Dəbdəbə ehtirası:
Karantin dönəmi əla fürsətdir. Dəbdəbə və paxıllıq, “qonşudan qalma dala” prinsipi ilə yaşamaq xəstəlik qapımızı döyəndə heç bir işə yaramadısa, heç zaman yaramayacaq.

Bəşər tarixində ilk qətlin, cinayətin səbəbi paxıllıqdır – müqəddəs kitablar belə yazır. Mən isə düşünürəm ki, bütün “ilk”lərin təməlində, yaranmasında əsas səbəb paxıllıqdır.

Qısqanclıq və paxıllıq insan oğluyla yaşıddır.

İnsan oğlunun zəruri və həyati əhəmiyyətli ehtiyaclarından artıq əldə etdiyi hər şey, başqalarını qıcıqlandırmaq, başqalarında paxıllıq hissləri yaratmaq üçündür.

Paxıllıq fenomeni maraqlı və bir o qədər də qəliz psixoloji prosesdir. İnsanlar başqalarının sahib olduğu hər şeyi qısqanır – zənginlərin var-dövlətinə və komfortuna, kasıbların qüruruna və səbrinə paxıllıq edirik.

Gecə yatıb, səhər ayılmayan, rahat ölümlə dünyasını dəyişən qonşusunun paxıllığını çəkən ağsaqqalla söhbətimi xatırlayıram. Bütün gün zarıya-zarıya küçədə veyillənən qoca qonşusunun rahat ölümünü qısqanırdı: “Bəxtəvər başına, gecə yatdı, səhər ayılmadı. Yoxsa mən, illərdi revmatizma ağrılarından zülm çəkirəm. Allah hamıya rahat ölüm qismət etsin”.

Dəhşətli məqamdır hə?

Rahat ölümü belə qısqanır, əzabsız, ağrısız ölənlərə paxıllıq edir insan…

Uzun müddət yurdumun insanın dəbdəbəli toy və yas mərasimlərinə maraq göstərməsi məni düşündürüb. Xüsusilə toy sənayesi məni hər zaman təəccübləndirib, daha doğrusu çılğınlaşan gedişat məni qorxudub.

Dəbdəbəli şadlıq sarayları, bahalı gəlinlik və gəlin aksesuarları, səs-küylə şütüyən toy karvanları, qulaqbatıran və bayağı musiqilər, kraliça kimi bəzənmiş gəlin, Uels vəliəhdi kimi geyinmiş bəy, kirayə paltarlarına və daş-qaşa bürünmüş qonaqlar, “love story”lər, kranla videoçəkilişlər, nəhəng tortlar, rəqqasələr, löyün-löyün yeməklər, zövqsüz və bayağı musiqilər…

Bütün bu ikrah doğuran təntənənin, dəbdəbənin sadəcə bir səbəbi var – paxıllıq. Biz başqalarının paxıllığını çəkdiyimiz üçün ondan daha zəngin görünməyə çalışırıq.

İllər əvvəl evlənməyə hazırlaşan ziyalı tanışlarımın birinin valideyni ilə söhbət edəndə, bahalı şeylərə qaçmamasını, xudmani məclis qurmasını tövsiyə elədim. Yaşadığım təcrübəni bölüşdüm. Bankdan kredit götürüb toy etməyin acı nəticələrindən danışdım. İnsafən ağsaqqal məni sona qədər dinlədi. Ancaq yarım saatlıq nitqimə verdiyi reaksiyaya yerimdə donub qaldım: “Qoy istəməyənlərin ürəyi partlasın!”

Paxıllıq arzusunda olduğumuz xoşbəxtlikdən daha uzun çəkir. Qonşusunu qısqandırmaq üçün dəbdəbəli toy edən adamın bütün məclislərində eyni göstəriş, eyni məzmunsuzluq və mənasızlıq olacaq. Çünki bu istək saf, təmiz deyil. Kimlərinsə “ürəyini partlatmaq” arzusu paxıl insanı tərk etmir.

Paxıllıq bizi səhv qərarlara, yanlış seçimlərə sürükləyir.

Alışdığımız toyların və dəbdəbəli yasların qadağan edildiyi karantin dönəmində, bütün bunlar barədə yenidən düşünmək şansımız var.

Bəlkə paxıllıq etmədən, heç kəsə acıq və qıcıq vermədən sadə həyat tərzinə qayıdaq? Sadə və dəbdəbədən uzaq məclislər haqqında düşünək, başqalarının paxıllığını çəkmədən rahat həyatımıza zəmin hazırlayaq və başqalarının da bizim paxıllığımızı çəkməsini arzulamayaq?

Düşünürəm ki, karantin dönəmi əla fürsətdir. Dəbdəbə və paxıllıq, “qonşudan qalma dala” prinsipi ilə yaşamaq xəstəlik qapımızı döyəndə heç bir işə yaramadısa, heç zaman yaramayacaq.

Və nə qəribədir ki, varlı da, kasıb da eyni qaydalarla təcrid edildi, eyni qadağalarla qarşılaşdı.

Yarışırıqsa, yaxşılıq etmək üçün yarışaq.

Gözəl işlərə, sadəliyə, paxıllıq edək.

İnsanların dəbdəbədən uzaqlaşacağını, paxıllıqdan vaz keçəcəyini düşünmək asandır. Bu sətrləri yazarkən belə bir şeyin təcrübədə mümkünsüzlüyünü dərk edirəm.

Çünki bu günə qədər paxıllıq hissi olmayan insanla rastlaşmamışam.

Hamımız paxıllıq hissinin qullarıyıq.

Çox təəssüf ki, bu hiss bizim məişətimizdə, həyatımızda çətinliklər yaradır. Başqalarının paxıllığını çəkmək bizim normal həyat yaşamağımıza mane olur.

Və bir gün dəlicəsinə çapan yarış atının ayağının çuxura düşüb yıxılması kimi, kəllə-mayallaq gedirik…

Bütün müqayisələr sevincimizi, hüzurumu oğurlayır…

Bölmənin digər xəbərləri

30 May 2020 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? - RƏSMİ
26 May 2020 Sosial yardım istəyən şəxsin 8 avtomobili olduğu ortaya çıxdı – RƏZALƏT
25 May 2020 Yarım milyon ailə "havada" - "Onlar sökülə bilməz"
24 May 2020 "Əmək pensiyaları haqda" yeni layihənin mahiyyəti açıqlandı
24 May 2020 Tələbələrə təqaüdlər necə ödəniləcək? - Nazirdən AÇIQLAMA
23 May 2020 Nazirlik yoxlamalara başladı - ictimai iş yerləri ilə bağlı
23 May 2020 Nazirdən tələbə təqaüdlərinin ödənilməsi ilə bağlı - Açıqlama
23 May 2020 Nazirlik hər qiymət üçün balları müəyyən edib: narazı qalan direktorla danışsın
21 May 2020 Təhsil haqları ödənilməlidirmi? - Millət vəkili aydınlıq gətirdi
19 May 2020 İyun ayında da 190 manat veriləcək? - RƏSMİ CAVAB
17 May 2020 Ailə başçısını itirən şəxslərə mühüm xəbər- Hansı yüksək məbləğdədirsə...
16 May 2020 Uşaq pulu” bərpa edilə bilər - ”0,8-1,6 milyardla başlamaq olar”
16 May 2020 Azərbaycanda may ayı üzrə bütün pensiyalar ödənilib - RƏSMİ
16 May 2020 Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
15 May 2020 İşsizlərə təklif edilən ictimai işlər açıqlandı - SİYAHI
14 May 2020 Aliment alanlar və ödəyənlər də bu yardımı ala biləcəklər
14 May 2020 DSMF-də struktur dəyişikliyi aparılıb – Yeni qurum yaradılıb
14 May 2020 Növbəti əfv sərəncamı və ya amnistiya GÖZLƏNİLİR
14 May 2020 Geyləri qırıb qurtarmaq mümkündürmü? - Tanınmış həkim yazdı
13 May 2020 Sinifdə yox, telefonda öyrən: Virtual təhsil məktəbi əvəz edə biləcəkmi? - Nazirlik ümidli, ekspert narazı

Dünyapress TV

Xəbər lenti