Zərərçəkmiş təhsilin üzləşdiyi vandallıq
"Təhsil dövlətimiz üçün hər zaman prioritet sahə olub. Ümid edirik ki, təhsilimizin üzləşdiyi problemlər mərhələli şəkildə öz həllini tapacaq".

Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi "Twitter" hesabında paylaşım edib. Nazir paylaşımında qlobal təhsilin yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, eyni vaxtda həm də Ermənistanın hücumlarına məruz qalmış Azərbaycanın təhsil sisteminə dəymiş ziyanla bağlı statistik məlumat təqdim edib.

Sputnik Azərbaycan koronavirus pandemiyasının davam etdiyi və Vətən müharibəsinin olduğu bir dövrdə Azərbaycan təhsili sisteminin üzləşdiyi çətinliklərlə bağlı ekspertlərin fikirlərini öyrənib.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Nadir İsrafilov bildirib ki, müharibə və pandemiyanın eyni vaxtda təsadüf etməsi, təhsil üçün çətinliklər yaratdı:

"Xüsusən də, cəbhəyanı ərazilərdə yaşayan şəxslər və mövcud olan təhsil obyektləri böyük ziyan çəkdilər. Erməni təcavüzünün hədəfinin təkcə hərbi obyektlər olmadığı hər kəsə bəllidir. Bunun nəticəsidir ki, cəbhəyanı ərazilərdə yerləşmiş bir çox məktəbin şagirdləri digər ərazilərdə təhsil almağa məcbur olub".
Ekspert bildirib ki, təhsil sistemimizin üzləşdiyi çətinliklərin tez bir zamanda aradan qaldırılması əsas məqsədlərdən biridir. Onun sözlərinə görə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yenidən qurulması üçün fəaliyyət planı hazırlanıb: "Təhsil dövlətimiz üçün hər zaman prioritet sahə olub. Ümid edirik ki, təhsilimizin üzləşdiyi problemlər mərhələli şəkildə öz həllini tapacaq".

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə bildirib ki, Azərbaycan təhsil sistemi tək indi deyil, torpaqlarımızın işğalının davam etdiyi otuz ilə yaxın müddət ərzində böyük ziyan çəkib.

Ekspert deyib ki, işğal müddətində Azərbaycan məktəbləri dağıdılıb, bütün infrastruktur məhv edilib: "Bu baxımdan işğaldan azad edilmiş yerlərdə məktəblərin bərpası, müasir təhsil infrasturukturunun qurulması qarşımızda dayanan çətin proseslərdən biridir. Hazırda məktəblərin bərpası üçün statistik məlumatlar toplanılır. Biz işğaldan azad edilmiş ərazilərdən çəkilmiş kadrları izlədikcə insanlarımızın və torpaqlarımızın üzləşdiyi vandallığı görürük".

Bölmənin digər xəbərləri

01 Mart 2021 Martda 14 gün iş olmayacaq
28 Fevral 2021 Bir milyon nizamnamə kaptalı olan sığorta şirkəti vergi borcun niyə ödəmir? – Fotofakt
28 Fevral 2021 MDB dövlətləri arasında əvvəlki illərlə müqayisədə pensiyaçıların sayı ən yüksək templə Azərbaycanda azalır.
27 Fevral 2021 Pensiya yaşının azaldılması gözlənilirmi – Nazirlikdən və deputatdan cavab
26 Fevral 2021 Məcburi köçkünlərin pulundan 5 manat tutuldu
25 Fevral 2021 Hərbi bileti olmayanlar harda işləyə bilər? - Azərbaycanda qadağa yox imiş...
25 Fevral 2021 “Toylar çox böyük sosial bəladır”
25 Fevral 2021 Müavinət alanlara şad xəbər
25 Fevral 2021 Pensiyaçılara mühüm xəbər - 1 iyuldan... - RƏSMİ
23 Fevral 2021 Zəncirvari intihar: Bu Sevil o "SEVİL" ola bilmədi - Səbəb alt qatda
20 Fevral 2021 Cəzasızlığın ayaq səsləri - Cəmiyyətdə pedofiliya sevgisi formalaşır
20 Fevral 2021 Qazi və müharibə iştirakçılarının evlə təminatı ilə bağlı əla təklif var...
19 Fevral 2021 Azərbaycanda elektrik enerjisinin qiyməti iki dəfə artırılır? – RƏSMİ AÇIQLAMA
18 Fevral 2021 Min ilin problemi – erkən nikahlar: Anlamaq lazımdır ki, fəsadı çox ağırdır
17 Fevral 2021 Xaricdə məktəb müəllimləri nə qədər maaş alır?
16 Fevral 2021 Şəhid ailələri ilə bağlı MÜHÜM SƏRƏNCAM: Əməkhaqqının bir hissəsini dövlət ödəyəcək
16 Fevral 2021 Reabilitasiya sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq layihəsinə başlanır
15 Fevral 2021 Bu gündən xüsusi məktəblərdə ənənəvi tədris bərpa edilir
13 Fevral 2021 “Qızıl amnistiya” olarsa... - ““Dəmir yumruq” ab-havası güclənəcək”
13 Fevral 2021 Qubad İbadoğlu: "Heç olmasa abrınıza qısılın, bu qədər ağ yalan yaymayın"

Dünyapress TV

Xəbər lenti