Maliyyə Nazirliyi onlayn iş rejiminə keçdi
 

Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Maliyyə Nazirliyi sistemində işçilərin iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalanıb.

Bu barədə Publika.az nazirliyə istinadən xəbər verir.

Əmrə əsasən, Nazirliyin Aparatı, struktur bölmələri və yerli maliyyə orqanlarında vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər iş yerinə gəlmədən saat 09:00-dan 18:00-dək evdən distant işləmə rejiminə keçirilib. Evdən işləmə rejiminə keçən işçilərlə iş vaxtı ərzində telefonlarla və internetlə onlayn rejimdə daim əlaqə saxlanılacaq.

Bundan başqa, iclas və görüşlərin əsasən audio və video konfrans formatında keçirilməsinə başlanılıb.

Vətəndaşların müraciətlərinin qəbulunun elektron (office@maliyye.gov.az) və telefon rabitəsi (012 404 46 99, daxili-195) vasitəsilə, habelə Nazirliyin ünvanına kağız daşıyıcıları göndərməklə həyata keçirilməsi, eyni zamanda Nazirliyin qaynar xəttinin (012 4044725) fəaliyyətinin gücləndirilməsi və vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib.

Tədbirlər çərçivəsində Dövlət Xəzinədarlıq Agentliyi xüsusi iş rejimi tətbiq etməklə yanaşı koronavirus infeksiyasının yarada biləcəyi xüsusi ekstremal vəziyyətlərdə iş ahənginin pozulmasının qarşısının alınması və təşkilatların maliyyələşdirilməsində fasiləsizliyinin təmin edilməsi məqsədilə bir neçə işçisini xidmət göstərdikləri təşkilatların nümayəndələrindən tam izolyasiya olunmuş iş şəraiti ilə təmin edəcək.

Eyni zamanda, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tədris prosesini Nazirlər Kabinetinin təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müəyyən etdiyi tarixə qədər dayandırıb.

Əmrdə əməkdaşlara sosial məsuliyyətli davranmaları, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılıb.

Bölmənin digər xəbərləri

05 Aprel 2020 Qubad İbadoğlunun adil koronavirus təklifləri
05 Aprel 2020 50 min ictimai iş yeri yaradılır - Azərbaycanda
03 Aprel 2020 Bu xidmət əhali üçün pulsuz olacaq
02 Aprel 2020 “Ola bilməz ki, işləyənlərə nəsə verək, rəsmi işləməyənlərə yox” – Vahid Əhmədov
02 Aprel 2020 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılandı
01 Aprel 2020 Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
31 Mart 2020 Xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinə icazə verilib
30 Mart 2020 Vətəndaşların sosial müdafiəsi ilə bağlı - Nazirlikdən açıqlama
30 Mart 2020 DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
30 Mart 2020 Vətəndaşlara pul yardımı ediləcək? - Nazirlikdən AÇIQLAMA
29 Mart 2020 Hökumətdən günəmuzd işləyənlərlə bağlı açıqlama
28 Mart 2020 Fonda daha hansı nazirlər nə qədər ianə etdi? – SİYAHI
28 Mart 2020 DOST könüllüləri tənha yaşlıların xidmətində - FOTO
26 Mart 2020 DSMF dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəyir... - İTTİHAM
25 Mart 2020 Zövqlərimizi, duyğularımızı, hisslərimizi idarə edən biri var: bir barmaq uzaqda
25 Mart 2020 Əhaliyə hansı güzəştlər ediləcək? - Kreditlərin silinməsi, ərzaq yardımı... - AÇIQLAMA
24 Mart 2020 İşləyən 65 yaş üstü şəxslərlə bağlı açıqlama
22 Mart 2020 DEPUTATLAR PREZİDENTİN TƏŞƏBBÜSÜNƏ QOŞULDULAR – Fonda vəsait köçürəcəklər
22 Mart 2020 AMEA “Facebook”da akademik Ramiz Mehdiyevin adına saxta hesab yaradılması ilə bağlı açıqlama yaydı
20 Mart 2020 Dövlət Miqrasiya Xidməti əcnəbilər üçün elektron xidmətlər təqdim edir

Dünyapress TV

Xəbər lenti