FTB Silikon Vadisindən olan böyük bir vençur fondunun fəaliyyətini araşdırır
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Silikon Vadisinə investisiya yatıran Kaliforniyada yerləşən "Hone Capital" vençur fondu ilə bağlı araşdırmaya başlayıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Fonda 115 milyon dollar sərmayə qoyan Kaliforniya investisiya fondunun maliyyələşdirilməsi Şanxaydan Kayman adaları, sonra Delaver ştatı vasitəsilə həyata keçirilib.

Yarandığı gündən bəri "Hone Capital" ABŞ-ın təxminən 360 startapına sərmayə qoyub. İndi səlahiyyətlilər bu startapların ən son texnologiyalarının və inkişaflarının Çinə sızmasından şübhələnirlər.

Fondun sərmayə qoyduğu ən böyük startaplardan bəzilərinə özü idarə edən avtomobil istehsalçısı "Cruise", ödənişlər xidməti "Stripe" və səsdən sürətli reaktiv təyyarə tərtibatçısı "Boom" daxildir. İstintaqdan xəbərdar olan FT-nin adı açıqlanmayan mənbələrinə görə, FTB müstəntiqləri Amerika fondunun çinli investorlarının dəqiq olaraq hansı məlumatlara, inkişaflara, texnologiyalara, patentlərə və s.-yə çıxışı olduğunu yoxlayır. Bildirilir ki, son bir neçə həftə ərzində müstəntiqlər təkcə fondun əməkdaşları ilə deyil, onun sərmayə qoyduğu startaplarla da danışıblar.

"CSC Group" məxfi məlumatların qanunsuz əldə edilməsində hər hansı əli olduğunu qəti şəkildə rədd edir. FTB istintaqla bağlı xəbərləri şərh etmir.
 

Bölmənin digər xəbərləri

27 Sentyabr 2024 Kreml divarlarının yanında atışma - Kadırov-Kərimov "razborka"-sı
26 Sentyabr 2024 Makron Paşinyandan daha çox erməni çıxdı: BMT kürsüsündən Azərbaycana qarşı söylədikləri...
26 Sentyabr 2024 İlon Mask İtaliyanın baş naziri ilə eşq yaşayır?
26 Sentyabr 2024 Baş nazirə içində güllə olan zərf göndərildi
25 Sentyabr 2024 Gürcüstan baş nazirinin adı Baydenin qəbul siyahısından ÇIXARILDI
25 Sentyabr 2024 İsveçrə parlamenti Qolodomoru soyqırım kimi tanıdı
25 Sentyabr 2024 “Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq“ - Danielyan
24 Sentyabr 2024 Norveçlilər yaxşı yaşadıqları üçün özlərini günahkar hiss edirlər
24 Sentyabr 2024 Urmu gölü qurudu: - 5 milyon insanın həyatı təhlükə qarşısında
24 Sentyabr 2024 "2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq” – Nadir Alpaslan
23 Sentyabr 2024 Kanadada Azərbaycan gənclərinə dəstək: tanınmış alim və kanadalı siyasətçi İlə ilhamverici görüş - FOTO, VİDEO
23 Sentyabr 2024 Bombalar lazım deyil, Rusiyanın daha güclü silahları var
23 Sentyabr 2024 Mariana çökəkliyindən gələn qorxulu səslərin sirri 10 il sonra açıldı
23 Sentyabr 2024 İsraildə nazirlərə müsahibə vermək qadağan edildi
23 Sentyabr 2024 İranda üçgünlük matəm elan edildi
23 Sentyabr 2024 Fransa xüsusi təyinatlıları Martinikaya göndərdi - Nümayişləri yatırtmaq üçün
23 Sentyabr 2024 İsrailin peycer partlayışlarında əli yoxdur - Hersoq
22 Sentyabr 2024  İran niyə bu qədər narahatdır? - Politoloq açıqladı
22 Sentyabr 2024  Fransanın yeni hökumətində erməni nazirlər də yer alıb
22 Sentyabr 2024 Minlərlə israilli girovların azad edilməsi tələbi ilə növbəti dəfə aksiya keçirib

Dünyapress TV

Xəbər lenti