Ardını oxu...
Qazax rayon, Fərəhli kəndində yaşayan, Şəhid anası, 5 oğul anası, Qəhrəman ana, Qurbanova Hamaya Mustafa qızının müraciəti.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI.

CƏNAB İLHAM ƏLİYEVƏ.
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.

HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi.

(Ünvan: AZ1108, Bakı şəhəri, Z. Bünyatov, 43)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə.

(Ünvan: AZ1110, Bakı şəhəri, Nərimanov rayon, H.Əliyev, ev 143)

Qazax rayon, Fərəhli kəndində yaşayan, Şəhid anası, 5 oğul anası, Qəhrəman ana, Qurbanova Hamaya Mustafa qızı tərəfindən.

Ə r i z ə

Bildirmək istəyirəm ki, Qazax rayon, Fərəhli kəndində anadan olmuşam, Vətənim Azərbaycana 5 oğul böyütmüşəm, oğlanlarımın İkisi Qoşqar və Mahmud Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə olublar, bir oğlum mərhum Qurbanov Qoşqar Məqsəd oğlu 2014-cü ildə 707 nömrəli hərbi hissədə döyüş tapşırığın icra edərkən qəhrəmancasına şəhid olmuşdur.

İkinci oğlum Qurbanov Mahmud Məqsəd oğlu 2002-ci ildən 2004-cü ilədək 706 nömrəli hərbi hissədə, 2010-cu ildən 2017-ci ilədək 707 saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə ağır xəstəliklə əlaqədar Silahlı Qüvvələrdən təxris olmuşdur.

Qeyd etmək istəyirəm ki, şəhid oğlum Qurbanov Qoşqar Məqsəd oğlu 07.12.2014-cü ildə hərbi xidməti vəzifələrini icra edərkən qəhrəmancasına şəhid olmuşdur.

Mənim isə 73 yaşım var, pensianerəm.

Müraciətim ondan ibarətdir ki, şəhid oğlum Qurbanov Qoşqar Məqsəd oğlunun hərbi qulluqçu kimi pensiyasının mənim adıma təyinat aparılmasına və şəhid oğlum üçün nəzərdə tutulmuş hərbi qulluqçu kimi mənə pensiya ödənilsin.

Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum Mahmudun himayəsində mən yaşlı anası, öz ailəsi 4 nəfər və şəhid oğlumun ailəsi 3 nəfər hamısı bir yerdə yəni 8 nəfər oğlumun himayəsindədir.

Sizdən xahiş edirəm ki, şəhid oğlum Qurbanov Qoşqar Məqsəd oğlunun hərbi qulluqçu kimi pensiyasının mənim adıma təyinat aparılmasına və şəhid oğlum üçün nəzərdə tutulmuş hərbi qulluqçu kimi mənə pensiya təyin edilməsinə köməkdarlıq edəsiniz.
İmza: Qurbanova Hamaya Mustafa qızı.
 
 
 
Ardını oxu...
Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydasına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əlilliyi olan şəxslərin reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. İndiyə qədər bu səlahiyyət AzərbaycanPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində idi.
Ardını oxu...
"Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı"nın və "Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı"nın tətbiqi qaydaları təsdiqlənib.
Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün işəgötürənlərin iş yerlərində tətbiq edilir.

Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların müəyyən olunmuş istehsalatlarda, vəzifələrdə (peşələrdə), yeraltı işlərdə və istehsalat amilləri olan iş yerlərində çalışdığı müəyyən edildikdə qadının hamiləliklə bağlı fizioloji vəziyyəti və uşağının bir yaşınadək olması ilə əlaqədar hallar aradan qalxdıqda işəgötürən tərəfindən işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əsas vəzifəsi (peşəsi) üzrə orta əməkhaqqı saxlanılmaqla yüngül işə keçirilməsi təmin edilməlidir. Bu halda hamilə və ya bir yaşına çatmamış uşağı olan qadın hamiləliyini təsdiq edən tibbi rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsini işəgötürənə təqdim edir.

