“Çirkli pullar” “əfvə düşür?: Maliyyə amnistiyası gündəmdə - TƏHLİL
44 günlük Vətən müharibəsi həm də dövlət üçün külli miqdarda xərc deməkdir.

Qarşıda işğaldan azad olunan torpaqların bərpası və yenidən qurulması işləri dayanır. Artıq həmin ərazilərdə bəzi infrastruktur işlərinin həyata keçirilməsi üçün maliyyə vəsatləri ayrılıb.

Erməni təcavüzü nəticəsində xarabalığa çevirilən ərazilərin bərpası 10 milyard dollarla vəsait tələb edir. Hazırda həmin vəsaitin hansı mənbələrdən əldə olunması ilə bağlı müxtəlif müzakirələr aparılır.

Digər tərəfdən isə koronavirus pandemiyası dünyanın digər ölkələri kimi Azərbaycan iqtisadiyyatına da ciddi zərbə vurub. Rəsmi məlumatlara görə, ilin əvvəlindən oktyabr ayına qədər ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə ümümi daxili məhsul (ÜDM) istehsalı 3,8 faiz azalıb. İlin sonuna qədər bu rəqəmin 4 - 4,5 faizə çatacağı gözlənilir.

Belə bir şəraitdə ölkə iqtisadiyyatına vəsaitlərin cəlb edilməsi üçün maliyyə amnistiyası verilə bilərmi?

Xatırladaq ki, “maliyyə amnistiyası” gizli iqtisadiyyatın leqallaşdırılması üsullararından biri hesab olunur. Əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusu kimi ifadə olunur. Dünya təcrübəsində tam və qismən “maliyyə amnistiyası” verilməsi kimi faktlar var. Bu məsələ son illər ərzində Azərbaycanda dəfələrlə gündəmə gəlib.

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, maliyyə amnistiyasının verilməsi müharibə və pandemiyasız da aktual idi:

“Amma indiki şəritdə bu məsələ artıq həyati əhəmiyyət kəsb edir. Bu təkcə «maliyyə amnistiyası» kimi elan olunmamalı, hərtərəfli kompleks proqramı olmalıdır. Proqramın adı şərti olaraq “Azərbaycanın iqtisadiyyatını investitsiya qoyuluşunu cəlbedici etmək üçün” proqram qoyula bilər. Post - pandemiya, post müharibə dönəmində iqtisadiyyatın yenidən dirçəlməsi üçün ölkəyə geniş spektrli investitsiya yatırılması vacibdir. Ölkənin təkcə valyuta ehtiyatları bunun öhdəsindən gələ bilməz. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti qarşıdakı aylarda bu istiqamətdə ciddi düşüncələr ortaya qoyacaq, təhlillər aparacaq. Məsələnin vacib olduğu nəzərə alınaraq, ölkədə geniş miqyaslı «maliyyə amnistiyası» verilcək. «maliyyə amnistiyası»nın verilməsi ölkədəki kapitalın ölkə daxilinə qoyulmasına şəraitin yaradılması deməkdir. İndiki şəraitdə kiməsə “bu kapitalı hardan almısan?” sualını ünvanlamaq normal görünür. Amma bizim keçmişimizə baxanda bu normal hesab olunmur”. Maliyyə amnisiyası ilə yanaşı kompleks görüləcək işlərə gəldikdə iqtisadçı deyir ki, amnistiyadan sonra ölkədə “çirkli pullar”ın yaranmamasına çalışmaq lazımdır. Bu cür pulların yaranmasına səbəb olacaq mənbələri yox etməliyik. Elə etməliyik ki, 10 ildən sonra yenidən maliyyə amnistiyası verməyə ehtiyacımız olmasın. Yəni məsələyə sistemli yanaşmalıyıq. Əgər maliyyə amnistiyası verib, digər işləri görməsək, yenidən Azərbaycan xalqının sərvətlərini oğurlayan bir camiə yaranacaq”.

Akif Nəsirli deyir ki, maliyyə amnistiyasının verilməsi və bununla yanaşı lazimi işlərin görülməsi həm də xarici investitsiyanın Azərbaycana axmasına münbit şərait yaradacaq:

“Ölkənin coğrafi mövqeyi, təbii sərvətləri o qədər cəlbedicidir ki, biz əgər yerli problemləri həll etmiş olsaq, yerli investitsiyalarla bərabər Avropa və digər ölkələrin investitsiyalarını udmuş olacağıq. Belə olduğu şəraitdə Azərbaycan qısa müddətdə iqtisadiyyatını genişləndirə və digər ölkələrdən önə çıxa bilər. Azərbaycanın Avropa ölkələrindən daha tez bu böhrandan çıxmaq üçün potensialı var”.

Bölmənin digər xəbərləri

20 Yanvar 2021 “Qaçqınkom” “məcburi köçkün” statuslu şəxsə vəsiqə verilməsindən imtina özbaşınalığını sürdürür
18 Yanvar 2021 Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov?
18 Yanvar 2021 Sahil Babayevin yaratdığı problemlər... - İşi bacarmayanda belə olur...
18 Yanvar 2021 Qəbələ DSMF hansı qanunlarla işləyir? - GİLEY
14 Yanvar 2021 Sahil Babayev: “Azərbaycan minimum və orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”
13 Yanvar 2021 Sahil Babayevi kim(lər) DEVİRMƏK İSTƏYİR? - İLGİNC İDDİA
13 Yanvar 2021 Nazirlikdən pensiya və təqaüdlərə edilən artımla bağlı açıqlama
13 Yanvar 2021 Sığorta şirkətləri öz başlarına gələcəklərdən sığortalı deyil
13 Yanvar 2021 ƏƏSMN: Əlavə məbləğ təqaüdlərlə birləşdirilməklə veriləcək
12 Yanvar 2021 "Hörmətli Sahil müəllim bax diqqətlə mənim şəkilimə və mənim xəstəliyimə sonra.." ŞİKAYƏT
11 Yanvar 2021 ƏƏSMN nazir Sahil Babayevin anasının əlilliyinin əsassız olması barədə iddialara münasibət bildirib
11 Yanvar 2021 Hökumətin sosial paketindən sosial məmurlar yararlanır İşsizlərə 190 manatlıq yardımın verilməsində “məşğulluq dələduzluğu” İDDİA/SƏNƏD
09 Yanvar 2021 Azərbaycanda pensiyalarla bağlı yeni qərar qəbul edildi - YANVARDAN ETİBARƏN...
08 Yanvar 2021 “YAŞAT” Fonduna rəhbər və müdir müavini seçilib - FOTO
08 Yanvar 2021 Hacı Zeynalabdin Bələdiyyəsi hələ də vətəndaşın haqqına girir... - GİLEY
08 Yanvar 2021  Çarəsiz əsgər atasının pensiyasını kəsiblər... - "Qalmışam çarəsiz, dərmanlarımı ala bilmirəm"
07 Yanvar 2021 Sahil Babayevin işçiləri Masallıda da GÜL VURUR... - NARAZILIQ!
06 Yanvar 2021 Pensiyaların nə qədər artacağı açıqlandı - Video
05 Yanvar 2021 Pensiyalar artırılır - Nazir müavini
05 Yanvar 2021 Qiymət artımından danışan İqbal Ağazadədən HÖKUMƏTƏ SƏRT SÖZLƏR: Hansı məntiqə sığır

Dünyapress TV

Xəbər lenti