Ardını oxu...
Azərbaycanda nikaha daxil olma yaşı kişilərdə 31, qadınlarda 26 yaşa qalxıb. Bu 30 ilin ən yüksək rekordudur, 2019-cu il ilə müqayisədə evlilik yaşı daha 3 il qocalıb.
Bu statistikaya görə ortalama rəqəmlərdir, 40+ yaşı keçib də ailə həyatı qurmayan yetəricə tanıdığım var. Bu kasıbçılıqdan əvvəl gənclərin evsizlik problemi ilə bağlıdır.
MİDA-nın 442 mənzil üzrə keçirdiyi güzəştli mənzil satışına 25 min ailənin müraciəti ölkədə evsizlik sayının nə qədər yüksək olduğunu göstərir.
Bütün bunlar əsasən kişilər arasında pozğunçuluğun, sapıqlığın, intiharların artımına gətirir çıxardır. Elə də qızların nikah yaşına qədər bədənlərini ər üçün qorumaları keçmişdə qalıb.
Artıq ölkəmizdə də dəbə minib, cütlüklər rəsmi evlilik deyil, öz aralarında anlaşaraq, tələbatlarını ödəmək üçün vətəndaş nikahı yaşayırlar.
 
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik!
Ucar şəhəri Həbibi küçəsi ev 10 sakini Eminova Xatirə Faxrət qızı tərəfindən

ŞİKAYƏT

Mən ağır xətəliyə görə yataq xəstəsiyəm hərəkət edə bilmirəm.Buna görə mənə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir.Əlilliyin müddəti bitdi deyə əlillik təyin edilməsi üçün müayinə və müalicə sənədlərimi Tibbi Sosial Ekspert Komissiyasına göndərilib.Ancaq heç bir qanunu əsas olmadan mənə əlillik təyin edilməsindən imtina olunub.Əsas kimi əlavə müalicəyə ehtiyac olması və ixtisaslaşmış əlavə müayinə və müalicəyə ehtiyac var.
Mən ağır formalı hipertoniya, şəkərli diabet və iflic xəstəliyindən əziyyət çəkirəm.Buna görə tez-tez burnumdan qam gəlir, yeriyə bilmirəm.Qan təzyiqim 140/250 olur.Sağ tərəfim işləmir iflic olub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mənə əlillik dərəcəi təyin olunmasından iki dəfə imtina edib.
Bu səbəbdən acınacaqlı duruma düşmüşəm dərmanlarımı ala bilmirəm deyə xəstəliyim dahada ağırlaşıb.
Son 6 ayda dəfələrlə müayinələr olunmuşam, müalicə almışam.Ancaq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qanunsuz əməllərindən əl çəkmək istəmir.Sanki mənim qəsdimə dayanıblar kimi davranırlar.
Mənim rüşvət verməyə pulum və yüksək vəzifədə işləyən dayım olmasada vətəndaşı olduğum ölkənin Mehriban Əliyeva kimi birinci xanımı var.
Mənim vəziyyətimi gəlib gözləri ilə görən olsa dəhşətə gələr.

Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya, Sahil Babayevə və Anar Bayramova müraciət ünvanlayıb xahiş edirəm mənim vəziyyətimi gəlin yoxlayın və mənə əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərin.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar.

“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, – deyə o əlavə edib.
 
 
 
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik!
Salam mən Cəfərli Oğuz Rüstəm oğlu II Qarabağ müharibəsinin ilk günündən son gününədək müharibədə iştirak etsəm də düz Şuşayadək gedib çıxsam da mənə cənab Prezident tərəfindən Kəlbəcərin azad olunmasına görə müdalı verilsə də hələ də müharibə iştirakşısı adı və vəsiqəsi verilmir ki 80 manat müavinətimi alım. Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli sərəncamına əsasən 2020-ci il sentyabrın 27 dən noyabrın 10 dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxsalərə "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə "Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi şamil edilir.

Prezidentin sərəncamı yerlərdə icra olunmur.Hərbi biletimin 14 cü bəndində də açıq qeyd olunub ki, döyüşlərdə iştirak edib və hərbi hissənin möhürü ilə təsdiq olunub.Belə şıxır ki, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşmüşəm amma müharibə iştirakçıxı deyiləm!

Azərbaycan Republikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Silahlı Qüvvələrin hərbi Qulluqşularının "Kəlbəcərin azad olunmasına görə" müdalı ilə təltif olunması haqqında sərəncamında Kəlbəcər rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların siyahisında mənim adım da var və mən müvafiq medalla təltif olunmuşam. Amma veteranlıq məsələsi gələndə deyirlər yox döyüşlərdə iştirak etməmisən.

