BELƏ HARA GEDİRİK?
Ölkədə təxminən hər 6 nəfərdən 1-i şagirddir. Təhsil müəssisələrindəki şagirdlərin sayı 1,6 milyon nəfəri keçir. Amma birinci sinfə gedənlərin sayının hər il azaldığı diqqət çəkir. Bu il ilk pilləyə qədəm qoyanların sayı 133 min nəfərdən bir qədər azdır. Son illərin statistikası aşkar azalmadan danışır. Məsələn, 6 il əvvəl birinci sinfə 164 mindən çox uşaq gedirdi.
Bizimyol.info xəbər verir ki, məktəbə hazırlıq qruplarında 90 min 672 uşaq təhsil almağa başlayıb. Çox yüksək göstərici deyil. Belə nəticəyə gəlmək olar ki, gələn il birinci sinfə daha az uşaq gedəcək. Hərçənd, məktəbə hazırlıq qruplarında da hamıya yer tapılmadığı məlumdur.

Birinci sinif şagirdlərinin sayı hər il təxminən 5 faiz azalır. Bu gedişlə yaxın illərdə say 100 min nəfərdən də az olacaq. Əslində, çox təhlükəli tendensiya ilə üz-üzəyik. Əhalinin ümumi çəkisində yeniyetmələrin payının azalmasına doğru gedirik.

Azalmanın əsas səbəbi nədir?
Mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Hər şeydən əvvəl uşaqlara sərf olunan vəsait artıb. Müasir valideynlər övladını hərtərəfli təmin etmək barədə daha çox düşünür. Təhsil imkanları geniş deyil, əksinə, xeyli məhdudlaşıb. Kənd yerlərində uşaqlara gün ağlamaq olmur. Abşeron yarımadasına köç uşaq sayının azalmasının əsas səbəblərindəndir. Çünki paytaxta pənah gətirən ailələr, adətən, kirayə mənzillərdə qalırlar, burada say artımını məqbul hesab etmirlər.

Bir sözlə, valideynlərin heç bir zəmanəti yoxdur. Onlar yaxşı təhsil, keyfiyyətli səhiyyə barədə düşünməli olurlar. Dövlət qurumları üzərinə düşəni yerinə yetirmir. Uşaq pulunun verilməməsi də ayrı zərbədir. Nəticədə doğum göstəriciləri aşağı düşür. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də bunu deyir.

Ümumiyyətlə, baş verənlər yaxşı gələcəkdən xəbər vermir. Ölkədə xüsusilə uşaqların qayğıya ehtiyacı var. Dövlət qurumları hər uşağın vacib ehtiyacları barədə düşünməlidir. Ortaya konkret proqram, konsepsiya qoyulmalıdır. Bir də gözümüzü açacağıq ki, əhali sayı azalmağa başlayıb.

Bölmənin digər xəbərləri

27 Sentyabr 2024 Azərbaycanda Anım Günüdür
27 Sentyabr 2024 Narin olayında yeni detallar: Bütün görüntülər silinib, ailə üzvləri telefonunu dəyişib və...
27 Sentyabr 2024 Bağlantı xidmətində inhisarçılıq pik həddinə çatıb Savaş qazilərinə qayğı göstərən operator hansıdır?
26 Sentyabr 2024 İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?
26 Sentyabr 2024 Kəmaləddin Qafarovun şirkətində ölüm hadisəsi İDDİA
26 Sentyabr 2024 Taksi və avtobus sürücülərini üz-üzə qoyan PROBLEM
26 Sentyabr 2024 Ölkədən çıxışa QADAĞA: Hansı hallarda xaricə gedə bilməyəcəksiniz?
25 Sentyabr 2024 Bakıda bu ərazidəki evlər siyahıya alınır: SÖKÜLƏCƏK - VİDEO
25 Sentyabr 2024 Bakıda bu binaların qiyməti süni formada ARTIRILIR - MÖHTƏKİRLƏR İŞ BAŞINDA!
25 Sentyabr 2024 "Metrodan minlərlə insan əziyyət çəkir, amma..." - VİDEO
25 Sentyabr 2024 "Tələbə universitetə çimərlik paltarında gəlməli deyil" - Millət vəkilindən həmin müəllimə DƏSTƏK
24 Sentyabr 2024  Müştəridən yemədiyi yeməyin pulu da istənilir... - GİLEY
24 Sentyabr 2024 Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa olundu
24 Sentyabr 2024 Bakıda insident: şirkətin ekskavatorunu kim və niyə yandırdı? - VİDEO
23 Sentyabr 2024 7 körpənin ölümünə yol açan məşum yanğın məhkəmədə araşdırılacaq - PERİNATAL MƏRKƏZ RƏSMİLƏRİ MÜTTƏHİMDİR
23 Sentyabr 2024 Həbs olunan Elman Paşayev döyüş bölgəsində xidmət aparıb? - Təfərrüat
23 Sentyabr 2024 İranda 5,2 maqnitudalı zəlzələ olub
23 Sentyabr 2024 Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
22 Sentyabr 2024 Xəzərdə yaradılmış süni torpaq sahəsinin tikintisi üçün şəhərsalma əsaslandırılması tələb edilməyəcək
21 Sentyabr 2024 Gömrük Komitəsi və Ceyhun Məmmədovun rəhbərlik etdiyi yanacaqdoldurma şəbəkəsi arasında çəkişmə

Dünyapress TV

Xəbər lenti