Qərarla Qaydaların tətbiq edilməsi şərtləri də müəyyənləşir.

İşəgötürən 1 nömrəli Siyahıya əsasən işçilərinin çalışdığı iş yerləri üzrə hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısını müəyyənləşdirməli və kollektiv müqaviləyə daxil etməlidir. Kollektiv müqavilənin bağlanılmadığı hallarında isə bu siyahı müəyyən edilərək işəgötürənin qərarı (əmri, sərəncamı) ilə rəsmiləşdirilir.

2 nömrəli Siyahı ilə müəyyən edilmiş zərərli istehsalat amillərinin səviyyəsi iş yerlərinin attestasiyasının nəticələrinə əsasən buraxıla bilən həddi keçdikdə və yaxud əmək prosesi amilləri hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların sağlamlığına təhlükə yaratdıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları"nın 2.5-ci bəndi ilə müəyyən edilmiş "Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi"ndə bu iş yerlərində hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqinin qadağan edilməsi barədə attestasiya komissiyası tərəfindən müvafiq qeyd aparılır.

Bu Qaydalar hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum səviyyəsini müəyyən edir və onların pisləşdirilməsinə yol verilmir.

Kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanılmadığı hallarında isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalar ilə müəyyən edilmiş təminatlardan daha yüksək təminatlar müəyyən edilə bilər.
Ardını oxu...
Mülki Prosessual Məcəlləyə dəyişiklərlə bağlı qanun layihəsinə əsasən əlillər, insan alverinin qurbanları, valideyn himayəsindən məhrum olmuş şəxslər ödənişli hüquqi xidmətdən azad olunur.

Bununla bağlı məsələ Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib.

İkinci oxunuşda təqdim edilən qanun layihəsinə əsasən Mülki Prosessual Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:

- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

- valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;

- maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.
Ardını oxu...
“Bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddi 65 müəyyən edilib”.

Bunu Milli Məclisin iclasında deputat Musa Quliyev deyib. Deputat bildirib ki, son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb:

“Sanki o işçilər neçə il işləməyib. Elə ad günündəcə onları işdən çıxarırlar, əlavə vakansiya isə təklif edilmir. Onların pensiyaları azdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil. Təklif edirəm ki, çalışmanın son həddi 65 yaşdan 70-ə qaldırılsın. Bu təklif qəbul edilərsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik”.

Qeyd edək ki, son vaxtlar təhsil sahəsində yaş həddi ilə bağlı məsələ birmənalı qarşılanmır.

Doğrudanmı, bu gün müəllimlərin çalışmaq üçün yaş həddinin artırılmasına ehtiyac var?
Məsələyə münasibət bildirən təhsil məsələləri üzrə ekspert Elşən Qafarov qeyd edir ki, deputat müəllimlərin çalışma yaş həddinin (65) artırılmalı olduğunu təklif edib:

“Güya müəllim çatışmazlığı var imiş. Əksinə, müəllimlər üçün çalışma yaş həddini ən yaxşı halda 60 yaşa endirmək doğru olardı. Hər il vakansiyaya çıxarılan 10 000-ə qədər vakant yerə 60 000-ə qədər namizəd sənəd verir. Ölkədə müəllim-şagird nisbəti hazırda 1/10.5-dir. Ölkədə 4500-ə (dövlət və özəl birlikdə) qədər ümumi təhsil müəssəsində 89 600 sinif komplektində 1 600 000-dən çox şagirdlə 152 000-ə qədər müəllim çalışır.

