Məşhur müğənni sevgilisi tərəfindən istismara məruz qaldığını açıqlayıb
Qeyd edək ki, 2020-ci ilin dekabr ayında FKA LaBafı məhkəməyə verib. İddiaya görə, bir il davam edən münasibətləri zamanı aktyor dəfələrlə onu təhqir edib, fiziki və mənəvi zorakılığa məruz qoyub və qəsdən cinsi yolla keçən xəstəliyə yoluxdurub
"FKA twigs" kimi tanınan britaniyalı müğənni Talia Debrett Barnett münasibətdə olduğu aktyor Şay LaBaf tərəfindən emosional istismarının təfərrüatını açıqlayıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, müğənninin sözlərinə görə, ofisiantla nəzakətli davranışı belə, LaBafı qəzəbləndirə bilərdi. O, bunda ifaçının "bir növ münasibət qurma cəhdi"ni görürdü. İfaçı keçmiş sevgilisinin ona kişilərin gözlərinə baxmağı qadağan etdiyini bildirib.

"Mənə deyirdi ki, onu sevirəmsə, başqa kişilərin gözlərinə baxmamalıyam", - deyə sənətçi etiraf edib.

Barnettin sözlərinə görə, bu səbəbdən küçədə gedərkən ancaq ayaqlarının altına baxmağa başlayıb, həmçinin dostları və yaxınları ilə ünsiyyətdən çəkinib.

Müğənni ona məhdudiyyətlərin qoyulduğunu bildirib, hətta aktyor gündə müəyyən sayda öpüş gözləyib.

"Bəzən isə o, məni gecə yuxudan oyada və hər şeyə görə ittiham edə bilərdi. Tavana baxmaqda günahlandırırdı, çünki onu tərk etməyin yolunu düşünürmüşəm. Məni başqası ilə olmaq istəməyimdə ittiham edirdi. Bütün bu söhbətlət səhər dörddən yeddiyə qədər olurdu".

Barnett bu münasibətə görə onda posttravmatik stress vəziyyətinin inkişaf etdiyini və gecə panik tutmaları keçirdiyini bildirib.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayında FKA LaBafı məhkəməyə verib. İddiaya görə, bir il davam edən münasibətləri zamanı aktyor dəfələrlə onu təhqir edib, fiziki və mənəvi zorakılığa məruz qoyub və qəsdən cinsi yolla keçən xəstəliyə yoluxdurub.

Artist müğənni Sia tərəfindən dəstəklənib. O da LaBafın emosional istismarının qurbanı olduğunu etiraf edib.

Bölmənin digər xəbərləri

01 Mart 2021 İbrahim özündən 42 yaş kiçik xanımla evlənir
27 Fevral 2021 Məşhur aparıcının HƏBSİ TƏLƏB OLUNUR-FOTO
26 Fevral 2021 Demet Akalın Beyonsun paltarından geyindi - Foto
26 Fevral 2021 Lalə Dadaşova tanınmaz halda - FOTO
23 Fevral 2021 Əməkdar artist efirdə keçmiş ərini BİABIR ETDİ: - "Anamın sayəsində kişi olub"
23 Fevral 2021 Stilist Balaş qəflətən vəfat etdi
21 Fevral 2021 Xatirə İslam Oqtay Əliyevi biabır etdi: "Siz kişisiniz, bəs harada idiniz?"
21 Fevral 2021 Əkizlər vidalaşdı: "Biz səhnədən gedirik, tükəndik"
20 Fevral 2021 Elgiz Əkbər vəsiyyətini açıqladı - Orqanlarını bağışladı
18 Fevral 2021 Sevda Yahyayeva İMİCİNİ DƏYİŞDİ - FOTO
18 Fevral 2021 Rəqsanənin çılpaq şəkili ortaya çıxdı - FOTO 18+
17 Fevral 2021 "Dövlət şərait quracaq, biz də gedib yaşayacağıq" - Manaf Ağayev belə deyir...
17 Fevral 2021 Aktrisa taksi sürücülüyü edərkən görüntüləndi: “Çəkməyin, ayıbdır…” – Video
16 Fevral 2021 Türkiyədə Aynişanın başına İŞ GƏLDİ - FOTOLAR
15 Fevral 2021 Castin Timberleyk Britni Spirsdən üzr istədi
12 Fevral 2021 Nazilə Səfərli Siyavuş Novruzovu lağa qoydu - FOTO
12 Fevral 2021 Xoşqədəm özünə qarğış etdi: “Allah məni öldürsün“ - Video
12 Fevral 2021 Cennifer Lopezin sevgilisi fırıldaqçılıq və reketlikdə ittiham olunur - FOTO
12 Fevral 2021 Təcavüz ittihamlarından sonra Merlin Mansonun mahnı satışları sürətlə artıb
12 Fevral 2021 Nadir Qafarzadə: "Yaralı yerimə toxunurlar"

Dünyapress TV

Xəbər lenti