"Mən şikayət etməyi sevmirəm, amma sözsüz ki, nəsil böyükdür"
Karantin rejimi ilə bərabər dayandırılmış iş sahələri müğənnilərin də maddi durumuna təsir edib.

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan sənətçilər tez-tez bundan gileylənir, karantinin tezliklə bitməsini arzulayırlar.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova sıxıntıları olsa da maddi durumundan şikayətlənməyi sevmədiyini deyib:

“Mən şikayət etməyi sevmirəm, amma sözsüz ki, nəsil böyükdür, bizim də müəyyən çətinliklərimiz olur. Onsuz da hazırda hamı işsizdir, bizim də bəxtimiz elə gətirib ki, bacılarım da musiqiçidir və onlar da işsizdirlər. Hər insanın öz daşıya biləcəyi, həll etməli olduğu problemləri var. İnsanlar gərək başqaları ilə ancaq sevincini bölüşsün. Problemləri bölüşüb gileylənməyi düzgün hesab etmirəm. Əlbəttə ki, hazırda hamıya çətindir, biz istisna ola bilmərik. Bir ildir işləmirik. Amma bu mövzuları çox qabartmaq istəmirən, çünki bunlar el arasında danışılacaq şeylər deyil. Mən şikayət edib, gileylənməyə qalxsam, deyəcəklər ki, hamının problemi var. Allah özü kömək olur, yaşayırıq və yaxşı günləri gözləyirik. Nə qədər çətin olsa da biz ümidliyik”.

Xanım sənətçi maddi çətinliyi olsa da vətənpərvər mahnılar yazdırmağa davam etdiyini bildirib:

“Bütün dövlərdə musiqiçilər, şairlər hər zaman öz vətənini, sərkərdəsini, əsgərini vəsf edib. Şükürlər olsun ki, biz artıq qalib xalqıq. Kimlərsə bunu qəbul edir ya yox, amma fakt olduğu kimi qalır. Kim etiraf etmək istəmirsə bu onun öz problemidir. Əsas odur ki, bayrağımız Şuşada, Kəlbəcərdə, Qubadlıda dalğalanır. Kim bunu kiçik qələbə hesab edirsə yanılır, bu böyük qələbədir. Biz neçə illər bunun arzusunda olmuşuq. Bizlər də sənətçi olaraq istəyirik ki, əsgərlərimizə nəğmələr həsr edək. İndiki dövrdə maddi baxımdan bu çətin olsa da, çalışırıq nələrsə edək. Mən hal-hazırda studiyaya gedirəm. Mahnıları aranjeman etmək, bunun üçün də maddi vəsait lazımdır, çətindir. Lakin dövr elə dövrdür ki, biz qalibik və bunu musiqi ilə də qeyd etmək vacibdir. Çünki musiqilər hər zaman qalır, 20-30 il sonra bu musiqilər səslənəcək, dinləyənlər deyəcək ki, 2020-2021-ci illərdə bu mahnılar yazılmışdı, biz qələbə çalmışdıq. Bu baxımdan pulsuzluq, maddi çətinliklər bir qədər məni əldən salıb, çətindir, amma buna baxmayaraq biz mahnılarımızı yazdırmağa davam edirik. Çünki onlar bilməlidir ki, biz onları heç vaxt unutmuruq, musiqilərimizdə yaşadırıq. Bu mahnılar vətənimizə yadigar qalmalıdır. Maddi çətinliklərimiz olsa da, bəstəkarlarımız sağ olsun, hər zaman bizə dəstək olurlar. Məsələn, Faiq Sücədddinov Ali Baş Komandanımıza musiqi həsr etdi, Xanım İsmayılqızı sözlərini yazdı, sonuna dörd bənd də özüm əlavə etdim, sözləri mənə aiddir. F.Sücəddinov musiqini mənə təmənnasız verdi, təkcə aranjemanın xərcini çəkdim”.

Bölmənin digər xəbərləri

25 Yanvar 2021 "Qədrimi öləndən sonra biləcəklər"
23 Yanvar 2021 “Biz də çox pul qazana bilmirik, amma kiminsə qapısını döyüb, nəsə istəmirik” – Ayan
22 Yanvar 2021 Tanınmış aktrisadan ŞOK ETİRAF: "Ərim pornoulduz olsa, fəxr edərəm” - VİDEO
22 Yanvar 2021  “Uzun müddətdir ki, kənara çəkilib, dilimi qarnıma qoymuşam...”
19 Yanvar 2021 “Böyük danışmamaq lazımdır” - Barışdılar
19 Yanvar 2021 “O boyda halınla belə qısa geyinmək lazım deyil”-Mina sərt tənqid edildi
17 Yanvar 2021 Kirkorov və Şufutinskinin Litvaya girişi qadağan olunub
16 Yanvar 2021 “Sizə nə axı kim öz yatağında öz bədəni ilə nə edir? ” - Nura Suri
15 Yanvar 2021 “Tacir ustad sənətkardı, fəxri ad onun haqqıdır, amma o cür müraciəti qəbul etmirəm...”
15 Yanvar 2021 Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... – Toy müğənnilərinin karantin faciəsi
14 Yanvar 2021 Xalq artisti: “Həyat yoldaşım mənə aldığı avtomobili başqa qadına bağışladı” - VİDEO
13 Yanvar 2021 “Nizamidən də oxuyaram, Füzulidən də. Kimə nə?“
12 Yanvar 2021 Sevgilisindən müğənniyə maraqlı sürpriz - Foto
11 Yanvar 2021 Könül Kərimova izləyiciləri təhqir etdi
11 Yanvar 2021 Məşədibaba özünü niyə yandırdı? – Məşhur meyxanaçının SİRLİ HƏYATI
08 Yanvar 2021 Məşhur modelin ölüm səbəbi açıqlandı
07 Yanvar 2021 Şəbnəm Tovuzludan izləyicilərinə təhqir - "Üç şərəfisz..." VİDEO
07 Yanvar 2021 Dadaşlinskinin Əzizindən möhtəşəm ifa: “Qalx-qalx, benzinim qalx!” - VİDEO
07 Yanvar 2021 “Öz səviyyənizə endirmək istəyirsiniz, çünki onların səviyyəsinə qalxa bilmirsiniz?!”
06 Yanvar 2021 Nura Suri: “Az qalmışdınız, Aynişanı top-tüfənglə vurasınız, o, şəhid qızıdır”

Dünyapress TV

Xəbər lenti