Nə qədər gözləyim axı mən? Gərək mən də sosial şəbəkələrə çıxıb hay-küy salım, yoxsa özümə od vurub yandırım ondan sonra məni eşidən olsun.

Əmək Nazirliyinə, Müdafiə Nazirliyinə, yaşadığım Sumqayıt şəhər İcra Hakimiyyətinə yazılı müraciət etsəm də heç birindən mənimlə əlaqə saxlayan olmamışdır.Xahiş edirəm mənə köməklik edin.

Ünvan : Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "əmək pensiyaları haqqında" qanununa dəyişikliklər təklif edilir.

Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması nəzərdə tutulub. Bəs artımlar hansı mexanizm əsasında həyata keçiriləcək ?

Yeni ildən ölkəmizdə bütün növ pensiyalarda artımın olması gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı təkliflər hazırlayıb. Nazirliyin şöbə müdiri Elnur Abbasovun sözlərinə görə, layihəyə əsasən bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun məbləğin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur.

Xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Elnur Abbasovun sözlərinə görə gələn il yanvarın 1-dən indeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil edilə biləcək. Bununla da vahid metoda keçid təmin olunacaq.

Beləliklə, layihə qəbul ediləndən sonra pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq. Bundan başqa dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq. Bütün pensiyaların indeksləşdirilməsi tam elektron qaydada aparılacaq.

Elnur Abbasov bildirib ki, vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Qeyd edək ki, layihədə nəzərdə tutulan təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 
Ardını oxu...
Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir.

Bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikdə əksini tapıb.

Belə ki, qanunun birinci maddəsinə dəyişiklik olunur. Təminat xərcliyinə (pul təminatı) - hərbi qulluqçuların hərbixidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artimlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan diger əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir

Qanunun 1.0.5-ci maddəsinə təklif edilən bu dəyişiklik bu qanunun 29.1-ci maddəsinə təklif edilən dəyişiklik ilə bağlıdır. Belə ki, pensiya hüquq əldə edən hərbi rütbəli şəxslərin əməkhaqqındakı sonrakı artımlar əsasında deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada təminat xercliyinə əsasen pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləğinin hər il yenidən hesablanaraq artırılması onların sosial müdafiesinin yaxşılaşdırılması ilə yanaşı emək pensiyalarının indeksləşdirilməsi metodologiyasında vahid yanaşmaya nail olunmağı məqsədi ilə hər il yenidən hesablanması üçündür.
 
Ardını oxu...
"Oğlum şəhid olandan 3-4 ay sonra mənə vətəndaşlıq verildi". DİA.AZ xəbər verir ki, bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada İkinci Qarabağ müharibəsi iştirakçısı, şəhid Romir Əliyevin anası, əslən Moldovadan olan Əliyeva Miroslava Petro qızı söyləyib.

Miroslava xanım bildirib ki, o Azərbaycanı çox sevir. Ailə qurduqdan bir neçə il sonra həyat yoldaşı Rəşadət Əliyevdən xahiş edib ki, onu Azərbaycana gətirsin:

"Ailəmizin daha möhkəm və vətənə sədaqətlə yetişməsi üçün Azərbaycana gəlməyimiz vacib idi. Mən yeganə oğlum Romiri milli ruhda, Azərbaycan ənənələri ilə vətənə, millətə bağlı şəkildə böyütdüm. Adətən ana vətən deyirlər. Buna görə də Romirimə deyirdim ki, Azərbaycan sənin həm anandır, həm də atan. Oğluma heç zaman anasının başqa millətdən olduğunu hiss etdirmədim. Digər şəhidlərimizi də öz balamdan ayırmadım. Bir dəfə Romirim üçün ağlayanda, üç dəfə də Əli, Məhərrəm və Eşqin üçün ağlamışam".

25 il Azərbaycanda miqrant kimi yaşayan şəhid anası bildirib ki, onun vətəndaşlıq almasında millət vəkili Qənirə Paşayeva yaxından köməklik göstərdi:

"Xanım Paşayeva oğlumun şəhid olduğunu bilən kimi zəng vurub bizimlə görüşdü. Mənim vətəndaşlıq almağım üçün qurumlarla birbaşa müzakirələr apardı və 3-4 ay ərzində vətəndaşlıq almağıma köməklik göstərdi. İndi yeganə arzum Birinci Vitse Prezident Mehriban xanım Əliyeva ilə görüşməkdir. Sadəcə əlini sıxıb şəhid ailələrinə etdiyi yardımlar üçün ona təşəkkür etmək istəyirəm”.

