su ilə bağlı düşüncələrimizi dəyişməli, sudan israfçılığa son qoymalı, suyun qədrini bilməliyik. Unutmayaq ki, neft-qaz sarıdan zəngin olsaq da, içməli, şirin, həm də suvarma suları sarıdan zəngin ölkə deyilik, hətta qonşu ölkələr bizdən su sarıdan çox zəngindir.
Bu günlərdə suvarma suları ilə bağlı oxuduğumuz bir məqalə bizi şoka saldı. Təsəvvür edirsiniz, suvarma kanallarında su itkisi az qala 30-40 faizdir. Bilirsiniz bu nə deməkdir ? 100 ton suyun 30-40 tonu yolda torpağa hopur, itkiyə gedir, yəni “mənzil başına” çatmır. Dünyada belə israfçılıq olmaz e, cənablar.
Babalarımız boş yerə su arxlarına daş döşəmirdilər ee və adına da daşarx deyirdilər, hətta Naxçıvanda Daşarx kəndi var. Məqsəd su itkisinin qabağını almaq idi. Əgər bunu 100 illər əvvəl babalarımız edibsə, XXI əsrdə biz niyə edə bilmirik ? Bu qədər su itkisi olar ? Söhbət milyonlardan gedir ee...
Açın qulaqlarınızı eşidin eyy Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərləri olan şəxslər.
Sözümüz sizədir, ey 16 ildir Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olan Rafiq Aslanov.
Bəs bu boyda problemləri görmürsünüz ?
Başınız qarışıb rüşvətə, korrupsiyaya, su yadınızdan çıxıb. Əslində çıxmayıb, su sizə milyonlar qazandırıb. Və sizin həyatınız başdanbaşa su ilə bağlıdır. Buyurun baxın:
1984 - 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləmisiniz,
1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışmısınız,
2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinisiz,
Suyun hesabına neçə-neçə orden-medal almısız və s
Bəs, siz nə düşünürsünüz, Cahan Məmmədov ?
45 ildir aqrar sahədə çalışırsan, bütün həyatınız bu sahəyə bağlıdır.
1976-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində Baş idarəsinin rəisi,
1986-1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Baş idarənin rəisi,
1989-1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Baş İdarənin rəisi,
1993-2005-ci illərdə, yəni düz 13 il Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini və ...
2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyirsiniz.
15 ilə yaxındır, su APARAT-ının başında durmusan. Sudan milyonlar qazanmısınız.
Həm də suyun hesabına Azərbaycan İqtisad Universitetində müəllim işləmisiniz.
Tələbələrə nə mühazirə oxuyurdunuz, Cahan müəllim ?
Deyirlər, tələbələr üçün dərslik yazırsınız. Adı da maraqlıdır: Su aydınlıq deyil, mənlikdir.
Bəli, su aydınlıq deyil, sizlikdir, cənab Rafiq Aslanov, Cahan Məmmədov !
gundelik baki

Bölmənin digər xəbərləri

11 May 2021 Saleh Məmmədovun adamınan Prezidentə ŞOK MÜRACİƏTİ - VİDEO
11 May 2021 Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO
11 May 2021 Qida Təhlükəsizliyi İnstitutu 400 minə "qəssabxana" tikir - Şübhəli tender
11 May 2021 Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, Kəlbəcər hara, barama hara... - İcra başçısı öz müavinləri ilə yola getmir...
11 May 2021 Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
11 May 2021 Xaçmazda polis rəisinin müavini Vüqar Orucovla rayon məhkəməsinin hakimi Sərxan Səmədzadənin “işbirliyi”- Nivelir oğurlayanlardan 6 min rüşvəti kim alıb ?
11 May 2021 Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...
10 May 2021 Masallı belə idarə olunur... - İTTİHAM
10 May 2021 Sumqayıt təhsilində nələr baş verir? - İDDİA
10 May 2021 Qorxmaz Hüseynovun kürəkəni Turan Həsənzadə saxlanılıb
09 May 2021 Salyanın icra başçısı Şorsulu kəndində yerləşən böyük vətən müharibəsi abidəsinin yerini obyekt kimi satıb?-Fotolar
09 May 2021 Xaçmazda xalqı kim qəzəbləndirir? ...- Meşə massivi satılaraq, qırdırılır - VİDEO
09 May 2021 "Azərişıq" Xəzər rayonunda vətəndaşın sayğacını niyə söküb apardı? - ŞİKAYƏT+FOTO
08 May 2021 Cəlilabadda şok olay: Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO
08 May 2021 Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? - İTTİHAM
08 May 2021 Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...
08 May 2021 Bu dövlətin yiyəsi yoxdur,kimə müraciət edək- Ağdam sakinin üsyana başçı Vaqif Həsənov məcbur edir!?. VİDEO
08 May 2021 Gəncədə təhsil işçiləri ilə bağlı ŞOK İDDİA - qumarda yeddi yüz min manat uduzub?
08 May 2021 Otel, yoxsa əxlaqsızlıq yuvası ?- Nəsimi rayonunda, HAZZ və NEMİ otellərdə nələr baş verir?
08 May 2021 Rəşad Əhmədovdan şikayət – İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti