image here
Aparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib. Buna zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır.
Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb: “Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!”.
Criminal.az saytının əldə etdiyi məlumata görə, Z.Bədəlova yazdığı tənqidi statusa görə artıq Xəzər TV-dən uzaqlaşdırılıb.
Özünü aparıcının köməkçisi kimi təqdim edən şəxs isə açıqlama vermək istəmədi: “Mən məsləhət bilmirəm Zümrüd xanım sizinlə danışsın…”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mayis Ağayev aparıcı Zümrüd Bədəlovanın ittihamına cavab verib: “Xahiş edirəm bilmədən ittiham etməyək. Əvvəlcə onu qeyd edim ki, adı çəkilən qadın bizi tənqid yox təhqir edib. Biz tənqidə açıq olmuşuq və bu belə də olacaq. Amma təhqir etmək olmaz. Həm də qeyri-etik ifadələrlə, qarğışla… Bu şəxs nəqliyyat vasitəsini Əziz Əliyev küçəsində saxlayıb hərəkətə maneə yaradıb. Təxliyə zamanı nəqliyyat vasitələri bir bir aparılır. Hələ bir neçə avtomobili eyni anda daşımaq mümkün deyil. Digər yandan bu qadın təkcə bir ayda 12 dəfə qayda pozub”.
Xatırladaq ki, Z.Bədəlovanın tənqidi statusu ilə bağlı yazılmış bütün məqalələr artıq saytlardan sildirilib.

Bölmənin digər xəbərləri

07 Avqust 2020 Ədalət Şükürov sələmçi Xoşqədəmə niyə villa bağışlayıb ?
06 Avqust 2020 "Yaxın adamım mənə dedi ki, ya sənətini dəyiş, ya da..." - Üzeyir Mehdizadə
05 Avqust 2020 Tanınmış müğənni etiraz etdi: “Nə edim, avara qalmışam, özümü öldürüm?”
05 Avqust 2020 Kamran Həsənli: “Niyə imkan vermirsiniz, insanlar evlərinə çörək aparsınlar” - Video
04 Avqust 2020 Nadir Qafarzadədən söyüş: Yaxşı eləmişəm... - VİDEO
03 Avqust 2020 “Universitetdə oxuyan qız “İnstagram”da çimərlik fotosu paylaşmaz”
02 Avqust 2020 Meyxanaçı vəfat ETDİ
02 Avqust 2020 TikTok-dan Trampa CAVAB
31 İyul 2020 "Əsas odur ailəsini də saxlayır, məni də..." - evli kişidən uşaq dünyaya gətirməyə hazırlaşan rəqqasə
29 İyul 2020 Erməni politoloq: “Simonyan ölkəmizin düşmənidir, ona erməni kimi baxmayın, sadəcə onu görməməzliyə vurun”
28 İyul 2020 Aybəniz Haşımova qızının erməni ilə olan fotosundan danışdı: "Atası rus, anası ermənidir..."
27 İyul 2020 "Hər gün 20 manat cərimə yazırlar" - Lalə şikayətləndi
26 İyul 2020 Generalın şəhid olduğu günü kabab çəkib, jurnalistlərə SAXTAKAR deyən muğam ifaçısı üzr istəsin! – FOTO FAKTLAR
25 İyul 2020 "İmkansızlıqdan kökəlirik" - Nadir Qafarzadə
22 İyul 2020 Bakıda müğənninin sevgilisi evinə basqın etdi — Həyat yoldaşını döydü.../ VİDEO
22 İyul 2020 Afaq Vüsaləni RÜSVAY ETDİ — 800 manat maaşla "Porche", bağ evini kimin hesabına almısan?
21 İyul 2020 "Abbasla mənim söz-söhbətimiz ölənə qədər bitməyəcək"
20 İyul 2020 Şəhid generalın anası “biz heç kimdən hədiyyə gözləmirik” dedi, Naziləyə geri göndərdi – VİDEO
19 İyul 2020 İbrahim Borçalının 20 yaşlı oğlu qəzada öldü
18 İyul 2020 Karantində toysuz qalan müğənni tikinti şirkətində işə düzəldi

Dünyapress TV

Xəbər lenti