“Məcburi köçkünlər mənzilləri dövlətə qaytarılmalı olacaqlar” – QMKİDK
Təklif: Köçkünlər yurd-yuvalarına qayıtdıqdan sonra, boş qalacaq mənzillər şəhidlərə və qazilərə verilsin



Azərbaycan Ordusunun Qarabağdakı qələbəsi məcburi köçkünlərin çoxunun probleminin həllinə şərait yaratdı. Ordumuzun qələbəsi nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər və Şuşa sakinləri evlərinə qayıda biləcəklər.



Xatırladaq ki, məcburi köçkünlərin xeyli hissəsi hələ də yataqxanalarda və ya qohumlarının yanında yaşayır. Bəzi məcburi köçkünlər qanunsuz olaraq ələ keçirilən mənzillərdə məskunlaşıblar. Qanuni sahiblərin bu mənzillərin geri qaytarılmasını təmin etmək üçün təkrar cəhdləri, bir qayda olaraq, uğursuzluqla nəticələnirdi.



Dövlət məcburi köçkünlərə normal yaşayış şəraiti yaratmaq üçün addımlar atıb. Məcburi köçkünlər üçün yüzdən çox qəsəbə yaradılıb ki, bu binalarda 315 min nəfər məskunlaşıb. Təxminən, 500 min nəfər məcburi köçkün mənzil almaq üçün növbədə dayanmışdı.



İkinci Qarabağ müharibəsindəki qələbədən sonra səlahiyyətlilər məcburi köçkünlərin bölgələrinə qayıtmasının könüllü olaraq həyata keçiriləcəyini elan etdilər. Aydındır ki, bütün məcburi köçkünlər azad edilmiş torpaqlara qayıtmaq niyyətində deyil. Azərbaycan torpaqlarının işğalı zamanı Azərbaycanın bütün bölgələrində yaşayan bəzi məcburi köçkünlər öz işlərini qura biliblər. Bəziləri təhsil alıb, yüksək maaşlı iş tapıblar.



Aydındır ki, xüsusi tikilmiş şəhərciklərdə məskunlaşanlar evlərinə qayıtmalıdırlar, çünki bu mənzillər onlara yalnız statuslarına görə verilmişdi. Bir sual bizə maraqlı gəldi: Doğma yurdlarına qayıtmaqdan imtina edən məcburi köçkünlərin mənzilləri necə olacaq? Üstəlik, məcburi köçkünlərin qanunsuz yerləşdikləri mənzillər qanuni sahiblərinə qaytarılacaqmı? AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) bildirildi ki, məcburi köçkünlər üçün inşa olunan bütün mənzillər dövlətə məxsusdur: “Doğma yurdlarına qayıtmaqdan imtina edənlər bu mənzilləri qaytarmalı olacaqlar. Çünki bu mənzil məcburi köçkünlər kimi onlara müvəqqəti olaraq verilib”.



Təəssüf ki, məcburi köçkünlər tərəfindən ələ keçirilən mənzillərin geri qaytarılıb-qaytarılmayacağı ilə bağlı sualımız cavabsız qaldı. Dövlət Komitəsinin əməkdaşları “bu barədə heç bir şey bilmirik” cavabını verdilər.



Bu vəziyyətdə əhali başqa bir vacib sual ilə maraqlanır: Məcburi köçkünlərin qayıtmasından sonra 100-dən çox qəsəbədə və şəhərcikdə tikiləmiş mənzillərin aqibəti necə olacaq? Öz tərəfimizdən bu məsələyə ən ədalətli həll yolunu təklif etmək istəyirik.



Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə bir çox vətən oğulları şəhid oldular və ya yaralanaraq ömürlük əlil oldular. Söhbət təkcə Qarabağ uğrunda son müharibədən getmir, birinci müharibənin bir çox iştirakçısı da mənzil problemini həll edə bilməyib.



Bu gün dövlət özəl şirkətlərdən mənzil alır, sonradan həmin evlər şəhid ailələrinə və müharibə əlillərinə verilir. Yeni mənzillər almağa pul xərcləmək əvəzinə hər iki Qarabağ müharibəsinin iştirakçılarına, vaxtilə məcburi köçkünlər üçün tikilmiş və onlar geri qayıtdıqdan sonra boş qalacaq mənzilləri vermək yaxşı olmazdımı? Axı, vətənin igid oğulları bu hüququ qanları ilə qazanıblar və onların buna layiq olduqlarını düşünürük.

Bölmənin digər xəbərləri

23 Noyabr 2020 Kommunal xidmətlər şəhid və qazi ailələri üçün pulsuz olacaq? - AÇIQLAMA
23 Noyabr 2020 DİQQƏT! Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara - ŞAD XƏBƏR
20 Noyabr 2020 Qarabağa qayıdış planı: Qeyri-köçkünlər də yurd sala bilər? - GƏLİŞMƏ
19 Noyabr 2020 MİDA güzəştli evlərlə bağlı elan verdi
18 Noyabr 2020 Sahil Babayevin 190 manatlıq oyunbazlığı... - Kürdəmirdə total NARAZILIQ...
18 Noyabr 2020 Xüsusi Şərtlərlə Təyinat İdarəsi pensiyaçıları acından öldürmək yolunu tutub 3-cü aydır güzəştli şərtlərlə pensiyaçıların pulu köçürülmür
16 Noyabr 2020 “Dövlət Sosial Müdafiə Fondu” yüksək qiymətə 2 ofis icarəyə götürüb
13 Noyabr 2020 Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi - 3-cü aydır güzəştli şərtlərlə pensiyaçılara ödəniş edilmir
12 Noyabr 2020 Nazirin bu şəhid ailəsindən xəbəri varmı? - VİDEOGİLEY
07 Noyabr 2020 DİN vətəndaşlara müraciət etdi
07 Noyabr 2020 Azərbaycanda koronavirus infeksiyasına daha 1410 yoluxma faktı qeydə alınıb, 779 nəfər sağalıb
07 Noyabr 2020 Azərbaycanda ardıcıl 3 gün İŞ OLMAYACAQ
07 Noyabr 2020 Əliyar Əliyevin doğulduğu kənd də azad olundu (FOTOLAR)
07 Noyabr 2020 Sabah da yağış yağacaq
07 Noyabr 2020 Xoşqədəmin verilişi bağlandı
03 Noyabr 2020 Temperatur enəcək, qar yağacaq -Xəbərdarlıq
03 Noyabr 2020 Dövlət rəmzlərinin adları belə yazılacaq
03 Noyabr 2020 Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb, 551 nəfər sağalıb
03 Noyabr 2020 Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb, 551 nəfər sağalıb
03 Noyabr 2020 "Ordumuz Şuşaya nəfəs qədər yaxındır" - Ali Baş Komandan

Dünyapress TV

Xəbər lenti