Dövlət Miqrasiya Xidməti əcnəbilər üçün elektron xidmətlər təqdim edir
 

Dövlət Miqrasiya Xidməti bildirir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, Xidmətin Qəbul şöbələrində (bölmələrindən) çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə hazırda bir sıra xidmətlər, o cümlədən əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşama icazələrinin alınması (uzadılması) yalnız elektron qaydada (https://eservice.migration.gov.az) həyata keçirilir.

Publika.az-ın məlumatına görə, bəzi regionlarda əcnəbilərin elektron xidmətlərdən istifadə imkanlarının olmaması səbəbindən elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilmirlər. Bu hallarda əcnəbilərin ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması və müvəqqəti yaşama icazələrinin alınması (uzadılması) ilə bağlı 20-28 mart 2020-ci il tarixdə Xidmətin regional miqrasiya idarələri (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) üzrə Qəbul şöbələrinə (bölmələrinə) sənəd qəbulu yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək.

Əvvəlcədən yazılmaq üçün əlaqə nömrələri:

Şirvan regional miqrasiya idarəsi: (021) 215-71-23

Şəki regional miqrasiya idarəsi: (024) 245-21-28

Gəncə regional miqrasiya idarəsi: (022) 265-19-29

Lənkəran regional miqrasiya idarəsi: (025) 252-62-83

Xaçmaz regional miqrasiya idarəsi: (023) 325-60-19

Ağsu regional miqrasiya idarəsi: (077) 444-08-84

Yevlax regional miqrasiya idarəsi: (022) 337-82-05

Digər hallarda isə əcnəbilərin Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaları xahiş olunur.

Əlavə olaraq, bildiririk ki, rüsum vaxtında ödənildikdən sonra əcnəbilər tərəfindən hazır sənədin bir müddət götürülməməsi heç bir məsuliyyət yaratmır.

Bölmənin digər xəbərləri

28 Mart 2020 Fonda daha hansı nazirlər nə qədər ianə etdi? – SİYAHI
28 Mart 2020 DOST könüllüləri tənha yaşlıların xidmətində - FOTO
26 Mart 2020 DSMF dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəyir... - İTTİHAM
25 Mart 2020 Zövqlərimizi, duyğularımızı, hisslərimizi idarə edən biri var: bir barmaq uzaqda
25 Mart 2020 Əhaliyə hansı güzəştlər ediləcək? - Kreditlərin silinməsi, ərzaq yardımı... - AÇIQLAMA
24 Mart 2020 İşləyən 65 yaş üstü şəxslərlə bağlı açıqlama
22 Mart 2020 DEPUTATLAR PREZİDENTİN TƏŞƏBBÜSÜNƏ QOŞULDULAR – Fonda vəsait köçürəcəklər
22 Mart 2020 AMEA “Facebook”da akademik Ramiz Mehdiyevin adına saxta hesab yaradılması ilə bağlı açıqlama yaydı
19 Mart 2020 Qanunsuz reklam aparan şirkətlə bağlı araşdırma aparılacaq
19 Mart 2020 Maliyyə Nazirliyi onlayn iş rejiminə keçdi
18 Mart 2020 İnformasiyanın mühafizəsi ilə bağlı qanunda dəyişiklik edildi
17 Mart 2020 “Onlar ünvanlı sosial yardımdan məhrum edilməlidir” – Prezidentdən sərt mövqe
15 Mart 2020 Kibercinayətkarlar koronovirus bəlasından istifadə edirlər
14 Mart 2020 Mətbuat Şurası KİV-lərə müraciət etdi
12 Mart 2020 Bayramda 9 gün evdə qalacağıq
12 Mart 2020 Ağciyər İnstitutunda ölənlərlə bağlı açıqlama
12 Mart 2020 Elini ürküt, axsağından yapış və ya əcnəbilərdən boşanmanın ən pis üzü
09 Mart 2020 Hicran Hüseynova vəzifəsindən azad edildi
09 Mart 2020 Bu nazirliklərin saytı niyə açılmırdı? - RƏSMİ CAVAB
08 Mart 2020 Leyla Əliyevadan xanımlarla bağlı paylaşım

Dünyapress TV

Xəbər lenti