Ardını oxu...
2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmiz 2022-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 20 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərib.
Vətən müharibəsindəki Şanlı Qələbədən üç il sonra – 2023-cü il sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordumuz Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmənin tam şəkildə məğlubiyyəti və Qarabağda 30 ildən çox hakimiyyətdə olan qondarma qurumun buraxıldından sonra baş tutdu. Azərbaycan bununla da öz gücünü və hərbi qüdrətinin bir daha nümayiş etdirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu. Bu parad Azərbaycanın gücünü, hərbi qüdrətini bir daha nümayiş etdirdi. Düşmən nəinki təslim oldu, həmçinin 30 il bundan əvvəl torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi. Beləliklə, tarixi ədalət bərpa edildi.
Prezident İlham Əliyev Azərbaycanı son 20 ildə iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır.İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd qoyan ölkə başçısı hüququn aliliyinə, ictimai həyatın müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və mənayefinin təminatına yönəlmiş siyasət yürüdür.
İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son üç ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb. Həmçinin Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə bir sıra dövlətlərə yardım edilib, eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilib.
Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin edib.Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.

Kübra Cabbarova - Əməkdar həkim
 
Ardını oxu...
2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı İlham Əliyevə verməklə Ümummilli Liderin siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermiş oldu. Zaman göstərdiki, Azərbaycan xalqı bu seçimində yanılmadı. Bu gün Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin strateji hədəflərində Azərbaycan ailəsini sosial-iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkələrində yaşayan ailələr səviyyəsində görmək istəkləri yer alır. Mənəvi baxımdan isə bu istəklər milli qürur və vətənpərvərlik ideallarına söykənərək möhkəmlənir.
Sonrakı illərdə növbəti Prezident seçkiləri zamanı xalqımız cənab İlham Əliyevə təkrarən səs verib ona – bu yola olan inamını təsdiq və təsbit etdi. Ulu Öndərin ideyalarında varislik, ənənələrə bağlılıq, strateji müttəfiqlərlə etibarlılıq prinsipləri müstəqilliyimizin dönməzliyi və əbədi olmasına istinad edən siyasi inkişaf kursumuzun ideologiyasına çevrildi. Ölkə başçımızın Ulu Öndərin ideyalarından vüsət alan hərbi-diplomatik uğurlu siyasət taktikası ərazilərimizin işğaldan azad edilməsini şərtləndirdi.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. 2023-cü ilin sentyabrında lokal antiterror tədbirlərindən sonra isə düşmən ağ bayraq qaldıraraq təslim oldu. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaldı. 30 ilə yaxın dövrdə doğma el-obalarının həsrəti ilə yaşayan məcburi köçkünlərimiz, eləcə də bütün xalqımız qələbə sevincinin qürurunu yaşadı. Zəfər Bayramının dəyərləri milli iftixar mənbəyinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş Müzəffər Orduya çevrilmişdir.
Prezident İlham Əliyev demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Prezidentimiz hər zaman olduğu kimi verdiyi sözə əməl etdi. Bu da onun həqiqətən dahi şəxsiyyət, qətiyyətli rəhbər olduğunu bir daha sübut etdi.


Türkan Cümşüdova – YAP üzvü
 
 
 
