Generalın şəhid olduğu günü kabab çəkib, jurnalistlərə SAXTAKAR deyən muğam ifaçısı üzr istəsin! – FOTO FAKTLAR
 
 

Artıq neçə gündür ki, gündəmdə olan və böyük təəssüf hissi doğuran bir olaya yenidən qayıtmaq məcburiyyətindəyik. Səbəbi isə sadəcə hamı kimi təəssüflənməyimiz yox, səbəbkarın ya da səbəbkarların üzr əvəzinə həmkarlarımızı yalan informasiya yaymaqda suçlamasıdır.

PostNews.Az-a təqdim edilən məqalədə qeyd edilir ki, konkret olaraq söhbət xanəndə Almaxanım Əhmədova və atası bəstəkar Vüqar Əhmədlə bağlı yayılan videogörüntüdən gedir. Daha dəqiq desək, Almaxanım Əhmədovanın özünün sosial şəbəkədə yaydığı görüntülər. Təbii ki, hər kəsin öz həyatı, öz yaşam tərzi var. Kim, harada və necə istəyirsə o cür yaşayır və istədiyi kimi də məclislər qurur. Yox, əgər qurulan məclislər, ya da atılan addımlar birbaşa başqalarının mənəviyyatına toxunur və narahat edirsə, deməli burda böyük qəbahət var. Elə Əhmədovlar ailəsinin sərgilədiyi görüntü də məhz bu mənada böyük bir qəbahət idi. Azərbaycan xalqının ən ağır günlərində, ard-arda igid oğlanlarımızın, generalımızın torpaqlarımız uğrunda şəhid olduğu günlərdə belə görüntü paylaşmaq hər kəsdə qıcıq oyatdı. Məsələ burasındadır ki, görüntülərlə bağlı müxtəlif saytlar tənqid dolu və haqlı narazılıqlarını əks etdirən yazılar dərc etdilər. Belə məqamda əslində həm Almaxanımın həm də Vüqar müəllimin ilk növbədə şəhidlərin ruhundan, daha sonrasa saxtakar adlandırdlqları jurnalistlərdən üzr istəməli idilər. Əhmədovlar ailəsi isə günahkar olduqlarını bildikləri halda hələ də başqalarını haqsız çıxarmağa çalışır. Sosial şəbəkələrdə müxtəlif fikirlər yazaraq jurnalistləri nalayiq ifadələrlə tənqid edirlər. Bu da azmış kimi istər jurnalistlərin istər də sadə adamların öz şəxsi səhifələrində paylaşdıqları sözügedən videogörüntüləri və şəkilləri hansısa saxta yollarla silirlər. Bununla da onlar özləri özlərini ifşa edirlər. Çünki istər Almaxanım, istər də Vüqar Əhməd hər kəsi inandırmağa çalışırlar ki, guya video 2019-cu ilin 17 iyul tarixində çəkilib. Əslində isə sizə təqdim etdiyimiz şəkillərdə Əhmədovların video və şəkillərin tarixlərində dəyişiklik edərək, təqdim etdikləri açıq-aydın görünür.

Diqqətli izləyici fotolardan da aydın görür ki, 2019-cu il tarixlə 2020-ci il tarixlərindəki şəkillər arasında hansı fərqlər var. Misal olaraq, ötən il Almaxanımın saç rəngi sarı idi, bu videolarda isə onun saçları qara rəngdədir. Və yaxud da tarzən Məsimin ötən ildən bu ilə 20 kiloqram arıqladığı da fotolarda açııq-aydın əks olunub. Bu və ya buna bənzər bir neçə faktı da sizə şəkillərə əlavə edərək, diqqətinizə təqdim edirik. Və bir məqamı da xüsusi vurğulayaq. Əziz Əhmədovlar!

