66ab8997-2898-4da1-97bc-266451b4d1e5.jpg
 

Ermənistanın ikinci Prezidenti, hərbi cani  Robert Koçaryan Rusiya 1-ci televiziya kanalının "Pozner" proqramı efirində Azərbaycanın düşməni olan jurnalist Vladimir Poznerə müsahibə verərkən Putinin İkinci Qarabağ Müharibəsində oynadığı rola işıq salıb.O, müharibə zamanı Rusiyanın Ermənistanı müdafiə etdiyini növbəti dəfə ifşa edib. 

"BBC Azərbaycanca"nın məlumatına görə Vladimir Pozner Koçaryana belə bir sual verib: "Demək olarmı ki, Rusiyanın iştirakı olmasaydı, çox güman ki, bu müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağı bütövlükdə alacaqdı?"

Robert Koçaryanın bu suala cavabı belə olub: "Rusiya prezidənti şəxsən fəal şəkildə işə qarışmasaydı, çox güman ki, sonluq belə də olacaqdı."

Koçaryan Ermənistanda bəzi qüvvələrin Yerevanın müharibədə məğlub olmasında Rusiyanı günahlandırmağa çalışdıqlarını qeyd edib.

"Bu mövzu çoxdan, hələ müharibədən əvvəldən, xüsusilə Ermənistanın Rusiya meylli olmasından narazı qüvvələr tərəfindən hallandırılır. İndi yeni vəziyyət yaranıb, və həmin qüvvələr Rusiya əleyhinə əhval-ruhiyyələri qızışdırmaq üçün dəridən-qabığdan çıxırlar. Lakin Rusiya müharibəni təhrik etməyib, Rusiya onu dayandırmaq üçün bütün mümkün imkanlardan istifadə edib", - Koçaryan deyib.

Koçaryan hələ oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin, azərbaycanlıların Şuşaya qayıtması şərti ilə, "müharibənin dayandırılması təklifini" xatırladıb.

Koçaryanın sözlərinə görə, müharibəni tamam başqa şəraitdə dayandırmaq imkanı olub, lakin Ermənistan Baş naziri Nikol Paşinyan belə qərar üçün məsuliyyəti öz üzərinə götürmək istəmədi...

Rusiyanın Azərbaycana silah tədarük etməsi ilə bağlı sualın cavabında Koçaryan deyib ki, Rusiya olmasaydı, Azərbaycan başqa yerdən silah alardı.

"Ağlı başında olan insan revanş haqqında düşünməz"

Koçaryan deyib ki, Ermənistan ordusunun hazırkı vəziyyəti revanş haqqında düşünməyə imkan vermir.

"Ermənistan ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli heç bir insanın ağlına revanş haqqında fikir gəlməz", - deyə Koçaryan "əgər hakimiyyətə gəlsə, revanş haqqında düşünəcəkmi" sualının cavabında bildirib.

O, həmçinin deyib ki, "ədalətsiz sülh uzunmüddətli və əbədi ola bilməz".

"Odur ki, vəziyyətə bu cür baxmaq lazımdır: biz münaqişəyə son qoymaq istəyiriksə, gərək onun ədalətli həllini tapaq," - Koçaryan əlavə edib.

Koçaryan: "Ermənistan üçün ən böyük təhlükəni Türkiyə kəsb edir"

Robert Koçaryan

Koçaryan hesab edir ki, ən böyük təhdidi Ermənistan üçün Türkiyə kəsb edir.

"Bizim üçün Türkiyədən gələn təhlükə tarixi, ekzistensial xarakter daşıyır. Bu, ermənilər tərəfindən təhdid kimi qavranılır, və deməliyəm ki, biz də Türkiyə tərəfindən təhlükə kimi qavranılırıq," - Koçaryan deyib.

Onun sözlərinə görə, Ermənistan ehtiyatlanır ki, sərhədlər açılsa, Türkiyə əlindən gələni edər ki, Ermənistan biznes və iqtisadiyyat baxımından Acarıstanın bənzəyişinə çevrilsin.

