345 manat maaş, 280 manat pensiya ilə yaşamaq… – Deputat
Ölkə başçısı çıxışında bildirib ki, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Ölkəmizdə 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edib.

Bu sözləri müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.

O bildirib ki, gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq:

“Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əmək haqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi, 2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Təbii ki, hazırkı yüksək qiymətlər fonunda istər 345 manatlıq minimum aylıq əmək haqqı, istərsə də 280 manatlıq minimum pensiya həmin kateqoriyaya aid insanların minimum səviyyədə belə yaşaması üçün yetərli deyil”.

Deputat əlavə edib ki, hazırda hökumətdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri gedir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, bu il noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq. Bu, 2025-ci ilin Büdcə Zərfi sənədlərində öz əksini tapacaq. Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8 faiz çoxdur. Həmin rəqəmlərdən çıxış edərək demək olar ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin də sözügedən səviyyədə olması əmək haqqı, pensiya, müavinətlər sahəsində kəskin artım həyata keçirmək üçün yetərli deyil. Hələlik gələn ilin büdcə zərfi Milli Məclisə daxil olmadığından, minimum əmək haqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün deyil. Amma minimum əmək haqqı və minimum pensiyanın artım dinamikasından çıxış edərək təxmin etmək olar ki, büdcə zərfində öz əksini tapan rəqəmlər minimum əmək haqqı üzrə 400 manat ətrafında, minimum pensiya isə 320-330 manat civarında ola bilər”./teleqraf.com

Bölmənin digər xəbərləri

27 Sentyabr 2024 Reklamlarda sizi aldadanları nə gözləyir?
26 Sentyabr 2024 Sentyabr ayının bütün sosial ödənişləri yekunlaşıb
25 Sentyabr 2024 Nə qədər vətəndaşın maaş və pensiyası artacaq? - RƏSMİ
25 Sentyabr 2024 Uşaqları necə düzgün cəzalandırmaq olar? - Valideynlərə deyilən 3 əsas “olmaz”
24 Sentyabr 2024 Bağçalarda döyülən UŞAQLAR: - Azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır?
24 Sentyabr 2024 Pensiya və müavinətlərin artımı belə olacaq: Əməkhaqları isə… – Meyarlar açıqlandı
23 Sentyabr 2024  Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır" - NƏ ETMƏLİ?
23 Sentyabr 2024 İnsanların ölməzdən əvvəl peşman olduğu 5 şey - Tibb bacısı yazdı
21 Sentyabr 2024 Məhkəmə qərarı olmadan heç kəsin pensiyası kəsilə bilməz 51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur
21 Sentyabr 2024 “RƏSMİ OLARAQ VƏTƏNDAŞLIQDAN İMTİNA EDİRƏM” - Tovuz sakini dövlət qurumlarından şikayətçidir
21 Sentyabr 2024 Daha bunun nəyi DOST oldu ki... - İDDİA
20 Sentyabr 2024 Sosioloq od püskürdü: - Artıq məktəblər "zon", məktəblilər isə "vorzokon" olublar
20 Sentyabr 2024 “Üç uşağını atıb küçə qızı aldı” - Cəfəroğludan qalmaqallı açıqlama
19 Sentyabr 2024 Rusiyada miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı açıqlanıb
18 Sentyabr 2024 Saxta ekspertlər, saxta həkimlər, süni tövsiyələr, danlamaqlar… - GENDER BƏRABƏRLİYİ SİYASƏTİNƏ KÖLGƏ SALIR
18 Sentyabr 2024 Pensiyalar bu tarixdə tam ödəniləcək
17 Sentyabr 2024 Burda şəhid ailəsinin tutduğu vəzifəsi ixtisara salınır?!
17 Sentyabr 2024  Pensiya üçün ödədiyimiz pullar hara gedir? - AKTUAL
17 Sentyabr 2024 Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
17 Sentyabr 2024 Gürcüstan və Azərbaycanda orta aylıq əmək haqqı – 155 dollar fərq var

Dünyapress TV

Xəbər lenti