"İrəvanı da geri qaytarmağın vaxtıdır” - Aybəniz Haşımova
“Mən o qədər ağladım ki, təsəvvür edə bilməzsiniz necə sevinirdim”



Bunu Əməkdar artist Aybəniz Haşımova deyib: “Bundan böyük sevinc ola bilməz. Bu gün biz Şuşanı işğaldan azad etmişik, Şuşa özümüzə qayıdıb. Yatsaq, yuxumuza girməzdi ki, 30 ilə yaxın əsirlikdə olan Şuşa torpağımız ovucumuzun içində olacaq. Mən o qədər ağladım ki, təsəvvür edə bilməzsini necə sevinirdim. Hönkür-hönkür ağlayırdım. Fəvvarələr meydanında coşqu edən insanların arasındaydım, rəqs edən uşaqlara qoşulub rəqs etmək istəyirdim, amma utanırdım. Yəni bu qədər mən Şuşa xəbərindən sevincliydim. Dövlətimiz illərdir ki, işğalda olan torpaqlarımızı azad etmək üçün bu proqramla iş aparır. Şükür bu günümüzə. Bu çox böyük bir nəticədir. Allahın izni ilə torpaqlarımızda nə qədər yağı düşmən varsa, necə bizim camaatımızı evindən qovmuşdular, indi özləri rədd olacaqlar bizim torpaqlardan. Əslində İrəvan da bizim torpağımızdır, yüz illik müqaviləmizin vaxtı başa çatıb və düşünürəm ki, İrəvanı da geri qaytarmağın vaxtıdır”.



Əməkdar artist erməniləri xəstə təxəyyüllü bir toplum adlandırıb və onların özlərinə yalançı tarix düzəltiyini bildirib: “Ermənilər iddia edir ki, guya 300 il bundan qabaq onlar bizim torpaqlarda doğulublar. Təbii ki, Azərbaycan bütün ölkələrə qapısını açıq qoyub. Mən həmişə xarici vətəndaşları Azərbaycanı sevdikləri üçün burda yaşayan görmüşəm. Amma bu millətlərin içində ermənilər qədər ikinci bir həyasız millət görməmişdim. Azərbaycan xalqı daim ermənilərə hörmət edib, süfərsinin başında oturdub. İndi hamısı Paşinyana hücum edirlər, görüm elə Paşinyan ölsün, siz ermənilər də ona başdaşı olun. Bizim yerlərdən gedəndə baxırsan ki, unitazlarını belə söküb aparırlar, bunlar canları əvəzinə, unitaz dərdi çəkirlər. Bəs bizim millətimizin Qubadlıda, Cəbrayılda dolu evləri qoyub gəlmələrinə nə deyirsiniz? Unitazı, qapı-pəncərəni çıxarıb, evləri yandırıb getmələri ermənilərin səviyyəsindən xəbər verir. Bunlar görün nə qədər aciz millətdirlər. Fikirləşirlər ki, birdən Ermənistanda unitaz tapmazlar”.



Əməkdar artist dövlət başçımıza və ordumuza öz minnətdarlığını bildirib: “Mən millətimə, dövlətimə bundan da o yana uğurlar arzu edirəm. Azərbaycanın igid əsgərləri hər zaman igidlikləri ilə bariz nümunə olublar, qəhrəman oğullarımız həmişə qəhrəmanlıq salnaməsi yazıblar. Azərbaycan anaları həmişə igid doğublar. Mən bilirəm ki, o doğulan igidlərin böyük bir nəsli, kökü yenə dünyaya gələcək. Azərbaycan qadını heç vaxt başkəsən doğmur və onun erməni anasından fərqi budur. Əgər məni başkəsənə çevirirsənsə, demək səbəbkarı sənsən. Sən mənim millətimin torpağından ayağını çək, nə başın, nə ayağın, nə də həyatın kəsilsin. Millətimə daim qələbə arzu edirəm. Ali Baş Komandanımıza bütün sənət adamları adından minnətdarlığımı bildirirəm, çünki bu böyük bir qələbə salnaməsidir. Azərbaycan prezidenti görünməz bir işi həyata keçirdi və bundan sonra da Azərbaycan üçün nələr edəcəyinə inanıram və güvənirəm. Ordumuzun, dövlətimizin qarşısında ona görə baş əyirəm ki, bu sevincli günləri bizə yaşatdı”.Moderator

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 Məşhur müğənninin qızı karantin qaydasını pozub
23 Noyabr 2020 Aktrisanın yeni saçları tənqid edildi - Foto
20 Noyabr 2020 Tanınmış müğənninin pəncərədən küçəyə baxması həyatını məhv edib
18 Noyabr 2020 Müğənniyə 15 güllə sıxıldı - Maşınına mindiyi ərəfədə + VİDEO
17 Noyabr 2020 Murad Arif OD PÜSKÜRDÜ: "Baxarsız!"
16 Noyabr 2020 "Şuşaya bayraq sancan əsgərin barmağına brilyant üzük taxacağıq"
07 Noyabr 2020 Məşhur serialın 39 üzvü koronavirusa yoluxdu
07 Noyabr 2020 "Atam reanimasiyadadır, o, qələbəni görməlidir"
07 Noyabr 2020 "Atam Qubadlıdan, anam Şuşadandır, özüm isə Xankəndidə doğulmuşam"
07 Noyabr 2020 "Atamın Şuşadan son görüntüsü" - Firəngiz Mütəllimova
03 Noyabr 2020 “Cəbrayıla getmək istəyirəm, həyat yoldaşımın qəbri ordadır”
03 Noyabr 2020 Məşhur aktrisa koronavirusa yoluxdu
01 Noyabr 2020 “İbo Show” 9 il sonra yenidən təxirə düşdü - Zəlzələyə görə
30 Oktyabr 2020 "Sizi bu türk milləti tək qoymaz" - Video
30 Oktyabr 2020 Hakim Halil Sezai ilə bağlı qərar verdi
30 Oktyabr 2020 Məşhur aktyora ağır itki
25 Oktyabr 2020 "Ad günümü qələbədən sonra qeyd edəcəm" - Sənubər İsgəndərli
24 Oktyabr 2020 Anar bu dəfə Bülənt Ərsoyu dəyişdi - Foto
24 Oktyabr 2020 “İcra başçıları, televiziyalar müğənnilərin pulunu vermir” – Fotolar+Video
23 Oktyabr 2020 Mustafa Gəncə terroruna səssiz QALMADI

Dünyapress TV

Xəbər lenti