Deputatdan hakim partiyanın fəallaşmasına şərh:“Sosial şəbəkələrin ictimai-siyasi mühitə ciddi təsiri var"
Sosial şəbəkələrdə fəallığını artıran Azərbaycan hakimiyyəti daha bir addım atıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil qərargahında hökumət təmsilçilərinin bir zamanlar keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. 

Hakimiyyətin son vaxtlar fəallaşması müxtəlif mülahizələrə səbəb olub. Belə ehtimallar irəli sürülür ki, hakimiyyətin fəallığı ölkədəki narazılığın artması ilə bağlıdır. Digər tərəfdən bu fəallıq həm də qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirilir.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı isə bu mülahizələri bölüşmür.

Deputat bildirib ki, hakimiyyətin fəallığını bu cür şərh etmək qərəzdən irəli gəlir.

“Azərbaycan hakimiyyəti həmişə fəal olub. Bütün sahələrdə çevik addımlar atılıb. Prezident İlham Əliyevin sosial-iqtisadi sahələrlə bağlı sərəncamları və bu sərəncamların operativ icrası buna nümunə ola bilər”,- deyə Fəzail Ağamalı bildirib.

Deputatın sözlərinə görə, hakimiyyət nümayəndələrinin sosial şəbəkələrə axını, müxtəlif formalarda vətəndaşlarla, media ilə, vətəndaş cəmiyyəti instituları ilə təmasları hansısa narazılıqdan deyil, iqtidarın problemləri operativ şəkildə həll etmək, islahatları genişləndirmək, ölkəni daha da gücləndirmək strategiyasından irəli gəlir.

“Bu gün sosial şəbəkələrin ictimai-siyasi mühitə ciddi təsiri var. Sosial şəbəkələr ictimai rəyin formalaşmasında mühüm vasitəyə çevrilib. Təbii olaraq, hakimiyyət də bu vasitədən istifadə edir. Bu, vətəndaşları dolğun məlumatlandrımaq, onlarla bibaşa təmasda olmaq baxımından da mühümdür. Burada hər hansı başqa səbəb axtarmaq doğru deyil”,- deyə Fəzail Ağamalı vurğulayıb/Yenisabah.

Bölmənin digər xəbərləri

16 Sentyabr 2019 Məktəbli çantasının ağırlığı nə qədər olmalıdır? – Həkimdən ÇAĞIRIŞ
15 Sentyabr 2019 İlk dərs günü hava necə olacaq?
14 Sentyabr 2019 "Təhsil şöbələri rəhbərlərinin elektron vasitələrdən istifadə bacarığı lazımi səviyyədə deyil"
12 Sentyabr 2019 Moskva Azərbaycanın təhsil sektorunda sürətlə möhkəmlənir! - Rusiya universitetinin daha bir filialı açılacaq
12 Sentyabr 2019 Şalvar, mini və "qızıl mağazaları"na ilişən müəllim azadlığı - həddi kim təyin edir?
11 Sentyabr 2019 Ayrı-seçkilik, yaxud yerində edilən təklif: Onlar təhsil haqqından azad edilməlidirlərmi?
05 Sentyabr 2019 40 MİNƏDƏK İŞSİZ ÖDƏNİŞLİ İCTİMAİ İŞLƏRƏ CƏLB EDİLDİ
03 Sentyabr 2019 Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
02 Sentyabr 2019 “Oazis”i sökürlər
02 Sentyabr 2019 Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?
31 Avqust 2019 Tələbələrin təqaüdləri ilə bağlı baş nazirdən yenilik
31 Avqust 2019 Ali məktəblərdə əlavə təqaüd yerlərinin bölgüsü və əcnəbi tələbələrə təqaüdlərin verilməsi üçün yeni qayda müəyyənləşib
30 Avqust 2019 Müxalifətçinin oğlunun təhsil haqqı qaytarılacaq
29 Avqust 2019 UŞAQPULU BƏRPA OLUNACAQ - DEPUTAT SİYAVUŞ NOVRUZOVDAN AÇIQLAMA
27 Avqust 2019 Prezident işsiz və işaxtaranlarla bağlı yeni qanunu imzaladı –Vəzifəli şəxsləri hansı cəzalar gözləyir?
24 Avqust 2019 “Nar+” ilə hesabınızı daha asan idarə edin!
22 Avqust 2019 Oyun videoları uşaqları tənbəlləşdirir, cılızlaşdırır – Psixoloq həyəcan təbili çalır
21 Avqust 2019 Azərbaycan dörd günlük iş rejiminə keçə bilərmi
20 Avqust 2019 Bu xidmətlər otellərdə pulsuzdur - SİYAHI
20 Avqust 2019 "WhatsApp" da barmaq izinə keçir

Dünyapress TV

Xəbər lenti