ƏƏSMN: Əlavə məbləğ təqaüdlərlə birləşdirilməklə veriləcək
"Bildiyiniz kimi, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edildi. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, indiyədək I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyasına əlavələr istisna olmaqla) ləğv olunsa da, əvəzində onlara verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb.

Beləliklə, I dərəcə əlilliyi olan şəxslərə yönələn sosial ödəniş nəticə etibarilə azalmır, əksinə, daha da artırılır.

"Eyni zamanda, I dərəcə gözdən əlilliyi olan şəxslərin pensiyasının üzərinə edilən 110 manat əlavə də onların aldıqları 100 manat təqaüdlə birləşdirilib və 2021-ci ilin əvvəlindən onlara aylıq 210 manat təqaüd müəyyən edilib”.

O, qeyd edib ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 120 manat əlavənin əvəzində də onlara yeni 120 manat məbləğində təqaüd təsis edilib:

"Habelə elmlər doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 200 manat əlavənin əvəzində onlara yeni 200 manat təqaüd veriləcək. Göründüyü kimi, qeyd olunan şəxslərə yönələn sosial ödənişin forması dəyişsə də, nəticə olaraq onun məbləği dəyişmir.

Ona görə də hazırda yanvar ayının pensiyasını alarkən müvafiq əlavənin olmadığını gördükdə bilsinlər ki, həmin əlavə məbləğ onların təqaüdləri ilə birləşdirilməklə və ya təqaüd formasında veriləcək. Yaxın günlərdə yanvar ayı üzrə təqaüdlərin də verilməsi təmin olunacaq.

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan şəxslərə isə bildiririk ki, onlara qeyd edilən təqaüdlər elektron qaydada, proaktiv şəkildə təyin olunaraq ödəniləcək. Buna görə də təqaüd təyinatı ilə bağlı onların hər hansı quruma müraciət etmələrinə ehtiyac yoxdur”.

Bölmənin digər xəbərləri

28 Yanvar 2021 Zərərçəkmiş təhsilin üzləşdiyi vandallıq
25 Yanvar 2021 Sahil Babayevin “Avalon”u – Yaxud dövlət qurumunun iri məbləğli şübhəli tenderləri
24 Yanvar 2021 Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
22 Yanvar 2021 Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar
21 Yanvar 2021 27 ildir ki, əlillik ala bilmir... - Prezidentə müraciət olundu
21 Yanvar 2021 Köçkün evləri şəhid ailəsi və qazilərdən başqa kimə verilə bilər?
20 Yanvar 2021 “Qaçqınkom” “məcburi köçkün” statuslu şəxsə vəsiqə verilməsindən imtina özbaşınalığını sürdürür
18 Yanvar 2021 Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov?
18 Yanvar 2021 Sahil Babayevin yaratdığı problemlər... - İşi bacarmayanda belə olur...
18 Yanvar 2021 Qəbələ DSMF hansı qanunlarla işləyir? - GİLEY
14 Yanvar 2021 Sahil Babayev: “Azərbaycan minimum və orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”
13 Yanvar 2021 Sahil Babayevi kim(lər) DEVİRMƏK İSTƏYİR? - İLGİNC İDDİA
13 Yanvar 2021 Nazirlikdən pensiya və təqaüdlərə edilən artımla bağlı açıqlama
13 Yanvar 2021 Sığorta şirkətləri öz başlarına gələcəklərdən sığortalı deyil
12 Yanvar 2021 "Hörmətli Sahil müəllim bax diqqətlə mənim şəkilimə və mənim xəstəliyimə sonra.." ŞİKAYƏT
11 Yanvar 2021 ƏƏSMN nazir Sahil Babayevin anasının əlilliyinin əsassız olması barədə iddialara münasibət bildirib
11 Yanvar 2021 Hökumətin sosial paketindən sosial məmurlar yararlanır İşsizlərə 190 manatlıq yardımın verilməsində “məşğulluq dələduzluğu” İDDİA/SƏNƏD
09 Yanvar 2021 Azərbaycanda pensiyalarla bağlı yeni qərar qəbul edildi - YANVARDAN ETİBARƏN...
08 Yanvar 2021 “YAŞAT” Fonduna rəhbər və müdir müavini seçilib - FOTO
08 Yanvar 2021 Hacı Zeynalabdin Bələdiyyəsi hələ də vətəndaşın haqqına girir... - GİLEY

Dünyapress TV

Xəbər lenti