Ardını oxu...
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ən layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra da yeni dünya nizamının çağırışlarına cavab verən daxili və xarici siyasət yürüdərək respublikamızın beynəlxalq arenada siyasi nüfuz və iqtisadi gücünün artmasına nail olmuşdur. Prezident seçildiyi 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub.Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü iqtisadiyyat və bu iqtisadiyyat əsasında qüdrətli ordu yaradılıb. Beynəlxalq münasibətlər sahəsində önəmli uğurlar əldə edilib ki, bunun da nəticəsində Zəfər qazanılıb. Vətən müharibəsində əldə etdiyimiz Zəfər ölkə başçısının intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində əldə olunub.
Prezidentin planlı və ardıcıl şəkildə gördüyü işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, xaricdən ən müasir silahlar alınıb.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində Şanlı Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyü bərpa edildi, xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşa azad olundu. Bu da Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 200 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu.
44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.
Bu fərəhli hadisədən üç il sonra isə 2023-cü il sentyabrın 19-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrinə tam nəzarətə aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu. Üç il fərqlə keçirilən hər iki parad isə Azərbaycan tarixinə əbədi həkk olundu.
Bu gün biz tam əminliklə deyə bilərik ki, bu Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır. Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prossesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Ardını oxu...
Bir müddət əvvəl mətbuatda Sumqayıtda qanunsuz küçə ticarəti ilə məşğul olanların küçədə piyada səkilərini zəbt etməsindən, şəhərin küçələrinin bazara çevriliməsindən yazılmışdı. Bildirilmişdi ki, piyadalar onlar üçün nəzərdə tutulmuş səkilərlə rahat, maneəsiz gedib-gələ bilmir, küçə ticarətinin geniş vüsət aldığı bu ərazilərdə böyük səs-küy, antisanitariya şəraiti hökm sürür.
Qeyd olunmuşdu ki, Sumqayıtın 13-cü mikrorayon, Babək küçəsində müşahidə olunan acınacaqlı mənzərəyə şəhərin hər yerində rast gəlmək mümkündür: “Sumqayıtın mərkəzində, Heydər Əliyev prospektində, 2-ci mikrorayonda dayanacaqda, “EuroSport” mağazasının qabağında, bazara yaxın dayanacağın ətrafında Hindistanın tipik mənzərəsi müşahidə edilir. Bu da şəhərin görünüşünə pis təsir edir. Üstəlik, küçə ticarətçi ilə məşğul olanların heç bir sənədi olmur. Maraqlansaq görərik ki, meyvə-tərəvəz satanlar verilən pula görə heç bir qəbz vermir, bununla vergidən yayınır, yığılan pullar dövlət büdcəsindən ödənilmir. Əlbəttə insanların dolanışığını təmin etmək üçün ticarətlə məşğul olmasını başa düşmək olar, amma yolun az qala təmiz tutulması heç cürə yolverilməzdir. Təəssüf doğuran məqam həm də bundan ibarətdir ki, əlaqədar qurumlar vəziyyətdən xəbərdar olsalar da heç bir tədbir görmürlər”.
Medianews.az xəbər verir ki, problem mətbuatda ictimailəşdiriləndən sonra aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlər görülüb. Sözügedən ünvanlarda həqiqətən də səkilər küçə ticarətindən azad edilib, piştaxtalar geri çəkilib, insanların rahat hərəkətinə az da olsa şərait yaradılıb.
