Bakıda tıxacların qarşısını necə almaq olar? - Ekspertdən açıqlama
“Bakıda, son zamanlar isə Xırdalanda insanları yoran, saatlarla küçələrdə keçirməyə məcbur buraxan tıxacların səbəblərini rəsmi şəxslər, onların arqumentlərini müdafiə edən media-ekspert qrupu avtomobillərinin sayının həddən artıq çox olması ilə izah edirlər. Hazırda rəsmi statistikaya görə, Bakıda hətta qeydiyyatsız yaşayan əhali nəzərə alınsa belə, əhalinin hər 1000 nəfəri hesabı ilə bütün növdən olan avtomobillərin sayı 250 ədəddən çox deyil.”
Teref.az "Bizimyol.info"ya istinadən xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev səsləndirib.

“Halbuki qüvvədə olan şəhərsalma standartlarına görə, bu sayın 300-dək olması normadır. Yəni ictimai nəqliyyat şəbəkəsinin effektiv qurulduğu, yol infrastrukturunun düzgün tikildiyi şəraitdə, hər 1000 nəfərə 300 ədəd avtomobil yolverilən saydır.

Şəhərsalma standartlarının 8.3-cü maddəsinə görə, iri və böyük şəhərlərdə hər 1000 nəfərə 3-4 taksi, 250-dək minik avtomobili, 40-dək iritutumlu avtomobil sayı normadır. Orta ölçülü və kiçik şəhərlərdə həmin normalar daha aşağıdır.

Standartlarda taksidən savayı digər ictimai nəqliyyat növlərinin sayının necə müəyyən edilməsi də əksini tapıb. 8.30-cu maddəyə görə, sürətli olmayan, adi sürət rejimində çalışan nəqliyyat vasitələrində sərnişin salonu döşəməsinin hər kv. merti üçün 4 nəfər, sürətli nəqliyyat vasitələrində isə 3 nəfər olmaqla ictimai nəqliyyata tələbat hesablanmalıdır.

İri və böyük şəhərlərdə ərazinin hər kv.kilometrinə (hər 100 hektara) 4.5 km uzunluqda ictimai nəqliyyatın hərəkət etdiyi yol (xətt) şəbəkəsi düşməlidir. Məsələn, Xırdalanda 1500 hektar məskunlaşma ərazisi varsa, icitmai nəqliyyat yollarının uzunluğu azı 70 km təşkli etməlidir.

Əgər bu standarta əməl edilərsə, şəhərin istənilən nöqtəsində bütün sakinlərin ictimai sərnişin nəqliyyatının ən uzaq dayanacağına qədər piyada gedişi məsafəsinin də 400 m-dək olması təmin edilər(8.33-cü maddə). Eyni zamanda, 8.35-ci maddəyə görə, sərnişinlərin nəqliyyat dəyişməsi üçün vaxt, nəqliyyatı gözləmə müddəti nəzərə alınmaqla, 3 dəqiqədən artıq olmamalıdır.

Çıxan nəticə: qüvvədə olan standartlar göstərir ki, ictimai nəqliyyat şəbəkəsinin və yol infrastrukturunun təşkililə bağlı qüvvədə olan şəhərsalma normalarına əməl edilsə, maşın parkının hazırkı sayı ilə Bakı və ətrafında tıxaclar indiki ölümcül vəziyyətə çıxmaz”.

Bölmənin digər xəbərləri

15 Oktyabr 2019 Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ
13 Oktyabr 2019 Prezident ailəsi ilə Şamaxıda - Fotolar
12 Oktyabr 2019 “Görəsən, dünən doğulan robot balası da siyahıya alındı?” - Sayılmayanlar
10 Oktyabr 2019 Əcnəbiyə ərə gedən Azərbaycan qadınlarının sayı əcnəbi ilə evlənən kişilərin sayından daha çox olub
08 Oktyabr 2019 Aprel şəhidlərinin ailələrinə ev verilib
08 Oktyabr 2019 Azərbaycanda bu adlar qadağan edildi - Siyahı - Video
07 Oktyabr 2019 Azərbycanın iri ranqlı məmurlarının məktəb biznesi
01 Oktyabr 2019 İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq
29 Sentyabr 2019 “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək- Gələn ay
27 Sentyabr 2019 Selcan Yağmur: "Milli dəyər dedikləri nədirsə, bu, gənclərin qarşısında maneə kimi durur" VİDEO
26 Sentyabr 2019 11-ci sinfə qədər 70 min şagird hara “itir”? – Ekspert
24 Sentyabr 2019 Azərbaycanda kişilər qadınların sözüylə oturub, durur – Millət vəkilindən ilginc açıqlama
23 Sentyabr 2019 Ölkədə çoxuşaqlı ailələrin sayı niyə azalır? – Əhali arasında VİDEOSORĞU
22 Sentyabr 2019 "Cılızlaşma gedir" – Uşaqpulu məsələsinə daha bir Reaksiya
21 Sentyabr 2019 “Bizim həyət” layihəsi çərçivəsində Bakıda daha bir həyət abadlaşdırılıb
17 Sentyabr 2019 Təhsil haqqını ödəməkdə çətinlik çəkənlərə müjdə
17 Sentyabr 2019 "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
16 Sentyabr 2019 Məktəbli çantasının ağırlığı nə qədər olmalıdır? – Həkimdən ÇAĞIRIŞ
15 Sentyabr 2019 İlk dərs günü hava necə olacaq?
14 Sentyabr 2019 "Təhsil şöbələri rəhbərlərinin elektron vasitələrdən istifadə bacarığı lazımi səviyyədə deyil"

Dünyapress TV

Xəbər lenti