Əhaliyə hansı güzəştlər ediləcək? -
Xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, rayon qeydiyyatında olub, amma Bakıda işləyən şəxslərin paytaxta girişi Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən yerində tənzimlənəcək:

"Vətəndaşlar arxayın olsunlar ki, bütün məsələlər onların xeyrinə həll ediləcək. Əgər rayon qeydiyyatında olan şəxs Bakıda işləyirsə və öz iş yerinə gedib çatmalıdırsa, təbii ki, belə hallar vətəndaşların xeyrinə nizamlanacaq".

Teref.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan tanınmış vəkil Roman Qaraşov bildirib ki, hər bir şəxsə individual, fərdi yanaşılmalıdır:

"Belə bir vaxtda məhdudiyyətlərin tətbiq olunması heç də qanunsuz deyil. Sağlamlığın qorunması üçün belə addımlar atılmalıdır. Giriş-çıxışla bağlı ciddi problem yoxdur. Bayram günləridir və əksər müəssisələr fəaliyyətini dayandırıb".

Vəkil bildirib ki, əsas problem giriş-çıxışa qoyulan məhdudiyyətlər yox, aztəminatlı, maddi cəhətdən gündəlik tələbatını günlük ödəyən insanların olmasıdır:

"Yaxın vaxtlarda əgər əhaliyə hər hansı bir maddi dəstək göstərilməsə, çox çətin olacaq. Çünki bu cür ailələr gündəlik tələbatını ödəməlidirlər. Bakı ətrafında yaşayan insanlar var ki, onların işi birbaşa paytaxtla bağlıdır. Məhdudiyyətlərin tətbiq olunması onları gündəlik qazanclarından məhrum edib. Belə qərarların verilməsi zamanı əhalinin də marağından çıxış edərək, müəyyən güzəştlərin tətbiqi nəzərdə tutulur. Amma hələ ki, reallaşdırılmayıb. Məsələn, bank sistemi ilə bağlı təkliflərin hazırlanması göstərilsə də, real bir addım atılmayıb".

Bölmənin digər xəbərləri

10 Aprel 2020 Bu QHT 20 ailənin bir aylıq təminatını üzərinə götürdü
10 Aprel 2020 Bu il ÜST-ə hansı dövlət nə qədər pul ianə edəcək? - SİYAHI
08 Aprel 2020 Fonda cəmi 16 deputat pul köçürüb - Siyahı
08 Aprel 2020 Nazir: Bu şəxslərin də ödəniş üçün müraciət hüququ var
07 Aprel 2020 Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcək- Rəsmi
06 Aprel 2020 Pensiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri dəyişdirildi
06 Aprel 2020 Aprelin 6-sı üçün teledərslərin cədvəli bəlli oldu
05 Aprel 2020 Qubad İbadoğlunun adil koronavirus təklifləri
05 Aprel 2020 50 min ictimai iş yeri yaradılır - Azərbaycanda
03 Aprel 2020 Bu xidmət əhali üçün pulsuz olacaq
02 Aprel 2020 “Ola bilməz ki, işləyənlərə nəsə verək, rəsmi işləməyənlərə yox” – Vahid Əhmədov
02 Aprel 2020 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılandı
01 Aprel 2020 Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
31 Mart 2020 Xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinə icazə verilib
30 Mart 2020 Vətəndaşların sosial müdafiəsi ilə bağlı - Nazirlikdən açıqlama
30 Mart 2020 DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
30 Mart 2020 Vətəndaşlara pul yardımı ediləcək? - Nazirlikdən AÇIQLAMA
29 Mart 2020 Hökumətdən günəmuzd işləyənlərlə bağlı açıqlama
28 Mart 2020 Fonda daha hansı nazirlər nə qədər ianə etdi? – SİYAHI
28 Mart 2020 DOST könüllüləri tənha yaşlıların xidmətində - FOTO

Dünyapress TV

Xəbər lenti