Lakin əfsuslar olsun ki, bu sevincin ömrü cəmi iki gün olub. İndi həmin ərazidə vəziyyət əvvəlki kimidir. Necə deyərlər, köhnə hamam, köhnə tas. Zaman keçdikcə burada vəziyyət pisə doğru daha da dəyişir. Mikrorayonlarda, “Kolxoz bazarı” tərəfdə səkilər, yollar yenidən zəbt olunur. Bu da şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Görünür ki, burda vəziyyətin bu həddə çatmasında maraqlı olan tərəflər var. Yəqin ki, küçə ticarətindən böyük pullar əldə edən bəzi məmurlar öz şəxsi mənffətlərini güdərək, problemin birdəfəlik həll olunmasının qarşısını alırlar. Getdikcə böyüyən, inkişaf edən, müasirləşən Sumqayıtın bu halı təəssüf doğurur.
Lamiyə MİRZƏYEVA
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Moskvada dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirildi. Bu, ilin sonu üçün ənənəvi islacdır. Kreml MDB üzvlərini Moskvaya toplamaqla həm tərəfdaşlarıyla ilə yekun vurur, həm də Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərbə bu şəkildə mesaj göndərir: “Rusiya təcrid olunmayıb, qonşularının bir çoxu ilə siyasi və iqtisadi əlaqələrini gücləndirib”. Təsadüfi deyil ki, toplantı çərçivəsində Rusiyanın baş naziri Mixail Mişustin həmkarlarına “Rusiya” beynəlxalq sərgi-forumuna baxış təşkil edib. MDB-yə sədrlik 2024-cü ildə Rusiyaya keçəcək. Bu ilə təşkilata Qırğızıstan sədrlik edirdi.
Baş nazir Əli Əsədov toplantıdakı çıxışında Azərbaycanın MDB formatında ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Əli Əsədov xatırladıb ki, 2025-ci ildə III MDB ölkələri Oyunları Gəncədə keçiriləcək. Baş nazir çıxışında Azərbaycan-Ermənista danışıqlarına da toxunaraq Bakının İrəvanla konstrtuktiv dialoqu davam etdirməkdə maraqlı olduğunu söyləyib. Əli Əsədov bu mövzuda çıxışını “yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgə yaşayış ümidləri bəxş edəcək” cümləsiylə bitirib.
Müstəqil Dövlət Birliyi formal olaraq fəaliyyət göstərir. Bu format çərçivəsində üzv ölkələr sadəcə, görüşüb, fikir mübadiləsi aparmaq üçün imkan qazanırlar. Azərbaycan və digər üzv dövlətlər ikitərəfli əlaqələrə əhəmiyyət verirlər. Keçən il Azərbaycanın birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə daha 17 faizlik artım qeydə alınıb. Kreml də MDB-nin gücləndirilməsinin mümkün olmadığını anladığından qonşularıyla ikitərəfli əlaqələrin gücləndirilməsi siyasətinə üstünlük verib.
Rusiyanın ikitərəfli əlaqələrə önəm verməsinə nümunə kimi Moskva-Pekin əlaqələrini göstərmək olar. Mixail Mişustin Moskvadakı toplantıdan bir gün sonra Pekinə səfər edib. Mişustin Çin lideri Si Tsinpin və bu ölkənin baş naziri Li Çianqla görüşəcək. Pekində iki ölkənin hökuməti başçılarının 28-ci görüşü keçiriləcək. Tərəflər ticarət əməkdaşlığını daha gücləndirmək və birgə iri layihələrin reallaşmasını sürətləndirmək istəyirlər.
Qərbin sanksiyaları ilə üzləşən Çin bazarı Rusiya üçün xilas yoludur. Misal üçün Rusiya Qərb ölkələrinə sata bilmədiyi neft və qazını Çinə yönəldib. Rusiyanın “Qazprom” şirkəti “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib. Hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. Qazın Çinə ixracı 2019-cu ilin dekabrında başlayıb. Bu o deməkdir ki, Rusiya Ukraynaya qarşı müharibə qərarı verməmişdən əvvəl Avropaya sata bilməcəyi qazı Çinə sata biləcəyini hesablamışdı və Pekin də bununla razılaşmışdı. Deməli, Kreml Ukraynaya qarşı hərbi əməliyyata başlaya biləcəyi planı ilə Pekinlə bölüşmüşdü. Halbuki, çinli rəsmilər Rusiyanın Ukraynaya hücum edəcəyindən xəbərsiz olduqlarını bildirirdilər. Rusiya üçün Çinlə strateji tərəfdaşlıq önəmli olduğu kimi iki ölkənin iştirakçısı olduğu Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) MDB-ni üstələyir. Rusiya və Çin hazırda bu iki təşkilata daha çox dövlətin qəbuluna çalışırlar. Moskva ilə Pekinin məqsədi bu yolla Amerika Birləşmiş Ştatlarının hegemon mövqeyinə son qoymaqdır. Buna cavab olaraq da Vaşinqton Rusiya və Çinə qarşı ittifaqları gücləndirir.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar hələ heç kim rəsmi olaraq prezidentliyə namizəd statusu almayıb.
Bizim media orqanları da bəzi məsələləri qarışdırır - başlıqlardan və təqdimatlardan bu aydın görünür.
Proseduru sadə şəkildə izah edim.
- Hansısa partiya və ya müstəqil şəxs özünün prezidentliyə namizədini açıqlayır,
- Daha sonra Mərkəzi Seçki Komissiyası həmin şəxslərin prezidentliyə namizədliyə uyğun gəlib-gəlmədiyini yoxlayır,
- Bundan sonrakı prosesdə MSK prezidentliyə namizədliyi ya təsdiqləyir ya da təsdiqləmir,
- Bu da son deyil, MSK-nın prezidentliyə namizəd olacaq şəxsi təsdiqləməsi hələ namizədin qeydə alınması demək deyil,
- Bundan sonra namizəd tələb olunan seçici imzalarını toplayıb MSK-ya təqdim etməlidir,
- MSK bu prosedurdan sonra namizədin qeydiyyata alınıb-alınmaması məsələsinə baxır.
Akshin Karimov
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikcə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq “Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır. Türkiyə Cumhurbaşqanı son çıxışında bu mövzuya yeni fikirlərini əlavə etməklə toxunub: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvənləri artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.
Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” dedikdə bunu da nəzərdə tutub.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Serbiyada parlament seçkiləri keçirilir. Prezident Aleksandr Vuçiçin lideri olduğu Serbiya Proqressiv Partiyasının müxalif partiyaları üstələcəyi proqnozlaşdırılır. Buna baxmayaraq, 250 millət vəkili mandatına sahib olan birpalatalı Serbiya parlamentində Vuçiçin partiyasının təkbaşına hökumət formalaşdıracağı problematikdir. Vuçiçin partiyası müxalif partiyalardan biri ilə koalisiya formalaşdırmaq məcburiyyətində qalacaq.
Serbiyada parlament seçkisi bir çox səbəbdən beynəlxalq aləmin diqqət mərkəzindədir. Birincisi, Avropa İttifaqı Serbiyanın Kosovonun müstəqilliyini tanımasını istəyir. Bunsuz Brüssel Serbiyanın Avropa İttifaqına üzvlülüyünün mümkün olmayacağını bildirib. İkincisi, Brüssel Serbiyanın Rusiyaya qarşı sanskiyalarda yer almasını istəyir. Aleksandr Vuçiç Brüsselin təzyiqinə baxmayaraq, Ukrayna müharibəsinə görə Rusiya ilə əlaqələrdən imtinanın əleyhinədir. Ancaq əgər Serbiya Avropa İttifaqına üzv olarsa Vuçiçin Brüsselin qərarlarına təslim olmaqdan başqa çarəsi qalmayacaq. Üçüncüsü, Serbiyada qüvvələr nisbətinin necə formalaşacağı Azərbaycan üçün də maraq kəsb edir. Aleksandr Vuçiç prezident seçiləndən sonra Serbiya Azərbaycanla tərəfdaş münasibətlər formalaşdırıb. Aleksandr Vuçiçlə azərbaycanlı həmkarı İlham Əliyev arasında dost münasibətlər formalaşıb. Azərbaycan qazı Bolqarıstan üzərindən Serbiyaya çatdırılır. Azərbaycan şirkətləri Serbiyada infrastrukttur layihələrdə iştirak edirlər. 1990-cı illərdə iki dövlətin yaxınlaşacağını proqnozlaşdırmaq çətin olardı. Çünki o illərdə Avropanı qarışdıran Serbiya idi, Bosniyadakı qətlimalarda əli var idi, Kosovo albanlarını hədəf seçmişdi. Serbiyada prezidentlər dəyişdikcə siyasət də dəyişdi. Buna görə də Azərbaycanın Serbiya ilə tərəfdaşlıq münasibətləri hər iki ölkə üçün faydalıdır.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 

 


Ardını oxu...
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Zəngəzur dəhlizi layihəsini özündə ehtiva edən açıqlaması diqqət çəkir.
Overçuk bildirib ki:
- Bakı və İrəvan arasında dəmir yolunun açılmasını nəzərdə tutan sənədlər yüksək hazırlıq səviyyəsindədir,
- Hazırda layihənin maliyyə həcmi hesablanır, lakin hələlik konkret rəqəmlər yoxdur.
Overçuk Azərbaycan-Ermənistan sülh gündəliyinin regional kommunikasiyalar aspektində Rusiyanın vasitəçiliyini də qabartmağı yaddan çıxarmayıb və gələcək brokerlik üçün topu tərəflərin ayağına atıb.
Overçukun açıqlamasından sonra Rusiya ilə Qərbin Cənubi Qafqazda daha çox hansı platforma üzərinə çıxıb rəqabət apardığı aydın görünür.
Bu, perspektiv Zəngəzur dəhlizi layihəsi fonunda Moskva ilə Qərbin bir-birinə qarşı regional təcrid planının əlamətlərinə işarə edir.
Rusiya və Qərb dəhlizlə əlaqədar oyunda kənarda dayanmamaqda israrlıdır və onlar indi bu məsələdə alət qazanmaq üçün Azərbaycan-Ermənistan gündəliyinə təsir imkanlarını artırmağa cəhd edirlər.
Overçukun dəmir yolu ilə əlaqədar mövqeyinin ardınca “Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırlarsa, o zaman biz də təbii ki, iştiraka hazırıq” deməsi Moskvanın Qərblə sülh gündəliyinə təsir etmək yarışının növbəti fazasını əhatə etdiyi anlamı verir.
Moskvanı bu məsələdə həvəsləndirən 10 Noyabr Bəyanatının 9-cu bəndidir, çünki orada perspektiv regional nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin həyata keçirəcəyi bildirilir.
Ancaq Azərbaycan bunu Rusiyanın geosiyasi ambisiyalarının təmininə deyil, özünün strateji maraqlarının ifadəsi istiqamətinə yönləndirir.
Bu mənada, Bakı Zəngəzur dəhlizi layihəsini Rusiya-Qərb hibrid müharibəsinin toqquşma məkanı çərçivəsindən çıxarıb səmərəli əməkdaşlığı təşviq edir.
Azərbaycan bu cür tənzimləyici manevrlərini strateji müttəfiqi Türkiyə ilə razılaşdırır, Ankara isə Qərblə Rusiya arasındakı oyun qaydalarını peşəkarlıqla davam etdirir.
Deməli, Overçukun açıqlaması Türkiyənin maraq dairəsindən kənarda deyil və məntiqlə Moskvanın mövqeyi Bakı üçün də məqbul variantdır.
Overçuk bəlkə də prosesləri qabaqlamaq istəyir, “dəhlizlə əlaqədar razılaşmada Ermənistan Kremlin mövqeyini ciddi nəzərə alıb Qərblə sövdələşməyə girməməlidir” mövqeyini xatırladır.
Kreml bundan sonra Zəngəzur dəhlizi aktında qaydalar tərtib etmək cəhdinin davamını gətirə bilər.
Lakin hələ bir çox sual qalmaqdadır, çünki prosesin Rusiya və Ermənistan arasında eyni istiqamət üzrə davam edəcəyini proqnozlaşdırmaq çətinləşir.
Rusiya indi çalışır ki, dəhlizin yaradılması istiqamətində Ermənistana qarşı aqressivlik nümayiş etdirsin və bunu Qərbə qarşı güc nümunəsi kimi çatdırsın. Görünür ki, Rusiya özü hansısa “yol xəritəsi” hazırlayaraq bunu “yüksəksəviyyəli” adlandırır və Ermənistanı da həmin sənədlə razılaşmağa çağırır.
Aqşin Kərimov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin hər dəfə “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” cümləsini elə işlədir ki, sanki qeyri-adi hadisə baş verib.
Ermənistan müharibədə məğlub olub və bu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb.
Putinin geniş mətbuat konfransındakı sonrakı cümləsi də düşündürücüdür: “Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib”.
Kreml sahibinin məntiqinə görə, İrəvan Qarabağdan imtina eməsəydi, Rusiya Azərbaycanın öz ərazisi üzərində suverenliyinin bərpasına imkan verməyəcəkdi.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

Dünyapress TV

Xəbər lenti