Manaf Ağayev karantin qaydalarını pozdu - VİDEO
Müğənni Manaf Ağayev karantin günlərində həmkarlarını və yaxın dostlarını başına toplayıb, iftar süfrəsi açıb.

Teref.az xəbər verir ki, sənətçinin dəbdəbəli malikanəsinə dəvət etdiyi məşhurlar sırasında Əməkdar artistlər Vasif Məhərrəmli, Teymur Əmrah, Kikboksinq üzrə dünya çempionu Eduard Məmmədov da olub.

M.Ağayev iftar süfrəsi önündə qonaqları salamlayaraq, çıxışını belə davam edib: “Əziz qardaşlar hər zaman siz gələsiz. İstədim sizi bir yerə toplayıb iftar süfrəsi verim. Müəyyən səbəblərdən oruc tuta bilmirəm. İstədim ki,oruc tutan və tutmayan dostlarımı da bir yerə toplayım”.

Daha sonra Manaf sözü süfrə arxasında əyləşən Əməkdar artist Vasif Məhərrəmliyə verib.

“Manaf qardaşım sağ olsun Ramazan günündə bizim üçün iftar süfrəsi açıb. Bura (Manafın bağ evi - red.) öz evimiz kimidir. Hər zaman süfrən açıq olub, olacaq da. Sən Allahın sevimli bəndəsisən. Başın uca, süfrən ruzili, kisən bərəkətli olsun”, - deyə Vasif bildirib.

Xatırladaq ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tədbiq edilən karantin qaydalarına əsasən, bir yerdə beş nəfərdən artıq toplaşmaq, ara məsəfasi gözləməmək, maska və əlcəklərdən istifadə etməmək qadağandır.

Yuxarıda sadaladığımız bütün bəndlər isə müğənni Manaf Ağayevin lentə alaraq, sosial media hesabında paylaşdığı videoda pozulub.Oxu.az

Bölmənin digər xəbərləri

24 May 2020 Müğənnidən Prezidentə müraciət - “Həmin ödənişlər ifaçılara çatmayıb”
23 May 2020 Nadir Qafarzadə acınacaqlı vəziyyətdə yaşayan müğənniyə baş çəkdi
21 May 2020 Elza Seyidcahan kişi, Səidə oğlan, Şəbnəm həci saxlayır? - ŞOK İDDİA/VİDEO
19 May 2020 Brilliant Dadaşovadan şok sözlər: "İllərdir adımı din xadimi ilə çəkirlər və..."- Foto
17 May 2020 Azərbaycanlı müğənninin ölüm XƏBƏRİ YAYILDI
15 May 2020 "Acıq edib evi tərk edən qadın, geri qayıtdısa, ucuzlaşır"
14 May 2020 "Nə nazirdən qorxacağım var, nə də nazirin böyüyünün böyüyündən" - ŞOK CAVAB...
14 May 2020 Emin Ağalarov həyat yoldaşından ayrıldı
13 May 2020 Açıq-saçıq şəkillərinə görə təhqir olunan Mina qəzəbləndi: “Beyinsiz məxluqlarsınız” - FOTO
13 May 2020 "Nazir müavini deyiləm" - Müğənni ilə videosu yayılan şəxsdən AÇIQLAMA
12 May 2020 Elza Seyidcahanın qızıl divanı - Video
11 May 2020 Azərbaycanlı müğənninin BİABIRÇI GÖRÜNTÜLƏRİ yayıldı Tarix: Bu gün, 11:46
11 May 2020 Zaur Kamal “Xəzər TV”-dən qovuldu - Açıqlama
08 May 2020 Serenay karantində duyğulandı - Çox DARIXMIŞAM
07 May 2020 "Xəzər televiziyası və onun rəhbərliyinə hörmətimiz sonsuzdur" - QALMAQAL
07 May 2020 Bəstəkarla meyxanaçı arasında mahnı qalmaqalı — Qadağa qoydu
05 May 2020 Zaur Kamalın banka görün nə qədər borcu var? - Özü açıqladı
04 May 2020 Nura 1 ay evli qaldığı ərinin fotosunu belə paylaşdı
04 May 2020 “Reytinq xətrinə qonağına “Dimedrol” iynə vurur ki...” - Xoşqədəmə ağır sözlər + Video
01 May 2020 Yaşar Nurinin qızı: "Restoranlarda oxuyub, pul qazanıram" VİDEO

Dünyapress TV

Xəbər lenti