Ayrı-seçkilik, yaxud yerində edilən təklif: Onlar təhsil haqqından azad edilməlidirlərmi?
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova isə qızların ödənişli təhsildən azad edilməsinə ümumilikdə müsbət təşəbbüs kimi baxır
Bir neçə gün öncə Milli Məclisin deputatı Musa Quliyev bütün tələbə qızların ödənişli təhsildən azad olunması təklifi ilə çıxış edib. Deputatın fikrincə, ödənişli əsasla qəbul olmuş bütün qızlar təhsil haqqından azad edilməli və bu məsələni dövlət öz üzərinə götürməlidir. O, bildirib ki, xüsusilə, istər özəl, istər dövlət təhsil müəssisələrində atası olmayan qız uşaqlarının xərcləri birinci növbədə dövlət tərəfindən ödənilməlidir.

Musa Quliyev səsləndirdiyi təklifin qanuniləşməsini də vacib sayıb. Deputat deyib ki, bu il təhsil xərcləri üçün büdcədən 2 milyard 285 milyon manat vəsait ayrılıb: "Odur ki, fikrimcə, gələn ilin büdcəsinə əlavə 100 milyon manat ayrılarsa, yaxud, 4,3 faizlik artım edilərsə, bütün qız tələbələrin təhsil haqlarının dövlət tərəfindən qarşılanması mümkün olar və problem öz həllini tapmış olar".

Millət vəkilinin bu təklifinə münasibət birmənalı deyil. Bəziləri deputatın bu təklifini dəstəkləyir, digər qisim isə bunun ayrı-seçkiliyə səbəb olacağı qənaətindədir.

Əməkdar müəllim Asif Cahangirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələyə vahid standartdan yanaşılması doğru olmaz. A.Cahangirov deyib ki, bu, ali təhsil müəssisələrinin maddi imkanlarına bağlı məsələdir:

"Fikrimcə, bunu bütün qız tələbələrə şamil etmək olmaz. Bu məsələyə, tələbənin təlim nəticəsinə və ailə vəziyyətinə görə baxmaq lazımdır. Əks halda, mən bütün qız tələbələrin ödənişli təhsildən azad edilməsində bir məna görmürəm. Düşünürəm ki, bu məsələyə fərdi yanaşılmalıdır. Əgər hansısa qızın təhsil nəticəsi yaxşıdırsa, üstəlik ailə vəziyyəti onun ödənişli əsaslarla oxumasına imkan vermirsə, ali məktəb rəhbərliyi o tələbəyə güzəşt edə bilər".

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova isə qızların ödənişli təhsildən azad edilməsinə ümumilikdə müsbət təşəbbüs kimi baxır. Həmsöhbətimiz deyir ki, bəzən qızların ödənişli təhsil almasına qarşı çıxan valideynlər olur: "Ailə bunu maddi imkanının olmaması ilə əsaslandırır. Cəmiyyətdə təhsilli qadınların sayı nə qədər çox olarsa, bu cəmiyyətin xeyrinə olar. Ona görə də, qızlara ali təhsil üçün geniş imkanlar yaratmaq yaxşıdır. Amma mən də düşünürəm ki, bunu kütləvi halda tətbiq etmək lazım deyil. Ali təhsil müəssisələri mütləq aztəminatlı ailələrin övladlarına imkan daxilində güzəştlər etməlidir".

Bölmənin digər xəbərləri

16 Sentyabr 2019 Məktəbli çantasının ağırlığı nə qədər olmalıdır? – Həkimdən ÇAĞIRIŞ
15 Sentyabr 2019 İlk dərs günü hava necə olacaq?
14 Sentyabr 2019 "Təhsil şöbələri rəhbərlərinin elektron vasitələrdən istifadə bacarığı lazımi səviyyədə deyil"
12 Sentyabr 2019 Moskva Azərbaycanın təhsil sektorunda sürətlə möhkəmlənir! - Rusiya universitetinin daha bir filialı açılacaq
12 Sentyabr 2019 Şalvar, mini və "qızıl mağazaları"na ilişən müəllim azadlığı - həddi kim təyin edir?
06 Sentyabr 2019 Deputatdan hakim partiyanın fəallaşmasına şərh:“Sosial şəbəkələrin ictimai-siyasi mühitə ciddi təsiri var"
05 Sentyabr 2019 40 MİNƏDƏK İŞSİZ ÖDƏNİŞLİ İCTİMAİ İŞLƏRƏ CƏLB EDİLDİ
03 Sentyabr 2019 Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
02 Sentyabr 2019 “Oazis”i sökürlər
02 Sentyabr 2019 Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?
31 Avqust 2019 Tələbələrin təqaüdləri ilə bağlı baş nazirdən yenilik
31 Avqust 2019 Ali məktəblərdə əlavə təqaüd yerlərinin bölgüsü və əcnəbi tələbələrə təqaüdlərin verilməsi üçün yeni qayda müəyyənləşib
30 Avqust 2019 Müxalifətçinin oğlunun təhsil haqqı qaytarılacaq
29 Avqust 2019 UŞAQPULU BƏRPA OLUNACAQ - DEPUTAT SİYAVUŞ NOVRUZOVDAN AÇIQLAMA
27 Avqust 2019 Prezident işsiz və işaxtaranlarla bağlı yeni qanunu imzaladı –Vəzifəli şəxsləri hansı cəzalar gözləyir?
24 Avqust 2019 “Nar+” ilə hesabınızı daha asan idarə edin!
22 Avqust 2019 Oyun videoları uşaqları tənbəlləşdirir, cılızlaşdırır – Psixoloq həyəcan təbili çalır
21 Avqust 2019 Azərbaycan dörd günlük iş rejiminə keçə bilərmi
20 Avqust 2019 Bu xidmətlər otellərdə pulsuzdur - SİYAHI
20 Avqust 2019 "WhatsApp" da barmaq izinə keçir

Dünyapress TV

Xəbər lenti