"WhatsApp" da barmaq izinə keçir

"WhatsApp" messenceri fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində son dərəcə təkmilləşib.

Proqramın ilkin versiyasında yalnız yazılı mesajlar göndərmək mümkün idisə, hazırda onun vasitəsilə hətta qrup şəklində audio və video-zənglər etmək mümkündür. 

Avqustun 18-də isə messencerin xidmətləri siyahısına çoxdan gözlənilən daha bir funksiya əlavə olunub.

Rəsmi mənbələrdən alınan məlumata əsasən, artıq "WhatsApp"ın "Android" üçün nəzərdə tutulan yeni 2.19.221 versiyası istifadəçilərin ixtiyarına verilib. Hazırda proqram sınaq versiyasındadır. Yekun versiyası çox güman ki, ən tezi sentyabrda işə salınacaq.

Söhbət xüsusi yeni "barmaq izi" funksiyasından gedir. Belə ki, bundan sonra bütün şəxsi məlumatlar yalnız adi parolla deyil, barmaq izləri ilə də qorunacaq. Bu funksiyanı aktivləşdirdikdə hər dəfə messenceri işə salmaq üçün barmaq izini skan etmək lazım olacaq. Beləliklə, yazışmaları kənar şəxslərin əlinə düşməkdən qorumaq daha rahat olacaq.

Bunun üçün sazlamalara daxil olaraq "Məxfilik" bölməsində "Barmaq izi"ni seçmək lazımdır.
 

Bölmənin digər xəbərləri

20 Fevral 2020 Pensiya almaq istəyənlərə ŞAD XƏBƏR: Yaş həddində dəyişiklik
15 Fevral 2020 Azərbaycanda KİV-lərin sayı AÇIQLANDI
14 Fevral 2020 Prezidentdən güzəştli mənzillərlə bağlı MÜHÜM FƏRMAN
14 Fevral 2020 İctimai nəqliyyatda tələbələrə və pensiyaçılara güzəşt gözlənilirmi?
12 Fevral 2020 Qış məktəbinin iştirakçıları "Azərterminalkompleks" Birliyinə və Kinoloji Mərkəzə səfər ediblər
11 Fevral 2020 Azərbaycanda gəncləri intihara sürükləyən mərc saytları: vergidən yayınan işbazlar
09 Fevral 2020 Azərbaycanda 8 saatlıq iş rejimi tələbinə niyə əməl olunmur? - “Sahil Babayev indiki vəziyyəti aradan qaldırmaq iqtidarında deyil”
09 Fevral 2020 “Artım yalnız əmək pensiyalarını əhatə edir” – EKSPERT
08 Fevral 2020 Rusiyanın məşhur bakılı xadimi pensiyasından danışdı
07 Fevral 2020 Xəyalə Əhmədova diplomla təltif olundu
04 Fevral 2020 Seçicilərlə musiqili görüş - Bərdə stadionu
04 Fevral 2020 Prezident: Kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır
04 Fevral 2020 Vəkillərə hüquqi yardımla əlaqədar vəsait ödənilməsi qaydası dəyişib- Nazirlər Kabineti
03 Fevral 2020 Xəyalə Əhmədova Qəhrəmanlı kəndində seçicilərlə görüşdü - FOTO
02 Fevral 2020 Aqil Məmmədov Qarabağ əlilləri, veteranlarla görüşdü - Foto
02 Fevral 2020 Bərdəli seçicilərin seçimi Xəyalə Əhmədovadır
01 Fevral 2020 DİLŞAD BAYRAMOVANIN NÖVBƏTİ UĞURU
31 Yanvar 2020 Qaraqoyunlu camaatı namizəd Xəyalə Əhmədovanı böyük coşğuyla qarşıladılar - Foto
31 Yanvar 2020 Ünvanlı yardım üçün müraciət zamanı tələb olunan məlumatların sayı azaldılır
30 Yanvar 2020 Rəşad Bayramov: “Pulsuz səhiyyə kağız üzərindədir”/ Elçin Qurbanov: “Tibbi xidmətlərdə ƏDV-nin vergi dərəcələri azaldılsın!”

Dünyapress TV

Xəbər lenti