195500_l7ea05u0b3.jpg - 288.75 KB

Son aylar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ölüm hallarının sayı artıb.
Sonuncu belə ölüm faktları martın 10-da qeydə alınıb. Belə ki, həmin gün İnstitutda 3 ölüm hadisəsi baş verib.

TƏBİB-dən Axşam.az-a bildirilib ki, 1986-cı il təvəllüdlü qadın saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub.“Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, saat 20:30-da bioloji ölüm qeyd olunub.

Qeyd edilib ki, ölümün səbəbi “Kəskin ağciyər-ürək çatışmazlığı, ağır gedişli, iki tərəfli pnevmoniya”dır.

İkinci xəstə 1999-cu il təvəllüdlü qadın olub. O, ETACXİ-ə mart ayının 6-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Vəziyyəti pisləşdiyindən martın 10-da II Reanimasiya şöbəsinə köçürülüb. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, saat 21:05-də bioloji ölüm qeyd olunub.

Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”dır.

1949-cu il təvəllüdlü üçüncü xəstə də ETACXİ-ə martın 6-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, iki tərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu ilə I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, martın 10-u saat 19:00-da bioloji ölüm qeyd olunub.

Ölümün səbəbi: “Ağciyər arteriyasının tromboemboliyası. Xroniki ağciyər ürəyi. Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində (kazeoz pnevmoniya). Ekssudativ plevritlə fəsadlaşma”dır.

Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılır.

Qeyd edək ki, təkcə mediada yer alan məlumatlara əsasən, ilin əvvəlindən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanvar ayında 6, fevralda 4, martda isə 3 olmaqla ümumilikdə 13 ölüm hadisəsi qeydə alınıb.

Bölmənin digər xəbərləri

05 Aprel 2020 Qubad İbadoğlunun adil koronavirus təklifləri
05 Aprel 2020 50 min ictimai iş yeri yaradılır - Azərbaycanda
03 Aprel 2020 Bu xidmət əhali üçün pulsuz olacaq
02 Aprel 2020 “Ola bilməz ki, işləyənlərə nəsə verək, rəsmi işləməyənlərə yox” – Vahid Əhmədov
02 Aprel 2020 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılandı
01 Aprel 2020 Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
31 Mart 2020 Xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinə icazə verilib
30 Mart 2020 Vətəndaşların sosial müdafiəsi ilə bağlı - Nazirlikdən açıqlama
30 Mart 2020 DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
30 Mart 2020 Vətəndaşlara pul yardımı ediləcək? - Nazirlikdən AÇIQLAMA
29 Mart 2020 Hökumətdən günəmuzd işləyənlərlə bağlı açıqlama
28 Mart 2020 Fonda daha hansı nazirlər nə qədər ianə etdi? – SİYAHI
28 Mart 2020 DOST könüllüləri tənha yaşlıların xidmətində - FOTO
26 Mart 2020 DSMF dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəyir... - İTTİHAM
25 Mart 2020 Zövqlərimizi, duyğularımızı, hisslərimizi idarə edən biri var: bir barmaq uzaqda
25 Mart 2020 Əhaliyə hansı güzəştlər ediləcək? - Kreditlərin silinməsi, ərzaq yardımı... - AÇIQLAMA
24 Mart 2020 İşləyən 65 yaş üstü şəxslərlə bağlı açıqlama
22 Mart 2020 DEPUTATLAR PREZİDENTİN TƏŞƏBBÜSÜNƏ QOŞULDULAR – Fonda vəsait köçürəcəklər
22 Mart 2020 AMEA “Facebook”da akademik Ramiz Mehdiyevin adına saxta hesab yaradılması ilə bağlı açıqlama yaydı
20 Mart 2020 Dövlət Miqrasiya Xidməti əcnəbilər üçün elektron xidmətlər təqdim edir

Dünyapress TV

Xəbər lenti