Şəbnəm Tovuzlu bahalı "Mercedes"i ilə qaydanı belə pozdu - AÇIQLAMA + VİDEO
Müğənni Şəbnəm Tovuzlu idarə etdiyi dəbdəbəli “Mercedes-Benz Gelandewagen” markalı avtomobillə kobud qayda pozuntusuna yol verib.

Məşhur sükan arxasında əyləşərək, mahnı ifa edib və həmin anları telefonunun yaddaşına həkk edib.

Həmin görüntüləri şəxsi “İnstagram” hesabında izləyiciləri ilə paylaşan sənətçi sükan arxasında mobil telefondan istifadə edərək fikri yayındıracaq hərəkətlər edib.

Bundan savayı Şəbnəm təhlükəsizlik kəmərindən də istifadə etməyib.

Bir çox avtomobillərdə təhlükəsizlik kəməri taxılmadıqda xəbərdaredici siqnal çalındığı üçün ifaçı təhlükəsizlik kəmərini oturacağın arxa hissəsinə keçirib.

Hadisə ilə bağlı oxu.az-ın əməkdaşı Şəbnəm Tovuzlu ilə əlaqə saxlayıb.

Sənətçi qalmaqallı məsələyə bu cür şərh edib:

“Sükan arxasında əyləşən zaman fikirli olmuşam. Kəməri məhz bu səbəbdən taxmağı unutmuşam. Qanunlara hər zaman əməl edirəm. Hər bir Azərbaycan vətəndaşı üçün qanunlar hər şeydən vacib, önəmlidir. Bundan sonra avtomobil idarə etdiyim zamanı daha diqqətli olacağam”.

Qeyd edək ki, müğənnilər Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində “avtoşluq” ediblər. Səbinə ilə Şəbnəm bir-birini ötmək istəyib. İşıqforun qırmızı işığına düşən hər iki ifaçı avtomobillərini saxlamaq məcburiyyətində qalıblar.

Daha sonra isə ağ rəngli “Mercedes-Benz Gelandewagen” avtomobilini idarə edən Şəbnəm yolda ötmə əməliyyatı edərək, həmkarı Selcanı arxada qoyub.

Hər iki müğənninin bu hərəkəti izləyicilər tərəfindən tənqid olunub. Bəziləri onları “görməmiş” adlandırıb, bəziləri isə “yolda meymunluq edirlər” kimi şərhlərlə sərt şəkildə qınayıb.

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Emin Ağalarov Amerikada konsert verdi - FOTO
24 Fevral 2020 Məşhur müğənni qazdan boğuldu - Canlı yayımda dəhşət/Foto
24 Fevral 2020 Defne avtomobili jurnalistlərin üzərinə sürdü — FOTO
23 Fevral 2020 Türkiyənin məşhur müğənniləri "Jara" festivalına gələcəklər
23 Fevral 2020 İsti yay mövsümü, ehtiraslı samba və yarıçılpaq qadınlar – Möhtəşəm karnaval başladıl
21 Fevral 2020 - Aysun İsmayılova "bu sənət etibarsızdır.......bu gün efirə çıxmırsansa, unudulursan”
19 Fevral 2020 “Murad Dadaşov hansı obrazına görə Xalq artisti olub?”
18 Fevral 2020 Azərbaycanlı məşhuru Kiyevə buraxmadılar - maraqlı səbəb
17 Fevral 2020 “Jara” festivalına türk sənətçilər də gələcək - VIDEO
17 Fevral 2020 “O ses Türkiyə” qalibi bəlli oldu - VİDEO
16 Fevral 2020 Brilliant Dadaşovadan göbək rəqsi - Video
14 Fevral 2020 Nüşabə Baloğlanın muğam oxumasına etiraz edib, verilişi tərk etdi - VİDEO
13 Fevral 2020 Başı Nadir Qafarzadə od püskürdü: “Özünüzü yığışdırın, kişiliyinizi evinizdə göstərin” - VİDEOona qarışan sürücü dəhşət saçdı - ANBAAN VİDEO
05 Fevral 2020 Rozanın ombası davaya səbəb oldu - VİDEO
03 Fevral 2020 Nəsrindən şok açıqlama: "Münasibətim olarkən başqa sevgilərə sovrulmuşam"
02 Fevral 2020 Azərbaycanlı məşhur oteldə yarıçıplaq pozalarda çəkildi - VİDEO
01 Fevral 2020 Aslıdan Muradla barışması iddialarına cavab
01 Fevral 2020 Əhməd Kaya haqqında film məhkəməlik oldu
01 Fevral 2020 Aybəniz Haşımova ifası ilə qızını ağlatdı - Video
01 Fevral 2020 Toylarının vaxtı bəlli oldu

Dünyapress TV

Xəbər lenti