Moldovan əsilli şəhid anası açıqlaması zamanı hazırda işlə təmin olunmaq istəməsini də dilə gətirib:

"Mən 25 il Azərbaycanda miqrant kimi yaşadığım üçün mənə rəsmi olaraq işləmək hüququ verilmədi. Oğlum şəhid olduğu zaman Lənkəran Rayon İcra Hakimiyyətinə iş üçün müraciət etdim. Onlar həyat yoldaşımı şəhidlər xiyabanında abadlıq işləri ilə bağlı işə cəlb etdikləri üçün o zaman mənə işlə bağlı kömək edə bilməyəcəklərini bildirdilər. İndi Romirin atası hər gün öz oğlunun uyuduğu xiyabandakı torpağı belləyir. Sanki o, torpaqdan oğlumuzun qoxusunu alır.

Mən isə məşqulluq mərkəzinə iş üçün müraciət etmişəm. Həmçinin dərzi kimi fəaliyyətə başlamaq üçün özünəməşqulluqla bağlı Sosial Müdafiə Nazirliyində qeydiyyatdan keçmişəm, amma hələ ki, konkret bir cavab ala bilməmişəm.

Dərzi kimi fəaliyyətə başlaya bilsəm, ilk işim əsgərlərimiz üçün hərbi formalar tikmək olacaq. Əminəm ki, öz əllərimlə hazırladığım formaları geyinən əsgərlərimiz onu şəhid anasının tikdiyini bildikləri zaman daha şücaətlə və mərdliklə döyüşəcəklər".

Qeyd edək ki, İikinci Qarabağ müharibəsi şəhidimiz Romir Əliyev 14.05.1997 tarixində anadan olub.

Şəhidimiz 28.09.2020 tarixində vətən borcunu yerinə yetirmək üçün yenidən hərbi xidmə çağırılıb. Fizuli, Cəbrayıl və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə fərqlənən Romir Əliyev, 22.10.2020-ci ildə Qubadlıda şəhidlik zirvəsinə yüksəlib.

Allahdan şəhidimizə rəhmət, ailəsinə və onu Azərbaycan ruhunda yetişdirən anası Miroslava Əliyevaya səbr diləyirik!

Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.

Beləliklə, layihə qəbul ediləndən sonra:

qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;
pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;
bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.
Ardını oxu...
2022-ci ilin 8 ayında (yanvar-avqust) Azərbaycanın bank sektorunun kredit portfeli 151,2 milyon manat artaraq 31 avqust 2022-ci il tarixində 18 milyard 638,6 milyon manata çatıb.

Mərkəzi Bankın məlumatına görə, iyul ayı ilə müqayisədə avqust ayında biznes kreditləri 5 milyon manat azalaraq 10 milyard 492 milyon manata düşüb. İstehlak kreditləri 101,7 milyon manat artaraq 5 milyard 416.7 milyon manata, ipoteka kreditləri isə 54.6 milyon manat artaraq 2 milyard 730 milyon manata çatıb.

Qeyd edək ki, zamanla istər biznes, istərsə də istehlak və ipoteka kreditlərində dalğalanmalar yaşanır. Cari ilin avqust ayında isə ötən ayla müqayisədə biznes kreditlərinin azalması müxtəlif səbəblərlə izah edilir.

Biznes kreditlərində azalmalara mövcud qlobal böhranın təsirləri varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, biznes kreditləri ilə bağlı mövcud azalmanı əslində bir aylıq nəticə ilə dəyərləndirmək o qədər də məqəsəduyğun olmaz:


“Bu mövsümi də ola bilər, yay aylarında adətən heç kim biznes fəaliyyətinə başlamır. Bu proses bir neçə ay davam edərsə, problemin səbəblərini müəyyənləşdirmək olar. Mövsümi faktorla yanaşı bütövlükdə dünyada və bizdəki vəziyyətə nəzər salsaq, biznes aktivliyi və kreditləşmənin artması müşahidə edilmir. Vəziyyət elə deyil ki, kimsə fəaliyyətini genişləndirməyə başlasın.

Deməzdim ki, ötən illə müqayisədə biznes kreditlərinə maraq yoxdur. Bu gün kreditlərin çoxunu dövlət layihələrini həyata keçirən şirkətlər götürür. Özəl biznesdə olanlar o qədər çox kredit götürmür. Çünki fəaliyyətlərinin genişləndirilməsindən söhbət getmir. O krediti də qaytarmaq lazımdır. Ümumiyyətlə, son vaxtlar uğurlu bizneslərin sayı çox deyil. Bu baxımdan əgər dövlət layihələri ilə bağlı deyilsə, inanmıram ki, özəl biznes krediti götürməyə meyilli olsunlar”.
 

Dünyapress TV

Xəbər lenti