Seyran İsmayılxanovun səsi Almaniyanı “silkələdi”
Seyran İsmayılxanovun səsi Almaniyanı “silkələdi”
Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov səsi ilə "Almaniyanın səsi" müsabiqəsində hər kəsi valeh edib.

DİA.AZ xəbər verir ki, müğənni çıxışı ilə müsabiqəyə damğa vurub. Müsabiqədə Mustafa Sandalın "Aya benzer" adlı mahnısını ifa edən Seyran İsmayılxanov 4 münsifin 4-nü də döndürməyə nail olaraq studiyadakıları özünə heyran qoyub.

Seyran İsmayılxanov yarışmada qazandığı uğuru və keçirtdiyi xoşbəxtliyini belə ifadə edib:

"Çox uzun zamandır bu günü gözləyirdim və nəhayət ki, "The Voice of Germany" müsabiqəsinin iştirakçısı olduğumu açıqlayıram!"

Qeyd edək ki, Seyran İsmayılxanov 5 dildə - rus, Azərbaycan, ingilis və alman dilində söz yazıb, mahnı bəstələyir.

O, bir neçə dəfə "Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.

Onu da deyək ki, S.İsmayılxanov Moskvada, Qazaxıstanda, Türkiyədə, Tacikistanda, Azərbaycanda, Fransada və Almaniyanın bir sıra şəhərlərində solo konsertlərlə çıxış edib. O, həmçinin Tacikistan müğənnisi Təhminə Niyazova ilə duet oxuyub.

S.İsmayılxanovun dörd mahnısını T.Niyazova oxuyaraq, albomuna da daxil edib.

2012-ci ildə Monteneqroda keçirilən beynəlxalq "Suncane Skale 2012” festivalında mətnini və musiqisini özü yazdığı "Sunshine” mahnısı ilə Azərbaycanı ilk dəfə olaraq məhz S.İsmayılxanov təmsil edib.

S.İsmayılxanov həmçinin 2013-cü ildə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar görkəmli bəstəkar Rauf Hacıyevin "Bahar sənsiz” adlı mahnısını oxuyaraq, klip çəkdirmişdi. Həmin mahnı dünyanın bir çox müğənnilərin ifalarından ibarət "Babilon Bar-3” adlı yığma alboma da daxil edilmişdi.

Onu da deyək ki, Seyran İsmayılxanov Almaniyanı "Türkvision 2016”da təmsil edib.

Bölmənin digər xəbərləri

10 Noyabr 2019 Alim Qasımov canlı yayımda Zaurla ELƏ RƏQS ETDİ Kİ… – VİDEO
09 Noyabr 2019 Aygün boşanıb?
09 Noyabr 2019 Türkiyəli aktrisa Azərbaycanda oğurluq edib, ABŞ-a qaçıb
09 Noyabr 2019 Tanınmış müğənninin anası uşaq qətlində ittiham edilir
09 Noyabr 2019 "Arka sokaklar"ın ulduzu "Survivor"da
09 Noyabr 2019 Azərbaycanlı aktyordan qeyri-etik sözlər
27 Oktyabr 2019 “Kimin milyonları var, onlardan danışırlar”
22 Oktyabr 2019 “Əli qələt eliyir” - Elnarə aşıq Əliyə səsləndi, ara qarışdı - Video
22 Oktyabr 2019 Prezident bu müğənnilərə Xalq artisti adı verdi
21 Oktyabr 2019 "Götür şələ-şüləni çıx get" - Elnarə Abdullayeva gəlinlərlə bağlı elə sözlər dedi ki... - Video
16 Oktyabr 2019 Fədayə Laçınla bağlı bu xəbər az öncə açıqlandı - Azadlığa çıxmalı olan müğənni...
13 Oktyabr 2019 "Evdə arvadımın sözü keçir"
13 Oktyabr 2019 Sılanı məhkəməyə verdi
13 Oktyabr 2019 "Onunla çalışmağa pulumuz çatmaz" - Demet Anar haqda
13 Oktyabr 2019 Acun qəzaya düşdü - Fotolar
13 Oktyabr 2019 "İstanbullu gelin"in aktyoru evləndi - Fotolar
10 Oktyabr 2019 Baş nazir ilk Ramal səs topladı - Onu maşından uzaqlaşdırdı - Yenilənib+Fotoəsmi görüşünü keçirdi - Foto
10 Oktyabr 2019 "Azərbaycan şou-biznesin 99 faizi məndən qorxur, çünki elə şeylər bilirəm ki..." - Video
10 Oktyabr 2019 "Maşın"da kişilərin mübarizəsi başladı
09 Oktyabr 2019 "Maşın Şou"da növbəti gün mübarizə davam edir.

Dünyapress TV

Xəbər lenti