Müəllim-şagird sıxlığı bir çox ölkələrdə necədir ? Braziliya - 32,1; Çin - 27,6; Cənubi Koreya – 18,2; İndoneziya – 17,4; Finlandiya – 16,5; Hollandiya – 16,4; ABŞ – 15,3; İrlandiya – 14,8; İsveç – 14,4; Sloveniya – 14,1; Almaniya – 13,7; Yeni Zellandiya – 13,5; Böyük Britaniya– 13,4; Yaponiya – 13,1; Danimarka – 12,7; Avstraliya– 12,6; Çexiya – 12,4; Macarıstan– 12; İsrail – 11,7; İsveçrə – 11,6; İslandiya – 10,9; İtaliya – 10,8; Fransa – 10,4; Avstriya – 10,2; İspaniya – 10,1; Belçika – 9,9; Yunanıstan– 9,7; Norveç – 9,2; Portuqaliya – 7,6. Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir”.

TEREF.AZ-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya bildirib ki, qanunvericilikdə müəllimlərin yaş həddi 65 yaş müəyyən edilib:

“Yəni yaş həddini Elm və Təhsil Nazirliyi müəyyənləşdirmir. Müvafiq qanunvericilikdə çalışmanın son yaş həddi bu cür qoyulub. Ona görə də onu biz cavablandıra bilmərik. Müəllimlərin 65 yaşı olanda hamı kütləvi şəkildə işdən çıxmır. Orada müvafiq müddəalar var ki, müddəti uzana, müəllim hətta 65 yaşdan sonra da fəaliyyətini davam etdirə bilər. Bizdə kifayət qədər təcrübəli, bacarıqları yüksək olan müəllimlərimiz var.

O demək deyil ki, müəllimin 65 yaşı tamam oldusa mütləq işdən getməlidir. Hamısı əmək qanunvericiliyə uyğun nizamlanır. Göstərilir ki, hansı hallarda çalışma müddəti uzadıla, necə hallarda fəaliyyətini davam etdirə bilər. Bu gün məktəblərdə 65 yaşdan yuxarı çalışan kifayət qədər müəllimlərimiz var”.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, 13.3-cü maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilir və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

"Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür”.

Eyni zamanda 13.4-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilir:

"Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur”.

Bundan başqa, dəyişikliklə 23.3-cü maddədə "qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur” sözləri "qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür” sözləri ilə əvəz edilir.

Həmçinin, 25.3-cü maddə aşağıdakı redaksiyada verilir:

"Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür”.

Dəyişikliklə qanuna 179-cu və 190-cı maddələr aşağıdakı redaksiyada verilir:

"Maddə 179. Nikahın pozulmasının dövlət qeydiyyatına alındığı yer

Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır”;

"Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası

190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

190.2. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür”.

Dövlət başçısı "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.
 
Ardını oxu...
“Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi millət vəkillərinin və hökümətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər".

DİA.AZ bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O deyib ki, son zamanlar xüsusilə təhsil, səhiyyə və TƏBİB-ə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi sərt xarakter alıb:

"Sanki bu insanlarla uzun illər həmin peşənin mütəxəssisi olmamış, heç bir bilik və bacarığa malik deyillərmiş kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır. Bizə edilən müraciətlərin sayı və xarakteri də müvafiq yumşalmanın vacibliyini diktə edir.

Nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyası da təxminən minimum pensiya həddindədir və başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli, nə də dövlət əxlaqına sığışdırmaq mümkündür. Təəssüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur.

Mənim fikrimcə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarığı, sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyil. Bu, vətəndaşın Konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır.

Təklif edirəm ki, Əmək Məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın. Əgər bu təklifi Milli Məclis dəstəkləyərsə, hökumət də etiraz etmədiyi halda qanun layihəsini hazırlayıb payız sessiyasında müzakirənizə təqdim edə bilərik".

Qeyd edək ki, son vaxtlar pensiya yaşı ilə müzakirələr artıb. Belə ki, müzakirələrdə həm pensiya yaşından əlavə çalışmaq istəyi, həm pensiya yaşının çox olması, eləcə də pensiya kapitalı kimi problemlər öz əksini tapır.

