Fonda daha hansı nazirlər nə qədər ianə etdi? – SİYAHI
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri 91 milyon 442 min 445 manata çatıb.

Teref.az xəbər verir ki, Fonda 2641 fiziki, 115 hüquqi şəxs ianə edib.

Fiziki şəxslər arasında ən yüksək ianə hələ də Qod Nisanovun adı ilə bağlıdır – 2 milyon manat.

Fiziki şəxs olaraq ianə edənlər arasında məmurlarımızın sayı artıb. Belə ki:

1. Hacıbala Abutalıbov (Baş nazirin müavini) – 37.200,

2. İsmət Abbasov (Baş nazirin müavini) – 5 min,

3. Məleykə Abbaszadə (DİM sədri) – 8 min,

4. Muxtar Babayev (Ekologiya və Təbii Sərvətlər naziri) – 3 min,

5. Sahil Babayev (Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) – 3951,

6. Eyyub Yaqubov (Baş nazirin birinci müavini) – 9 min,

7. Natiq Əmirov (Prezidentin köməkçisi) – 10 min,

8. Səfər Mehdiyev (Gömrük Komitəsinin sədri) – 10 min,

9. Yəhya Musayev (Müdafiə sənayesi nazirinin müavini) – 10 min,

10. Əbülfəs Qarayev (Mədəniyyət naziri) – 5 min,

11. Cavid Qurbanov (Dəmir Yolları ASC-nin sədri) – 10 min

12. Oqtay Şirəliyev (Səhiyyə naziri) – 10 min və s.

adlarını siyahıya yenilikcə yazdırıblar.

Yeri gəlmişkən qeyd edək ki, Baş nazirimiz Əli Əsədovun köçürdüyü məbləğdə dəyişiklik olub. Belə ki, ötən gün 3600 idisə, bu gün məbləğ 10 mindir.

Bundan başqa, xalq artisti Alim Qasımov 1500, aparıcı Xoşqədəm Hidayətqızı 1000, deputat Cavanşir Feyziyev 20 min manatla kampaniyaya qoşulub.

İki sabiq – BDU-nun keçmiş rektoru Abel Məhərrəmov (3 min) və Prezident katibliyinin rəisi Dilarə Seyidzadə də (2 min) kənarda qalmayıb.

Daha bir diqqətçəkici ianə Nigar Arpadaraidir. Yeni seçilən deputat, digər həmkarlarından fərqli olaraq, Fonda 300 manat köçürüb.

Ən maraqlı isə tanınmış jurnalist Rey Kərmioğluna aiddir. İmkanlarının məhdudluğuna baxmayaraq, həmkarımız 50 manatla koronavirusa qarşı mübarizəyə dəstəyini ifadə edib. /Axar.az/

Bölmənin digər xəbərləri

25 May 2020 Yarım milyon ailə "havada" - "Onlar sökülə bilməz"
24 May 2020 "Əmək pensiyaları haqda" yeni layihənin mahiyyəti açıqlandı
24 May 2020 Tələbələrə təqaüdlər necə ödəniləcək? - Nazirdən AÇIQLAMA
23 May 2020 Nazirlik yoxlamalara başladı - ictimai iş yerləri ilə bağlı
23 May 2020 Nazirdən tələbə təqaüdlərinin ödənilməsi ilə bağlı - Açıqlama
23 May 2020 Nazirlik hər qiymət üçün balları müəyyən edib: narazı qalan direktorla danışsın
22 May 2020 Dəbdəbə ehtirası: paxıllıq və qısqanclıq məngənəsində yaşamaq
21 May 2020 Təhsil haqları ödənilməlidirmi? - Millət vəkili aydınlıq gətirdi
19 May 2020 İyun ayında da 190 manat veriləcək? - RƏSMİ CAVAB
17 May 2020 Ailə başçısını itirən şəxslərə mühüm xəbər- Hansı yüksək məbləğdədirsə...
16 May 2020 Uşaq pulu” bərpa edilə bilər - ”0,8-1,6 milyardla başlamaq olar”
16 May 2020 Azərbaycanda may ayı üzrə bütün pensiyalar ödənilib - RƏSMİ
16 May 2020 Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
15 May 2020 İşsizlərə təklif edilən ictimai işlər açıqlandı - SİYAHI
14 May 2020 Aliment alanlar və ödəyənlər də bu yardımı ala biləcəklər
14 May 2020 DSMF-də struktur dəyişikliyi aparılıb – Yeni qurum yaradılıb
14 May 2020 Növbəti əfv sərəncamı və ya amnistiya GÖZLƏNİLİR
14 May 2020 Geyləri qırıb qurtarmaq mümkündürmü? - Tanınmış həkim yazdı
13 May 2020 Sinifdə yox, telefonda öyrən: Virtual təhsil məktəbi əvəz edə biləcəkmi? - Nazirlik ümidli, ekspert narazı
12 May 2020 Rusiyada 3-16 yaşlı hər uşağa 10 MİN RUBL AYRILDI

Dünyapress TV

Xəbər lenti