Sahil Babayevin 190 manatlıq oyunbazlığı... -
Kürdəmir rayon, Söyüdlər kənd sakini Emin Kinyaz oğlu İsgəndərov 190 manat birdəfəlik ödəmə üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytına onlayn müraciət edib. Ancaq onun müraciətinə imtina cavabı verilib və imtinanın səbəbi kimi Emin İsgəndərovun adında “avtomobil sürmək üçün sürücülük etibarnaməsi” qeyd edilib. Emin İsgəndərov bununla əlaqədar, Kürdəmir rayon Məşğulluq Mərkəzinə şikayət bildirsə də, ona heç bir köməklik göstərilməyib.

DİA.AZ xəbər verir ki, Kürdəmir rayon, Atakişili kənd sakini İbrahim İsa oğlu Mürsəlov 190 manat birdədəlik ödəmə üçün e-sosial.az saytına onlayn müraciət etsə də, ona imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi İbrahim Mürsəlovun “öhdəliyində pay torpağı” olması göstərilib. İbrahim Mürsəlov bununla bağlı, Kürdəmir rayon Məşğulluq Mərkəzinə müraciət etsə də, ona heç bir köməklik olunmayıb.

Kürdəmir rayon, Şaxsevən kənd sakini Ramil İbrahim oğlu Mürsəlov (ailə üzvü 5 nəfər olmaqla) aztəminatlı ailə olduğu üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytına onlayn müraciət edib, ancaq ona imtina cavabı verilib. İmtinanın səbəbi kimi onun “öhdəliyində pay torpağı olduğu və rəsmi iş yeri olmadığı” qeyd olunub. Ramil Mürsəlov bununla əlaqədar, Kürdəmir rayonunun DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, ona heç bir köməklik göstərilməyib.

Kürdəmir rayon, Şaxsevən kənd sakini Sahib Ağa oğlu Ömərov 190 manat birdəfəlik ödəmə üçün e-sosial.az saytına onlayn müraciət edib, ancaq müraciətinə imtina cavabı gəlib. İmtinanın səbəbi kimi onun “öhdəliyində pay torpağı olduğu” qeyd olunub. Sahib Ömərov bununla bağlı, Kürdəmir rayon Məşğulluq Mərkəzinə şkayət bildirsə də, ona heç bir köməklik olunmayıb.

Kürdəmir rayon, Xırdapay kənd sakini Rasimə Rasim qızı Həsənova 190 manat birdəfəlik ödəmə üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nazirliyinin e-sosial.az saytına onlayn müraciət edib, ancaq imtina cavabı alıb. İmtinanın səbəbi isə Rasimə Həsənovanın “aktiv məşğulluğu” olmasıdır. Rasimə Həsənova bununla bağlı, Kürdəmir rayon Məşğulluq Mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağırı Mərkəzinə məlumat versə də, heç bir köməklik göstərilməyib.

Kürdəmir rayon, Şaxsevən kənd sakini Niyazi Rəsul oğlu Abdulrəhmanov 190 manat birdəfəlik ödəmə üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytına onlayn müraciət edib, ancaq Niyazi Abdulrəhmanova imtina cavabı gəlib. İmtinanın səbəbi kimi onun öhdəliyində avtomobil olduğu qeyd olunub. Niyazi Abdulrəhmanov bununla bağlı, Kürdəmir rayon Məşğulluq Mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə məlumat versə də, ona heç bir köməklik göstərilməyib.

Kürdəmir şəhər, N.Nərimanov küç., ev 15-də yaşan Tural Şirvan oğlu Əhmədov 190 manat birdəfəlik ödəmə üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytına onlayn müraciət edib. Ancaq Tural Əhmədovun müraciətinə imtina cavabı verilib və səbəb kimi “aktiv məşğulluğu” göstərilib. Tural Əhmədov bunun üçün Kürdəmir rayon Məşğulluq Mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağırı Mərkəzinə şikayət etsə də, şikayətinə baxılmayıb.

Bölmənin digər xəbərləri

23 Noyabr 2020 Kommunal xidmətlər şəhid və qazi ailələri üçün pulsuz olacaq? - AÇIQLAMA
23 Noyabr 2020 DİQQƏT! Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara - ŞAD XƏBƏR
21 Noyabr 2020 “Məcburi köçkünlər mənzilləri dövlətə qaytarılmalı olacaqlar” – QMKİDK
20 Noyabr 2020 Qarabağa qayıdış planı: Qeyri-köçkünlər də yurd sala bilər? - GƏLİŞMƏ
19 Noyabr 2020 MİDA güzəştli evlərlə bağlı elan verdi
18 Noyabr 2020 Xüsusi Şərtlərlə Təyinat İdarəsi pensiyaçıları acından öldürmək yolunu tutub 3-cü aydır güzəştli şərtlərlə pensiyaçıların pulu köçürülmür
16 Noyabr 2020 “Dövlət Sosial Müdafiə Fondu” yüksək qiymətə 2 ofis icarəyə götürüb
13 Noyabr 2020 Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi - 3-cü aydır güzəştli şərtlərlə pensiyaçılara ödəniş edilmir
12 Noyabr 2020 Nazirin bu şəhid ailəsindən xəbəri varmı? - VİDEOGİLEY
07 Noyabr 2020 DİN vətəndaşlara müraciət etdi
07 Noyabr 2020 Azərbaycanda koronavirus infeksiyasına daha 1410 yoluxma faktı qeydə alınıb, 779 nəfər sağalıb
07 Noyabr 2020 Azərbaycanda ardıcıl 3 gün İŞ OLMAYACAQ
07 Noyabr 2020 Əliyar Əliyevin doğulduğu kənd də azad olundu (FOTOLAR)
07 Noyabr 2020 Sabah da yağış yağacaq
07 Noyabr 2020 Xoşqədəmin verilişi bağlandı
03 Noyabr 2020 Temperatur enəcək, qar yağacaq -Xəbərdarlıq
03 Noyabr 2020 Dövlət rəmzlərinin adları belə yazılacaq
03 Noyabr 2020 Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb, 551 nəfər sağalıb
03 Noyabr 2020 Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb, 551 nəfər sağalıb
03 Noyabr 2020 "Ordumuz Şuşaya nəfəs qədər yaxındır" - Ali Baş Komandan

Dünyapress TV

Xəbər lenti