"Mən burada müəyyən təhlükə görürəm. Ümumiyyətlə bizim Rusiyaya səmtləşməyimiz tək Türkiyəni deyil, amerikalıları da qıcıqlandırır. Və bu geosiyasi təqsimin dəyişməsi üçün Ermənistanda müxtəlif təşkilatlar çox fəal işləyir", - Koçaryan "neoqlobalizm ideya və dəyərlərini təbliğ edən" şərti "sorosçular" adlanan qeyri-hökumət təşkilatları nəzərdə tutduğunu bildirib.

Robert Koçaryan erkən seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak edəcək

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan iyunun 20-də keçirildiyi nəzərdə tutulan erkən parlament seçkilərində partiyalar bloku tərkibində iştirak edəcək.

Koçaryan xatırladıb ki, 10 il ölkə başçısı olsa da, bitərəfdir, heç bir partiya üzvü olmayıb.

"Partiyalar blokunun rəhbəri qismində iştirak edəcəyəm. Yəqin ki, iki partiya olar", - Koçaryan deyib.

Koçaryan blokun hansı siyasi partiyalardan yaradılacağı barədə bir söz deməyib, lakin Ermənistan mediasında bu partiyalardan birinin - Daşnaksutyun Erməni İnqilabi Federasiyası olduğu barədə şayiələr yayılır.

Bölmənin digər xəbərləri

12 Aprel 2021 Erməni diversantların qaytarılması ilə bağlı Rusiyanın vasitəçiliyi niyə baş tutmadı? - GƏLİŞMƏ
12 Aprel 2021 Əfqanıstan prezidenti ölkədə növbədənkənar seçkilərin keçirilməsinə çağırdı
12 Aprel 2021 Almaniyalı deputatlar ölkənin AB-dən çıxmasına dair çağırış ediblər
11 Aprel 2021 Psaki Donbass üzrə ABŞ-la Rusiya arasındakı təmaslardan danışıb - Ryabov isə təkzib edib
11 Aprel 2021 ABŞ dövlət katibi NATO-da görüş keçirəcək - Rusiya ilə Ukrayna arasındakı gərginlik müzakirə ediləcək
11 Aprel 2021 Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”
11 Aprel 2021 Zelenski: “Türkiyənin suverenliyimizin yenidən bərpa edilməsi mövzusundakı dəstəyi önəmlidir”
10 Aprel 2021 ABŞ İranın sanksiyaların götürülməsi ilə bağlı tələbinə münasibət bildirib
10 Aprel 2021 Putin Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyini AÇIQLADI
09 Aprel 2021 "Azərbaycan qalib gələrək tarix yazdı” - İƏT-in Baş katibi
09 Aprel 2021 ABŞ İstanbulda Əfqanıstan üzrə konstruktiv danışıqların keçirilməsi üzərində işləyir
09 Aprel 2021 Pentaqon rəhbəri dörd ölkəyə səfər edəcək
09 Aprel 2021 Qərb Zelenski ilə danışmalıdır, Putinlə deyil - Slutski
08 Aprel 2021 Tarixi Ki-Vest görüşünün 20 ili: Heydər Əliyev Köçəryanı belə susdurdu – VİDEO
08 Aprel 2021 "Bloomberg": ABŞ rusiyalı diplomatları qova və bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edə bilər
08 Aprel 2021 ABŞ və İordaniya liderləri danışıqlar aparıblar
08 Aprel 2021 ABŞ İran əleyhinə bəzi sanksiyaları ləğv etməyə hazırdır
07 Aprel 2021 Rusiya, ABŞ rəsmiləri Ukraynadakı gərginliyi ‘müzakirə ediblər’ - Moskva Baydeni sınağa çəkir
06 Aprel 2021 Tehranın şərti: “Sanksiyalar hissə-hissə yox, tam götürülməlidir”
05 Aprel 2021 Ərdoğandan Qarabağla bağlı Paşinyanla görüşəcək Putinə SƏRT MESAJ: Hər an ordumla birgə...

Dünyapress TV

Xəbər lenti