Bu baxımdan səslənən təkliflərdən biri də pensiya yaşından əlavə çalışmaq olduğunu nəzərə alsaq, bu gün vətəndaşlar üçün 70 yaşa qədər çalışmaq, yoxsa 65 yaşda pensiyaya çıxmaq daha uyğundur?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda, xüsusilə dövlət müəssisələrində çalışanlar sırf əmək haqqı ilə kifayətlənmirlər:

“Ona görə də bizdə heç kəs pensiyaya çıxmaq istəmir. Avropa, Qərb, ümumiyyətlə, inkişaf etmiş ölkələrə baxsaq görərik ki, orada əksinədir. Yəni pensiya yaşının artırılmamasını, pensiyaya tez çıxmalarını istəyirlər. Çünki orada məmurlar maaşa işləyirlər və ona uyğun da yüksək pensiya alırlar.

Maaşdan əlavə heç nə yoxdur, onlar istəyir ki, müəyyən yaşa qədər işləsinlər, sonra da istirahət etsinlər. Bizdə təklifin özü təəccüblüdür. Azərbaycanda illərlə ona görə işləmək istəyirlər ki, maaşa işləmirlər. Vəzifədə qalıb, artıq pullar qazanmaq istəyirlər”.

Ekspert bu istiqamətdə təklifin əleyhinədir:

“Hesab edirəm ki, heç bir istisna lazım deyil. İmkan verməlidirlər ki, gənc kadrlar həmin vəzifələrə gəlsinlər. Xüsusən də nəzərə alsaq ki, ölkədə əhali sayı artıb. Azərbaycanda onsuz da dövlət məmurlarının pensiyası o qədər də az deyil. Məsələn, hakimlər və digər vəzifəli adamların əmək haqqı bir neçə mindir. Ölkədə məmurlar var ki, 3-5 min manat, hətta ondan da çox pensiya alırlar. Pensiyanı az alan özəl sektorda çalışanlardır.

Bunun özü də pensiya sisteminin ədalətsizliyidir. Azərbaycan şəraiti üçün dövlət müəssisələrində çalışanlar onsuz da pis pensiya almırlar. Təbii ki, pensiya nə qədər çox olsa, o qədər yaxşıdır. Ancaq dövlət də öz yorğanına görə ayağını uzatsın, pul yoxdursa, yoxdur”.
Ardını oxu...
Şəmkir rayonu, Seyfəli kənd sakini Məmmədova Zəminə Nəbi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi onkoloji xəstə olduğunu və pensiyasının qanunsuz olaraq kəsildiyini deyir:

“Mən, Məmmədova Zəminə Nəbi qızı, Şəmkir rayonunun Seyfəli kəndində yaşayıram. İkinci qurup əliləm, iş qabiliyyətim yoxdur. Onkoloji xəstəyəm, komissiyadan keçirtdilər və imtina cavabı gəldi.

Rayon xəstəxanasında çalışan Əmirxan həkim mənə deyir ki, kağızlarını vermirəm, get xərəkdə gələndə sənədlərini verəcəm. Mən bilmirəm hara, kimə müraciət edim?”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən məsələni araşdıracaqlarını bildirdilər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik. İnanırıq ki, 5 uşaq anasının bu müraciəti araşdırılacaq və haqq yerini tapacaq"
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
cənab Sahil Babayevə.

Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, döngə 1, ev 11 A-da yaşayan
Qasımova Əfsanə Yasəf qızı tərəfindən

MÜRACİƏT

Cənab nazir, bir neçə ildir 7 nəfərdən ibarət olan ailəm ünvanlı sosial yardım alır. Sonuncu müraciətim 01.02.2023-cü il tarixində etdiyimiz müraciətə 898,88 AZN ÜDSY təyin olunmuşdu. Lakin may ayında aldığımız bu sosial yardım dayandırılıb. Sosial yardımın dayandırılmasının səbəb kimi «Təyinatdan sonra əmək müqaviləsinə xitam verilərsə növbəti bir ay ərzində növbəti əmək müqaviləsi bağlanmarsa» göstərilmişdir.

