İmişli prokurorluğundan və polisindən prezidentə ŞİKAYƏTİmişli rayonu Soltanmuradlı kəndində qeydiyyatda olan Əliyev Əsgərxan İspərxan oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub.

Həmin şikayəti olduğu kimi dərc edirik:

 

 

 

 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına.

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova.

 

 

Müraciət:

 

 

Cənab Prezident.

Şikayətim İmişli rayon Prokuroru Valeh Səmədov, İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsinin Rəisi Ələhməd Əhmədovvə Baş Müstəntiq Nazim Hümbətov barəsindədir.

Məlumat üçün bildirirəm ki, 21 oktyabr 2020-ci il tarixdə həmkəndlilərim Orxan Əlili və Ələsgər Əlili qardaşları məni bıçaqla öldürməyə cəhd etmişlər. Hadisə Ərazi üzrə İcra Nümayəndəsinin, Yuxarı Qaralar Bələdiyyəsinin sədrinin və Bələdiyyə üzvlərinin gözləri qarşısında baş vermişdir. Fakt barədə həmin şəxslər tərəfindən rəsmi akt tərtib olunmuşdur. İşin araşdırılması İmişli RPŞ-nin Təhqiqat Bölməsinə tapşırılsa da təhqiqatçı qəsdən süründürməçilik edərək iş üçün mühüm əhəmiyyət kəsb edən zəruri hərəkətlər etməyərək qarşı tərəfə havadarlıq etdi. Odur ki, bu barədə Cənab Prezident Sizə və digər yuxarı instansiyalara şikayət ərizələri yazıb qanunamüvafiq tədbir görülməsini xahiş etdim. Nəticədə bir neçə ay əvvəl materialın araşdırılması İmişli RPŞ-nin İstintaq Bölməsinə tapşırıldı. Hazırda İstintaq Bölməsi də Təhqiqat Bölməsi kimi süründürməçiliklə məşğuldur.

Dəfələrlə İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsinin Rəisi Ələhməd Əhmədovun və Baş Müstəntiq Nazim Hümbətovun qəbulunda olub süründürməçiliyə son qoyulmasını və mənə qarşı cinayət əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etsəmdə nəticəsi olmadı.

Bu barədə Prokuror cənab Valeh Səmədova müraciət etsəmdə, qanunların icrasına nəzarət etməli olan Prokuror heç bir tədbir görmədi. Artıq İmişli rayon Prokurorluğunda, İmişli rayon Polis Şöbəsində mənim kimi çoxsaylı insanların haqlı şikayətlərinə baxılmaması və tədbir görülməməsi adi hal almışdır. 6 aya yaxın bir müddət keçməsinəbaxmayaraq şikayətim barəsində qanunamüvafiq tədbir görülmür.

Birmənalı olaraq mənim vətəndaş kimi İmişli rayon Polis Şöbəsinə münasibətdə mövqeyim ondan ibarətdir ki, Şöbədə kadr islahatının aparılmasına ciddi ehtiyac zərurəti yaranmışdır. Axı nə üçün mən və mənim kimi yüzlərlə vətəndaş Sizə və digər yuxarı instansiyalara müraciət edib kömək olunmasını xahiş etməlidi? Belə olan təqdirdə yuxarıda adları göstərilən vəzifəli şəxslərin vəzifəsi nədən ibarətdir? Onlar mənim kimi vətəndaşların şikayətinə baxılmasını təmin etmək üçün və qanunun aliliyinin qorunmasına görəvəzifəyə təyin olunublar. Ancaq Prokuror Valeh Səmədov, İmişli rayon Polis Şöbəsinin əməkdaşları Ələhməd Əhmədov və Nazim Hümbətov öz vəzifələrini qanunamüvafiq icra etmirlər.

 

Xahiş edirəm qanunamüvafiq tədbir görülməsinə kömək edəsiniz.

 

Əlaqə : 050 668 88 94 "İmişli prokurorluğundan və polisindən prezidentə ŞİKAYƏT

 

 

Bölmənin digər xəbərləri

11 May 2021 Saleh Məmmədovun adamınan Prezidentə ŞOK MÜRACİƏTİ - VİDEO
11 May 2021 Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO
11 May 2021 Qida Təhlükəsizliyi İnstitutu 400 minə "qəssabxana" tikir - Şübhəli tender
11 May 2021 Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, Kəlbəcər hara, barama hara... - İcra başçısı öz müavinləri ilə yola getmir...
11 May 2021 Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
11 May 2021 Xaçmazda polis rəisinin müavini Vüqar Orucovla rayon məhkəməsinin hakimi Sərxan Səmədzadənin “işbirliyi”- Nivelir oğurlayanlardan 6 min rüşvəti kim alıb ?
11 May 2021 Tovuzun “yezid”i Darvin Hüseynov əhalini su ilə imtahana çəkir- ŞƏHİDLƏRİMİZƏ HÖRMƏTSİZLİK EDƏN 8 saylı Tovuz Regional Sukanal İdarəsinin rəisi sudan milyonlar qazanır...
10 May 2021 Masallı belə idarə olunur... - İTTİHAM
10 May 2021 Sumqayıt təhsilində nələr baş verir? - İDDİA
10 May 2021 Qorxmaz Hüseynovun kürəkəni Turan Həsənzadə saxlanılıb
09 May 2021 Salyanın icra başçısı Şorsulu kəndində yerləşən böyük vətən müharibəsi abidəsinin yerini obyekt kimi satıb?-Fotolar
09 May 2021 Xaçmazda xalqı kim qəzəbləndirir? ...- Meşə massivi satılaraq, qırdırılır - VİDEO
09 May 2021 "Azərişıq" Xəzər rayonunda vətəndaşın sayğacını niyə söküb apardı? - ŞİKAYƏT+FOTO
08 May 2021 Cəlilabadda şok olay: Məktəb direktorun kiriminal aləmlə nə əlaqəsi?- VİDEO
08 May 2021 Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? - İTTİHAM
08 May 2021 Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...
08 May 2021 Bu dövlətin yiyəsi yoxdur,kimə müraciət edək- Ağdam sakinin üsyana başçı Vaqif Həsənov məcbur edir!?. VİDEO
08 May 2021 Gəncədə təhsil işçiləri ilə bağlı ŞOK İDDİA - qumarda yeddi yüz min manat uduzub?
08 May 2021 Otel, yoxsa əxlaqsızlıq yuvası ?- Nəsimi rayonunda, HAZZ və NEMİ otellərdə nələr baş verir?
08 May 2021 Rəşad Əhmədovdan şikayət – İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti