Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinkenin Ankarada türkiyəli həmkarı Hakan Fidanla Yaxın Şərqlə yanaşı Cənubi Qafqazı da müzakirə etməsi Vaşinqtonun bölgəmizlə bağlı Türkiyənin mövqeyi və rəyi ilə hesablaşdığını göstərir. Əlbəttə, Vaşinqton Bakı və İrəvanla birbaşa danışıqlar apararaq vasitəçilərdən biri olmaq rolunu davam etdirməyə çalışır. Ancaq Vaşinqtonun Türkiyə vasitəsilə də Cənubi Qafqazdakı durumu müzakirəsinin əhəmiyyəti var. Birincisi, bununla Vaşinqton Türkiyənin Cənubi Qfaqazda artan rolunu qəbul edib. İkincisi, Vaşinqton Azərbaycanla yanaşı Türkiyənin də Ermənistanla münasibətlərinin normallaşmasını istəyir və Ankara ilə İrəvan arasında danışıqların detallarından xəbərdar olmaq istəyir. Üçüncüsü, Vaşinqton Azərbaycanla Ermənistan arasında imzalanması planlaşdırılan sülh sazişindən sonra bölgədən keçəcək kommunikasiya xətlərinin Rusiya və İranın nəzarətində olmasını istəmir. Çünki bu kommunikasiya xətləri uzaq Şərqi Cənubi Qafqaz üzərindən ABŞ-ın müttəfiqləri – Avropa ölkələri ilə birləşdirməlidir. Bütün bu mövzularla bağlı Vaşinqtonun Ankara ilə davamlı dialoqunu davam etdirməsinə ehtiyac var.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu
 
Ardını oxu...
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçiriləcəyini söyləməsi iddialı açıqlamadır. Yəni bu məntiqlə 4 ildən sonra dəhliz işə düşməlidir. Ermənistan rəsmiləri Zəngəzur dəhlizində maraqlı olduqlarını ifadə etsələr də, “dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyası əsasında həyata keçirilməlidir” yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını deyib. Bu nə deməkdir?
Ermənistan rəsmilərinin türkiyəli həmkarlarıyla qapalı dialoqlarında “müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik” cümləsini işlətmələri mümkündür. Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidirlər. Rəsmi Bakı bununla yanaşı başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil. Yəni bu “mənim vətəndaşlarım dəhlizdən yoxlanılmadan keçməli, digər ölkələrin yüklərini isə yoxlaya bilərsiniz” deməkdir. Bunun qarşılığında Ermənistan rəsmilərindən biri bugünlərdə verdiyı açıqlamada Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür. Odur ki, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin dəhlizlə bağlı optimist açıqlaması üçün zəmin var.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu
 
Ardını oxu...
Uzun illərdir ölkə mətbuatında "tender kralı" kimi tanına Ramazan Mirzəyevə məxsus şirkət Mirzə Fətəli Axundov adına Milli Kitabxananın tenderində qalib olub.

AzFakt.com xəbər verir ki, hacı Ramazan Mirzəyevin uzun illərdir rəhbərlik etdiyi "Məmmədoğulları" QSC Milli Kitabxanada 44.1 min manatlıq təmir işləri aparacaq.

Belə ki, müqaviləyə görə "Məmmədoğulları" QSC Milli Kitabxanada 2 ədəd stellajın sepini və zamokunu, 2 ədəd şestrna, 4 ədəd sükan dəyişəcək. Şirkət daha sonra Kitabxananın 4 ədəd oturacağının ayaqlarını bərkidəcək, 5 ədəd kitab dolabında qopmuş oymaları yapışdıracaq. Müqaviləyə əsasən "Məmmədoğulları" QSC Milli Kitabxanada daha bir neçə bu kimi işlər görəcək.

Qeyd edək ki, hacı Ramazan Mirzəyevə məxsus şirkətlər uzun illərdir Milli Kitabxanada dövlət tenderləri ilə bu kimi işlər görməkdədir.

Sosial şəbəkə istifadəçiləri bu işlərin əksəriyyətinin formal olduğunu iddia edirlər.

Xatırladaq ki, hacı Ramazan Mirzəyev "Məmmədoğulları" QSC-nin rəhbəridir. Ona məxsus şirkətlər uzun illərdir dövlətin dəyəri yüz milyonlarla ölçülən tenderlərində qalib edilir. Buna görə də mediada iş adamının adı daha çox "tender kralı" kimi vurğulanır.
 
Ardını oxu...
BRİCS təşkilatının adı dəyişməlidir, çünki bu aydan təşkilata qoşulan dövlətlərin sayı artıb. BRİCS - təşkilata qoşulan 5 ölkənin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) adının ilk hərfidir. Aydındır ki, yeni üzv dövlətlərin baş hərflərini BRİCS-ə əlavə etsələr təşkilatın adını hallandırmaq çətinləşəcək. Ona görə də böyük ehtimalla üzv ölkələr yeni ad barədə düşünürlər. Təşkilata dövlətlərin baş hərfləri əvəzinə əməkdaşlığı təcəssüm etdirən konkret ad qoyulacaq. Təşkilata üzv olan dövlətlərin sayı artdıqca qurum çərçivəsində ortaq qərar vermək çətinləşəcək, üzvlərin hamısının rəyi nəzərə alınmalıdır. Misal üçün təşkilata yeni üzv olan iki dövlətin – İranın və Səudiyyə Ərəbistanın ortaq qərar verməsi asan olmayacaq.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu
 
 
 
Ardını oxu...
“Heydər Əliyev İli” olaraq möhtəşəm nailiyyətlərlə dövlətçilik tariximizə əbədi həkk olunan 2023-cü il ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu.
Prezident İlham Əliyevin 2023-cü il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. İşğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olunmuş, düşmənin ordusu, hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Son 20 ildə həyata keçirilən siyasi kursun prioriteti Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etmək idi. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan Bayrağı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırıldı. Ancaq xalq yaxşı bilirdi ki, işimiz yarımçıq qalıb. Axı, Xankəndidə yuva salmış separatçı qüvvələr tam məhv edilməmişdi.
Hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi.
44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünün tam bərpası - Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi: “2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir”.
Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi. Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.
Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. 2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Aysel Mənsimova - politoloq
 
 
 

      

Ardını oxu...
Dekabr ayının 31-də, yeni ilin başlanğıcına bir neçə dəqiqə qalmış Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində mühüm məqamlara toxundu, zəruri mesajlar verdi.
Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var. 44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan - Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Bu xüsusda ən vacib məqam 2023-cü ilin Azərbaycanın Zəfər təqviminə dövlət suverenliyinin bərpası ili kimi həkk olunmasıdır. Bu, xalqımızın yaddaşında və dünyanın siyasi tarixində əbədi qalacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”.
Hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi.
44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünün tam bərpası - Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi: “2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir”.
Laçın-Xankəndi yolunda nəzarətin təmin edilməsi, ardınca əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirləri vasitəsilə konstitusiya quruluşunun bərpası ilə geniş geosiyasi arealda - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Bu, postsovet məkanında separatizmin birdəfəlik məhvinə ilk dəfə məhz ölkəmizin ərazisində müvəffəq olunmasıdır. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.
Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”.
Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi. Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.
Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. 2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün dünyaya nümayiş etdirib. 2023-cü ildə də bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirildi. Budur, bölgəyə həyat qayıdır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır. Ermənilərin işğalçı siyasəti nəticəsində dağıdılmış yaşayış məntəqələrinin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası milli gücümüzün təsdiqi və nümayişidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Prezident İlham Əliyev bildirib ki, “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref: Xocanın Blogu
 
 
 
Ardını oxu...
2023-cü il üçün əsas sözləri müharibə və korrupsiyadır. Aydındır ki, bu iki məsələ hansısa şəkildə bir-biri ilə bağlıdır. Amma tam olaraq necə? Ağıla gələn ilk şey korrupsiyanın Ukraynanı müharibədə sistemli şəkildə zəiflətməsidir. Bu, yəqin ki, bir çox hallarda doğrudur. Ancaq hər kəsin unutduğu başqa bir şey var.

Korrupsiyanın ən yüksək səviyyəsi hansıdır? Aydındır ki, siyasi qərarlar şəxsi mənafeyi nəzərdə tutan “arqumentlərin” təsiri altında qəbul edildikdə bu, siyasi korrupsiyadır. Bəs bu piramidanın başında hansı növ siyasi korrupsiya durur? Korrupsiya piramidasının zirvəsi xarici siyasət qərarlarının qəbulunda korrupsiyadır. Əslində söhbət uzunmüddətli, xüsusən də milli maraqlara xəyanətdən gedir. Yəni uzunmüddətli maraqlar dəyərlər sistemidir...

İlin sonunda haqqında çoxlu məlumatların olduğu hər iki müharibə - həm Ukraynada, həm də İsraildə - azad dünyanın siyasi elitasının dəyərlərə xəyanəti nəticəsində nəinki mümkün, hətta qaçılmaz oldu. Üstəlik, xəyanət birdən-birə baş vermədi, bir neçə onilliklər boyu davam etdi və sistemli xarakter daşıdı.

Təəssüf ki, bütün bunlar Birinci və İkinci Dünya müharibələri arasındakı vəziyyəti çox xatırladır. Daha doğrusu, ortada atəşkəs olan iki mərhələdə bir müharibə idi.

Sonra keçən əsrin 20-30-cu illərində (həm də “Soyuq müharibə”dəki qələbədən sonra) azad dünya "satışa" başladı. Müxtəlif diktaturaların güclənməsinə göz yumdu: Almaniya və Yaponiyanın yenidən silahlanması, İtaliya, Almaniya, Yaponiyanın zəif qonşulara qarşı təcavüzü və s. 30 ildən sonra azad dünyanın elitası əsgərlərin qanı ilə ən yüksək siyasi korrupsiyanın əvəzini ödəməli oldu.

Lakin bu, böyük müharibənin “ikinci mərhələsində” də siyasətçilər öz dünyalarının əsaslandığı dəyərlərə xəyanət etməkdə davam etdilər - ölkələrini Holokostdan qaçan yəhudilərin üzünə bağladılar...

Oyanış yalnız qırxıncı illərin sonlarında, dünya faciənin miqyasını dərk edəndə gəldi. Və sonra Çörçill Fulton çıxışı ilə uzaqgörənlik etdi. Sonradan Reyqan və Tetçer kimi “Soyuq müharibə”də həqiqətən qalib gələn insanların ritorikası Fulton nitqinin ritorikasından çox az fərqlənirdi. Çünki əsasda eyni dəyərlər dayanırdı...

Hazırda Qərb elitasının dəyərləri unutduğu, sanki dövlət maraqları ilə özünü doğrultduğu, diktaturaların qisas almaq üçün gücləndiyi bir vaxtda, təəssüf ki, 30 illik müvəqqəti barışıqla bağlı vəziyyətin təkrarını müşahidə edirik.

Müəllif: Aleksandr Olşanski – Ukrayna “Internet Invest Group” holdinqinin prezidenti
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Teref: Xocanın Blogu
 
Ardını oxu...
GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) sədrlik Ukraynadan Azərbaycana keçib. Bu təşkilat təsis olunduğu illər qədər fəal olmasa da, mövculuğunu qoruyur və təşkilat üzvləri Azərbaycanla tərəfdaşlığı gücləndirməyə davam edirlər. Rəsmi Bakı GUAM-a iqtisadi təşkilat kimi önəm verir və prioritet istiqamətlər kimi enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsinin artımını seçib. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı GUAM üzvlərinin ərazi bütövlüklərini əvvəlkitək dəstəkləyir. Yəni belə başa düşülməsin ki, Azərbaycanda separatizmə son qoyulduqdan sonra tərəfdaş ölkələrdə separatizmə seyrçi qalmalıyıq. Bu əsla belə deyil. Rusiyanın Azərbaycanın tərəfdaş ölkələrinə qarşı etdikləri beynəlxalq hüquqa ziddir. Bu mövqeyimiz dəyişməz qalmalıdır.
Elxan Şahinoğlu
Teref:Xocanin Blogu
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın mücərrəd yeni il təbrikindən iki nəticə çıxarmaq olar. Birincisi, Paşinyan Qarabağı itirdiyinə görə ermənilərdən üzr istəyib. İkincisi, Paşinyan Qarabağı itirməklə Ermənistanı qoruduğuna diqqət çəkib. Başqa sözlə Paşinyan demək istəyib ki, Qarabağ uğrunda mübarizə aparsaydı Ermənistanı itirəcəkdi. Burada həqiqət var, Paşinyan 19 sentyabrda Azərbaycan ordusunun Qarabağdakı anti-terror əməliyyatına müdaxilə etsəydi, ən azı Qərbi Zəngəzuru itirəcəkdi. Ona görə də Paşinyan təbrikində “dövlətimizin nəsillərə miras qoymağa imkan verəcək yeganə mümkün yolla gedirik” cümləsini işlədib. Paşinyanın sonrakı cümləsi də maraqlıdır. “Bu yolun böyük hissəsini keçmişik” deyən Paşinyan yolun qalan hissəsi üçün vacib qərarlar verə biləcəyinə eyham vurub. Vacib qərar Paşinyanın prezident İlham Əliyevlə sülh sazişi imzalaması olacaq. Bu iki ölkə arasında bütün problemləri həll etməsə də, ən azı növbəti müharibə ehtimalını aradan qaldıracaq. Belə şəraitdə sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya xətlərinin açılması mövzularını sakit şəraitdə müzakirə etmək olar.
Elxan Şahinoğlu
Teref:Xocanın Blogu
 
Ardını oxu...
2023-cü il məmləkətimiz üçün tarixi bir il oldu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası məhtəşəm bir hadisədir, Rus və Sovet İmperiyasının basdırdığı separatizm və etnik münaqişələr “minasını” təmizləyə bilən yeganə ölkə Azərbaycan oldu – qürurverici hadisədir. Məmləkətimizin qarşısında olan ən ağır problemi həll etdik, bundan sonra indiki və gələcəkdə qurulacaq hökumətlər heç vaxt bu problemin kölgəsində gizlənib ölkənin fundamental sorunlarını həll etməkdən qaça bilməyəcəklər.
2024-cü il, gözləntilər:
1) Azərbaycan - Azərbaycan və Ermənistan arasında sülh sazişi, və ya sazişin onurğasını təşkil edən müxtəlif protokollar imzalanacaq, bu da bölgəmizdə dayanıqlı sülhün təməlini yaradacaq. Prezident seçkilərindən sonra hökumətin tərkibi ciddi dəyişəcək, amma bu siyasətinin də dəyişməsi anlamına gəlməsi üçün problemləri dürüstcəsinə etiraf edib sistemli dəyişikliklərə getməlidirlər. Çox güman, referendum, ardından da növbədənkənar parlament seçkiləri olacaq, Milli Məclisin indiki tərkibinin, ən azı, yarısı növbəti seçiləcək parlamentdə, çox güman, olmayacaq. Məmləkətin təməl sorunu iqtisadiyyatdır, bu məsələnin həlli yolu isə siyasi və hüquqi müstəvidədir, idarəetmənin təkmilləşdirilməsindədir.
Hə, onu da deyim ki, gələn il manatın devalvasiyası olmayacaq, amma bu mütləq gələcək illərdə baş verəcək, hökumət, iqtisadi sistem isə buna hazır deyil, heç hazırlaşmırlar da,
2) Rusiya-Ukrayna münaqişəsi – Çox güman, gələn il müharibə “dondurulacaq”, sonra hansısa beynəlxalq danışıq qrupu yaradılacaq, mənasız və məzmunsuz danışıqlar sürəci başlayacaq. Ukrayna öz torpaqlarının itirilməsi ilə de-jure barışıb hansısa sənədə imza atmasa da, de-facto barışıb yaşamağa çalışacaq, amma Zelenski və komandasının siyasi səhnədə qalması çox böyük problem kimi görünür,
3) Avropa Birliyi – İllərdir xəbərdarlıq etdiyimiz kimi (hansılar ki, gerçəkləşdi), AB ölkələrinda aşırı sağ-millətçi siyasi qruplar güclənməkdə davam edəcəklər, gələn il AB Parlamentinə və bəzi ölkələrdə baş tutacaq seçki sürəclərini öndə bitirəcəklər. AB ölkələrində siyasi elita dəyişiklikləri başlayacaq, amma, təəssüf ki, yeni iddialı olan siyasi qruplarda da ciddi liderlik keyfiyyəti olan siyasətçilər azdır. Səbəbi çox sadədir – son 20 ildə Qərbdə siyasətin önəmi, pristiji və maddi qazancı azaldı, yaxşı oxuyan, bilikli, bacarıqlı insanlar böyük biznesə üstünlük verdilər, şirkətlərdə işləməyə can atdılar, çünki böyük korparasiyalarda, maaşlar-bonuslar yüksək, daha sərbəst iş qrafiki və medianın, ictimayyətin nəzarətindən kənar yaşamaq imkanı var,
4) ABŞ – Amerika dünyada itirməkdə olduğu yerini qaytarmağa, liderlik funksiyası bərpa etməyə çalışmalıdır. Demokratlar Partiyası bu işi bacarmadı, seçkilərdə Respublikaçıların qalib olması şansı yüksəkdir, əgər bu baş versə, ABŞ-ın dünya siyasətində dəngəyaradan rolu bərpa oluna bilər ki, bu da zatən qaçılmaz olan qlobal dünyadan fraqmental dünyaya keçidi daha rəvan və məntiqli edə, hətta müharibə və münaqişələri səngidə bilər,
5) Dünya İqtisadiyyatı – Dünya iqtisadiyyatı ağır “xəstədir”, 2008-ci ildə başlanan böhran aradan qaldırılmadı, iqtisadi “yanğın” problemlərin sistemli həlli ilə deyil də, ancaq pul çap etməklə “söndürüldü”. Bir anlıq əsl yanğın təsəvvür edin – çoxotaqlı evin, məsələn, 2 otağı yanır, yanğınsöndürənlər su, köpük, qum və s. vasitələrlə yanğını söndürməyə çalışırlar, həmin yanan 2 otaqda yanğın söndürülsə də, su, köpük, qum və s. yanğını söhdürmək üçün istifadə edilənlər digər otaqlara yanğından çox ziyan vurur – 2008-də məhz bu baş verdi, lokal yanğın “söndürüldü”, amma qlobal iqtisadiyyatda “şarlar” yarandı. Sonra 2020-ci ildə “pandemiya” adlanan sürəci bacarıqsız, hətta insanlıq adına rəzalətlə idarə etdilər, nəticədə dünya iqtisadiyyatına əlavə olaraq 18 trilyon dollar pul axıtdılar, bu dəfə də “yanğını” bərbad üsullarla “söndürdülər”, nəticədə “şarlar” daha da şişdi, partlamağa hazır hala gəldi.
Dünya ölkələrinin borcu 310 trilyon dollardır ki, bu da dünya ÜDM-nin 336%-i təşkil edir – heç vaxt belə təhlükəli vəziyyət olmayıb. Açığı, bu vəziyyətdən ağrısız çıxış yolu yoxdur, dünyada ölkələr, şirkətlər və insanlar bankrot olacaqlar.
Dünya ölkələri təməl problemləri həll etməkdənsə mifik prorlemlər uydururlar, bunlardan biri də “iqlim dəyişiklikləri” adı altında insnların başını qatmaqdır. Dünyada ciddi ekoloji problemlər var, insan övladı təbiətlə orqanik yaşamağı, ziyan vurmamağı öyrənməlidir, amma bu vacib məsələni “iqlim dəyişiklikləri” kimi təqdim edərək əsl problemlərdən qaçırlar – bəşəriyyət tarixində iqlim dəyişiklikləri olub, var, olacaq da, Planetin özünü tənzimləmə alətləri var, bunlar işə düşür və problemlər pereodik hal alır. Dünyada insan çox az yaşayanda da qlobal istiləşmə, qlobal buzlaşma olub-olacaq. İnsan övladı təbiəti qorumalı, resurslardan ağılla istifadə etməlidir – bu vacibdir, amma qlobal iqlim dəyişiklikləri adı altında ölkələri, insanları yeni qapanmalara, “gettolara” hazırlamaq cinayətdir. Bir çoxları elə bilirlər ki, məsələn, eloktromobili cərəyana qoşub sürüsən, bununla da iqlim dəyişikliklərinə mane olursan – amma, anlamırlar ki, məsələn, Teslanın 20 batareyası var, onlardan birini istehsal etmək üçün 11-12 element, həmin elementləri əldə etmək üçün isə 560 m2 yer-mədən qazılmalı, həmin elementlər sonra su istifadə edilməklə istehsal olunmalıdır. İndi özünüz hesablayın 1 elektromobil üçün nə qədər yer səthi qazılır, nə qədər ekologiyaya ziyan vurulur. Hələ mən həmin maşını elektriklə təmin etmək üçün enerjinin alınması zamanı baş verən ekologiyaya ziyan vuracaq proseslərdən heç danışmadım. Eyni məsələ günəş panelləri və külək stansiyalarının istehsalı da aiddir, hələ bunların, o cümlədən avtomobil batareyalarının utilizasiya problemini, bu sahələrin ancaq subsidiyalarla ayaqda qalmasının mümkün olduğunu məsələsini də işin içinə qatanda planetə vurulan ziyanın mənzərəsi tam fərqli olur...
Axşam saatlarında pozitiv notlarla hamınızı təbrik edəcəm, nə qədər ki, hələ süfrələr qurulmayıb, başlar dumanlanmayıb, istədim ki, bir az sizi düşündürüm...
Natig Jafarli
Teref: Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti