Azı 14 milyon manat xərclənən “Ağalı” hotelini hansı YAP-çının oğlu tikib? - Ağalar Vəliyevin oğlununda biznes "imperiya"-sı var ...
18 mayda Zəngilan rayonunun Ağalı kəndində İlham və Mehriban Əliyevalar “Ağalı” hotelinin açılışında iştirak ediblər.

Bu hotelin açılışı hələ 2022-ci ilin sonlarına planlaşdırıldı. Tikinti məlum olmayan səbəbdən 2022-ci ilin oktyabrından sonra dayanır, layihəni icra edən şirkətin sosial media hesabındakı paylaşım isə onun 2023-cü ilin oktyabrında yenidən davam etdirildiyini göstərir.

Hotelin tikintisinin birinci mərhələsinə nə qədər pul xərcləndiyi məlum olmasa da onun açılışından 2 ay əvvəl hotelin tam təchizatlı təmir və tamamlanma işləri ilə bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tender keçirir. Tenderdə “Crystal İnşaat” ASC qalib gəlir. Bunun üçün şirkətə 14 milyon 192 min manatdan artıq pul verilir.

Hotelin tikintisinin bu mərhələsini həyata keçirən “Crystal İnşaat” kimindir? İndiyədək hansı böyük tenderlərin qalibi olub? Bu şirkəti hazırda deputat olan YAP-çı ilə nə bağlayır? Araşdırmışıq!
Hotellə bağlı nə məlumdur?
Zəngilanın Ağalı kəndində yerləşən hotel tikintisi barədə ilk informasiyanı Prezident İlham Əliyevin 26 Aprel 2021-ci ildə Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı görmək mümkündür.

İlham Əliyevə yaradılan süni göl üzərində “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək “Arximed” qurğusu barədə məlumat verilərkən ərazidə hotel olacağı da sözarası deyilir.

Bundan sonra həmin hotel barədə düz 1 il sonra “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində danışılır. İlham Əliyev hotelin tikintisi ilə maraqlanır və ona bildirilir ki, hotel 62 nömrədən ibarət olacaq.

2021-ci ildən tiklməkdə olan və ehtimallara görə 1 il fasilə verilən hotelin tikintisi cəmi 2 ay ərzində yekunlaşır. 2024-cü ilin 4 martında hotelin təmir və tamamlanmasına 14 milyon 192 min 628 manat 20 qəpik pul ayrılır və 18 mayda İlham Əliyevlə həyat yoldaşı hotelin açılışını edir.

Əvvəlcə 62 nömrədən ibarət olacağı deyilən hotelin açılış günü 117 otaqdan ibarət olduğu məlum olur. Hotelin həcminin necə və niyə genişləndirilməsi ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.

Yeri gəlmişkən, şirkətin Facebook hesabında hoteldə gedən tikinti işləri ilə bağlı paylaşımlarda “Crystal İnşaat”ın hoteldə təmir və tamamlanma işləri aparması yox, tikinti işi gördüyü qeyd olunur.

İndiyədək “Crystal İnşaat” nə iş görüb?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1722062528_2.png
“Crystal Group” şirkətlər qrupuna aid olan “Crystal İnşaat” 2018-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb.

“Crystal İnşaat”ın indiyədək icrasında iştirak etdiyi və ya bütün tikintisini həyata keçirdiyi layihələrin bəzisi:

Zəngilan Beynəlxalq Hava Limanının tikintisində iştirak
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisində iştirak
Şəki Prokurorluğunun inzibati binasının tikintisi
Kürdəmir Prokurorluğunun inzibati binasının tikintisi
Pirallahı Prokurorluğunun inzibati binasının tikintisi
Şəki, Kürdəmir və Pirallahıdakı tikintilərə görə şirkət ümumilikdə 7 milyon 610 min manatdan artıq dəyəri olan tenderin qalibi olub.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə isə ümumilikdə nə qədər vəsait ayrıldığı məlum deyil. Bu yolun tikintisi ilə bağlı yalnız işlərin davam etdirilməsi üçün İlham Əliyevin Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayırdığı məlumdur.

Bu məbləğin də nə qədərinin “Crystal İnşaat”a ödənildiyi bilinmir.

“Crystal İnşaat” kimindir?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1722062529_3.jpg
Şirkətin Müşahidə Şurasının sədri Pərviz Vəliyevdir. O, hazırda Milli Məclisin YAP-dan olan deputatı Ağalar Vəliyevin oğludur.

Ağalar Vəliyev özü də biznesmen deputat kimi tanınır.

Meydan TV-nin 2015-ci ildə yayımladığı araşdırmaya görə, Ağalar Vəliyev 1996-cı ildən “Azəraqrartikinti” Dövlət Şirkətinin rəhbəri olub. 1997-ci ildə şirkət ləğv edilərək bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Araşdırmada qeyd olunur ki, cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə “hədiyyə” edilib.

Hələ 2015-ci ildə “Azəraqrartikinti” ASC-nin 40 filialı var idi.

Satınalmalar portalında bu ASC-nin yer aldığı və qalib gəldiyi cəmi 2 tender tapa bildik. Bunların da ümumi dəyəri 12 milyon manata yaxındır.

Meydan TV-nin əldə etdiyi və 1998-2014-cü illər aralığında baş tutmuş tenderlərə əsasən, Ağalar Vəliyevin rəhbəri olduğu ASC 85 milyon 634 min manatdan çox dəyəri olan layihələri icra edib.
Müəllif: Cavid Abdullayev
mikroskopmedia.com
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti