“Onlar ünvanlı sosial yardımdan məhrum edilməlidir” – Prezidentdən sərt mövqe
“Bu sürətlə getsək, həmin kateqoriyadan olan və növbədə duran bütün vətəndaşları biz 2021-2022-ci illərdə evlərlə, mənzillərlə təmin edəcəyik”.
Teref.az xəbər verir ki, bunu prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən şəhid ailələri, müharibə veteranları haqda danışarkən deyib.

Prezident qeyd edib ki, o özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsi haqda göstəriş verib

“Eyni zamanda, biz Dünya Bankını bu məsələyə cəlb etdik. Mənim Dünya Bankının icraçı direktoru ilə Davosda keçirdiyim görüşdə bu məsələ müzakirə olundu. Dünya Bankı bizə həm maliyyə dəstəyi göstərəcəkdir, eyni zamanda, məsləhət xidmətlərini təmin edəcəkdir.

Siz mənə məruzə etmişdiniz ki, tələbat kifayət qədər böyükdür. Təqribən 50 minə yaxın müraciət olubdur. Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər.

Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir. Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər.

Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir. Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir”.

Bölmənin digər xəbərləri

05 Aprel 2020 Qubad İbadoğlunun adil koronavirus təklifləri
05 Aprel 2020 50 min ictimai iş yeri yaradılır - Azərbaycanda
03 Aprel 2020 Bu xidmət əhali üçün pulsuz olacaq
02 Aprel 2020 “Ola bilməz ki, işləyənlərə nəsə verək, rəsmi işləməyənlərə yox” – Vahid Əhmədov
02 Aprel 2020 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılandı
01 Aprel 2020 Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
31 Mart 2020 Xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinə icazə verilib
30 Mart 2020 Vətəndaşların sosial müdafiəsi ilə bağlı - Nazirlikdən açıqlama
30 Mart 2020 DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
30 Mart 2020 Vətəndaşlara pul yardımı ediləcək? - Nazirlikdən AÇIQLAMA
29 Mart 2020 Hökumətdən günəmuzd işləyənlərlə bağlı açıqlama
28 Mart 2020 Fonda daha hansı nazirlər nə qədər ianə etdi? – SİYAHI
28 Mart 2020 DOST könüllüləri tənha yaşlıların xidmətində - FOTO
26 Mart 2020 DSMF dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəyir... - İTTİHAM
25 Mart 2020 Zövqlərimizi, duyğularımızı, hisslərimizi idarə edən biri var: bir barmaq uzaqda
25 Mart 2020 Əhaliyə hansı güzəştlər ediləcək? - Kreditlərin silinməsi, ərzaq yardımı... - AÇIQLAMA
24 Mart 2020 İşləyən 65 yaş üstü şəxslərlə bağlı açıqlama
22 Mart 2020 DEPUTATLAR PREZİDENTİN TƏŞƏBBÜSÜNƏ QOŞULDULAR – Fonda vəsait köçürəcəklər
22 Mart 2020 AMEA “Facebook”da akademik Ramiz Mehdiyevin adına saxta hesab yaradılması ilə bağlı açıqlama yaydı
20 Mart 2020 Dövlət Miqrasiya Xidməti əcnəbilər üçün elektron xidmətlər təqdim edir

Dünyapress TV

Xəbər lenti