Ailəmə təyin olunmuş sosial yardımın dayandırılması əsassız və qanunsuzdur. Belə ki, ailəmizdə beş yatkinlik yaşına çatmayan uşaq var. Bunlardan 3-ü səkkiz yaşına çatmayan üçəm uşaqlardir və iki yaşları yanvar ayında tamam olub. Ailəmizin əmək qabiliyyətli üzviləri mən və həyat yoldaşım Nəcəfov Rövşən Natiq oğludur. Mənim pay torpağı əmlakım var. Həmin pay torpağını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron sisteminin «Sığorta» altsistemindən qeydiyyatdan keçirdərək SUN nömrəsidə almışam. Buna görədə mən işsiz sayılmıram, məşğul şəxs hesab olunuram. Həyat yoldaşım isə bir müddət idi muzdlu işçi kimni çalışırdı. Bu ilin mart ayında həyat yoldaşımın muzdlu işçi kimi bağladığı əmək müqaviləsinə xitam verilib.İmtinaya səbəbdə onun əmək müqaviləsinə xitam verilərək bir ay ərzində növbəti əmək müqaviləsi bağalmasıdır.

Lakin verilmiş bu səbəb əsassızdır və boş bəhanədir. Çünki ailəmizdə üç iki yaşı təzə tamam olmuş üçəm uşaq var. «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilib ki, ailədə səkkiz yaşına çatmayan uşaq varsa həmin uşağa qulluğa görə ailənin əmək qabiliyyətli üzvinin birinə güzəşt olunur. Yəni ailənin həmin üzvinin işləməsi tələb olunmur. Bu qanuna əsasən mənim həyat yoldaşımın işləməsi məcburi deyil Onun işləyib-işləməmsi özündən asılıdır. Biz fevral ayında sosial yardım almaq üçün elektron qaydada etdiyimiz müraciətdə həyat yoldaşımı səkkiz yaşına çatmayan üçəm uşaqlara qulluq edən şəxs kimi göstərmişik. Elektron sistemdən çıxarılmış şəkli bu ərizəmə əlavə edirəm Həmin şəkildən görünür ki, həyat yoldaşım səkkiz yaşına çatmayan uşaqlara qulluq edən şəxs kimi göstərilib. Ona görədə Sizin rəhbərlik etdiyiniz nazirliyin ailəmin sosial yardımın verilməsinin dayandırılması haqqında verdiyi qərar qeyri-qanunidir.

Cənab nazir, mən mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm məni şəxsən özünüz qəbul edin. Çünki ailəmin ərzağı üçün yeganə gələn pul sosial yardım idi. Oda artıq kəsilib.Bir neçə dəfə nazirliyin 142 çağrı mərkəzinə zəng etmişəm. Hər dəfə şikayətimi dinləyib, qeydiyyata alıb Sizə çatdırmaq əvəzinə əsassız imtinanı müdafiə edirlər. Çağrı mərkəzi ona görə yaradılıb ki, vətəndaşlar şikayətlərini desinlər.Amma 142 çağrı mərkəzi şikayəti dinləmək əvəzinə müdafiə edirlər. Ona görədə bilirəm ki, məni nazirliyin aşağı vəzifəli şəxslərdən hansısa qəbul etsə çağrı mərkəzinin işçiləri kimiimtinanı müdafiə edəcək. Ona görədə Sizdən bir daha xahiş edirəm məni şəxsən özünüz qəbul edəsiniz. Əks halda nazirliyin qarşısında yandıraraq özümə qəsd edəcəm. Çünki ailəmin sosialı kəsilib. Beş azyaşlı övladımın ac qalmasının şahidi olmaqdansa özümü öldürsəm ondan yaxşıdır

Hörmətlə Qasımova Əfsanə Yasəf qızı
 

Dünyapress TV

Xəbər lenti