Təhsil haqları ödənilməlidirmi? - Millət vəkili aydınlıq gətirdi
Cəmiyyətdə pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil. Konkret olaraq ali təhsildə nə baş verir? Pandemiya ali məktəblər qarşısında 3 problem yaratdı. Birincisi, mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi, virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq, üçüncüsü, çıxılmaz vəziyyətlə üzləşən tələbələrə kömək eləmək.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev deyib.

Distant təhsil ətrafında imitasiyaların mövcud olduğunu deyən millət vəkili bütün universitet və tələbələrlə bağlı universal qərar qəbul etməyin qeyri-mümkünlüyünü bildirib:

"Bütün dünyada belədir. Tələbələrin distant təhsilinin keyfiyyətinə verilən qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirdiər. Müşahidələrimiz göstərir ki, universitet var, günə 900 distant dərs təşkil edə bildi. Təhsil Nazirliyi və müstəqil ekspertlər təhsilin bu növünü yetərincə yüksək səviyyədə təşkil edənləri və təşkil edə bilməyənləri aşkar etməlidirlər.

Sual yaranır, ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırlarmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan təhsil haqlarının 83-85 faizi əmək haqlarına sərf olunur. Bu il dövlət sifarişli yerlər 16 000 nəfər artırılıb. Ödənişli təhsil alan tələbələr də təhsil nailiyyətlərinə görə təqaüd alırlar. Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir.

Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar tələbələr üçün yüksək güzəştlərdir. Ali məktəb rəhbərləri də pandemiyanın tələbələrin təhsilinə təsirini yumşaltmaq məqsədilə müxtəlif güzəştlər həyata keçirirlər".

Etibar Əliyev pandemiya dövründə həkim və müəllimlərin böyük fədakarlıq göstərdiyini qeyd edib: "Həkimlər illər ərzində gördüyü işi, müəllimlər isə heç vaxt görmədikləri yeni işi etdilər: distant dərslər apardılar. Təhsilin bütün pillələrində çalışan müəllimlər bu dövr ərzində müxtəlif vasitələrlə dərs deməyə çalşdılar. Əlbəttə ki, bilik qazanmaq istəyi olan tələbələrin böyük kəsimi bundan bəhrələndilər.

Tələbələrin kursadan-kursa keçmələri məsələsində problem yaradılmamlıdır. Distant təhsilin təşkili ənənəvi təhsildən qat-qat çətindir. Buna görə də tələbə və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük də dövlətin üzərinə düşməməlidir. Dövlətin dəstəyi ilə vətəndaşın dəstəyi uzlaşmalı və vəhdət təşkil etməlidir. “Birlikdə güclüyük” paradiqması isə bunun fəlsəfəsini təşkil etməlidir.

Nəzərə almaq lazımdır ki, elə ali məktəblər var, plan yerləri 70-80 faiz dolub. Bunun özü də müəllimlərin əməkhaqqının ödənilməsində ciddi problemlər yaradırdı".

Bölmənin digər xəbərləri

25 May 2020 Yarım milyon ailə "havada" - "Onlar sökülə bilməz"
24 May 2020 "Əmək pensiyaları haqda" yeni layihənin mahiyyəti açıqlandı
24 May 2020 Tələbələrə təqaüdlər necə ödəniləcək? - Nazirdən AÇIQLAMA
23 May 2020 Nazirlik yoxlamalara başladı - ictimai iş yerləri ilə bağlı
23 May 2020 Nazirdən tələbə təqaüdlərinin ödənilməsi ilə bağlı - Açıqlama
23 May 2020 Nazirlik hər qiymət üçün balları müəyyən edib: narazı qalan direktorla danışsın
22 May 2020 Dəbdəbə ehtirası: paxıllıq və qısqanclıq məngənəsində yaşamaq
19 May 2020 İyun ayında da 190 manat veriləcək? - RƏSMİ CAVAB
17 May 2020 Ailə başçısını itirən şəxslərə mühüm xəbər- Hansı yüksək məbləğdədirsə...
16 May 2020 Uşaq pulu” bərpa edilə bilər - ”0,8-1,6 milyardla başlamaq olar”
16 May 2020 Azərbaycanda may ayı üzrə bütün pensiyalar ödənilib - RƏSMİ
16 May 2020 Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
15 May 2020 İşsizlərə təklif edilən ictimai işlər açıqlandı - SİYAHI
14 May 2020 Aliment alanlar və ödəyənlər də bu yardımı ala biləcəklər
14 May 2020 DSMF-də struktur dəyişikliyi aparılıb – Yeni qurum yaradılıb
14 May 2020 Növbəti əfv sərəncamı və ya amnistiya GÖZLƏNİLİR
14 May 2020 Geyləri qırıb qurtarmaq mümkündürmü? - Tanınmış həkim yazdı
13 May 2020 Sinifdə yox, telefonda öyrən: Virtual təhsil məktəbi əvəz edə biləcəkmi? - Nazirlik ümidli, ekspert narazı
12 May 2020 Rusiyada 3-16 yaşlı hər uşağa 10 MİN RUBL AYRILDI
11 May 2020 190 manat alanlara ŞAD XƏBƏR – Sabahdan mayın ödənişi başlayır

Dünyapress TV

Xəbər lenti