"Təzadlar" bildirir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Ermənistan Müdafiə naziri Vaqarşak Arutunyanla telefon danışıqlarında Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Ria Novosti yazır ki, "Söhbət əsnasında tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, bölgədəki mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda tapşırıqları yerinə yetirdiyi əraziləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər".
Agentlik onu da əlavə edir ki, nazirlər arasındakı əvvəlki söhbət iki gün əvvəl Rusiya tərəfinin təşəbbüsü ilə baş tutmuşdur. Telefon danışığı zamanı tərəflər Ermənistandakı vəziyyəti, eləcə də sülhməramlıların işi daxil olmaqla qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Sual olunur: Qarabağda Ermənistan qoşunları və ya hərbi bazaları var ki?! Yaxud, Qarabağ Ermənistan ərazisidir ki, Rusiyanın müdafiə naziri Qarabağdakı hərbi vəziyyəti ondan soruşsun? Və nəhayət, Rusiya "mus-mus" deyincə, birdəfəlik "Mustafa" deməlidir, ya da belə müzakirələrdən çəkinməlidir. Qarabağ Azərbaycan ərazisidir və buradakı vəziyyət də Şoyqu ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında olmalıdır.
İnanıram ki, bu və ya digər suallar Zakir Həsənov tərəfindən cənab Şoyquya veriləcək...
Sitat: "Шойгу и Арутюнян обсудили по телефону обстановку в Карабахе
ЕРЕВАН, 27 фев - Sputnik. Министр обороны РФ Сергей Шойгу провел переговоры по телефону с министром обороны Армении Вагаршаком Арутюняном, они обсудили обстановку в регионе и Нагорном Карабахе, сообщает Минобороны РФ. "В ходе беседы обсуждены вопросы двустороннего сотрудничества, текущая обстановка в регионе и районах выполнения задач российскими миротворцами в Нагорном Карабахе, а также другие вопросы, представляющие взаимный интерес", - говорится в сообщении. Предыдущий разговор состоялся два дня назад по инициативе российской стороны. В ходе телефонного разговора стороны обсудили ситуацию в Армении, а также ряд вопросов, представляющих обоюдный интерес, включая работу миротворцев".
Asif MƏRZİLİ