Siz iddia edirsiz ki, bu məclis ötən il baş tutub və video da da ötən il çəkilib. Sosial şəbəkədən az da olsa başı çıxan hər kəs bilir ki, “Facebook” davamlı şəkildə, hər il ötən ilin paylaşımlarını mexaniki olaraq xatırladır. Amma bu xatırlatmanı yalnız istifadəçi özü görür. Və həmin xatırlatma yalnız istifadəçinin özünün təkrar paylaşacağı halda yayımlanır və hər kəs də bunu yenidən görür. O zaman belə çıxır ki, xatırlatmanı paylaşmısız? Əgər bu belə olmuş olsa belə siz bu cür tüstü-kabablı məclisi yenidən və həm də belə ağır bir gündə niyə paylaşırsız ki? Vüqar Əhməd axı siz həm də söz yazarısız, yaradıcı insansınız. Əslində belə məqamda sizdən qızınızı tənbeh etmənizi, özünüzdən isə bir üzr gözləyirdik. Sizsə hələ ki, qəbahətinizə daha qalın don geyindirməyə çalışırsız. Hələ də gec deyil… Başqalarının haqlı tənqidini silməkdənsə, özünüzün bir üzrünüzü yazın…

Zənnimizcə sizin borcunuzdur ki, açıq şəkildə üzr istəməyəsiniz! Əks təqdirdə bu sizin günah və vicdan yaranız olacaq! Biz bir olub, gücümüzü göstərməliyik. Kabab çəkib şəkil paylaşmaqdansa, bir olub gücümüzü bütün dünyaya göstərməliyik. Bir olmalıyıq ki, bizi təkləməsinlər! Şəhid verən azərbaycanlıların qonaqlıq verməsi çox ayıbdır!!
Generalın şəhid olduğu günü kabab çəkib, jurnalistlərə SAXTAKAR deyən muğam ifaçısı üzr istəsin! – FOTO FAKTLAR
1595682246_mg_20200725_170318.jpg
1595682344_mg_20200725_170330.jpg

XalqXeber.Az

Bölmənin digər xəbərləri

07 Avqust 2020 Ədalət Şükürov sələmçi Xoşqədəmə niyə villa bağışlayıb ?
06 Avqust 2020 "Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə
05 Avqust 2020 Tanınmış müğənni etiraz etdi: “Nə edim, avara qalmışam, özümü öldürüm?”
05 Avqust 2020 Kamran Həsənli: “Niyə imkan vermirsiniz, insanlar evlərinə çörək aparsınlar” - Video
04 Avqust 2020 Nadir Qafarzadədən söyüş: Yaxşı eləmişəm... - VİDEO
03 Avqust 2020 “Universitetdə oxuyan qız “İnstagram”da çimərlik fotosu paylaşmaz”
02 Avqust 2020 Meyxanaçı vəfat ETDİ
02 Avqust 2020 TikTok-dan Trampa CAVAB
31 İyul 2020 "Əsas odur ailəsini də saxlayır, məni də..." - evli kişidən uşaq dünyaya gətirməyə hazırlaşan rəqqasə
29 İyul 2020 Erməni politoloq: “Simonyan ölkəmizin düşmənidir, ona erməni kimi baxmayın, sadəcə onu görməməzliyə vurun”
28 İyul 2020 Aybəniz Haşımova qızının erməni ilə olan fotosundan danışdı: "Atası rus, anası ermənidir..."
27 İyul 2020 "Hər gün 20 manat cərimə yazırlar" - Lalə şikayətləndi
25 İyul 2020 "İmkansızlıqdan kökəlirik" - Nadir Qafarzadə
22 İyul 2020 Bakıda müğənninin sevgilisi evinə basqın etdi — Həyat yoldaşını döydü.../ VİDEO
22 İyul 2020 Afaq Vüsaləni RÜSVAY ETDİ — 800 manat maaşla "Porche", bağ evini kimin hesabına almısan?
21 İyul 2020 "Abbasla mənim söz-söhbətimiz ölənə qədər bitməyəcək"
20 İyul 2020 Şəhid generalın anası “biz heç kimdən hədiyyə gözləmirik” dedi, Naziləyə geri göndərdi – VİDEO
19 İyul 2020 İbrahim Borçalının 20 yaşlı oğlu qəzada öldü
18 İyul 2020 Karantində toysuz qalan müğənni tikinti şirkətində işə düzəldi
17 İyul 2020 "Vətənini sevən hər kəs mövqeyini bidirməlidir" - Emin Ağalarov cəbhədəki gərginlikdən yazdı FOTO

Dünyapress TV

Xəbər lenti