Konqresmen Adam Şiff həmişə erməni tərəfini dəstəkləyir,amma...
Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin bu onun fikridir və Birləşmiş Ştatların, hətta Konqresin də siyasəti deyil.

Teref.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza konqresmen Adam Şiffin "Artsax respublikası”nın müstəqilliyi ilə bağlı açıqlamasını şərh edərkən Media.az-a müsahibəsində bildirib.

"Adam Şiffin nüfuzlu konqresmen olduğunu da etiraf etməliyik. A.Şiff ilə eyni fikirdə olan digər konqresmenlər də var. Onun qondarma "Artsax Respublikası”dan bəhs etməsinin heç bir əhəmiyyəti yoxdur. ABŞ hökuməti mövcud olmayan bu qurumu heç vaxt tanımayacaq. A.Şiff ABŞ-dakı erməni icmasından ciddi dəstək aldığına görə anti-türk mövqeyi tutur.

O, ATƏT-in Minsk Qrupunun işini bərpa etməsini istəyir. Bu Amerika diplomatiyasının ənənəvi yanaşmasıdır. Sülh prosesini möhkəmləndirə biləcək danışıqlara etiraz etdiyinizi açıq şəkildə demək olmaz. Digər tərəfdən aydındır ki, kimsə Minsk formatında danışıqları bərpa etmək istəyirsə, bu danışıqların predmetini, nələrin müzakirə edilməli olduğunu bilməlidir.

Cənab Şiffin, ABŞ-ın erməni icmasının, Ermənistan və Fransa hökumətlərinin nəzərincə, bu, Dağlıq Qarabağın hüquqi statusudur.

Ancaq Bakı və Moskvaya görə, artıq hər şeyə qərar verilib, status yoxdur və bu, 10 noyabr sənədində öz əksini tapıb. Daha doğrusu, bir status var: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir", - M.Brayza qeyd edib.

Bölmənin digər xəbərləri

01 Mart 2021 Tramp Baydenin siyasətini kəskin tənqid edib
01 Mart 2021 Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
01 Mart 2021 İran ABŞ və Avropanın təklifini rədd etdi
28 Fevral 2021 ŞOYQU QARABAĞDAKI VƏZİYYƏTİ NİYƏ ZAKİR HƏSƏNOVLA DEYİL, ARUTUNYANLA MÜZAKİRƏ EDİR???
27 Fevral 2021 Heç vaxt bu işğalı tanımayacağıq - Bayden
26 Fevral 2021 AB Venesuela səfirini “persona non-qrata” elan etdi
26 Fevral 2021 BMT Ermənistandakı vəziyyəti şərh edib
26 Fevral 2021 AB bununla özünü alçaldır - Zaxarova
25 Fevral 2021 BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək
25 Fevral 2021 Bayden Trampın daha bir fərmanını ləğv edib: "ABŞ-ın maraqlarına cavab vermir"
24 Fevral 2021 Ermənistan prezidenti Azərbaycana gələcək - SUSACAĞIQMI?
24 Fevral 2021 Qırğızıstan prezidentinin “qızgördü”sü:ORTA ASİYA CIRTDANININ BAŞÇISI RUSİYANIN AYAĞINA GEDİR
24 Fevral 2021 Nüvə sazişinə qayıdış üçün dar pəncərə:İRAN AMERİKALILARIN "KONFET KAĞIZI"NA ALDANMAYACAĞINA EYHAM VURUR
23 Fevral 2021 Baydenin Münhen konfransında açıqladığı yeni kurs bizə nə vəd edir? - Ekspert danışır
22 Fevral 2021 TƏCİLİ! Prezidentdən ŞOK ADDIM: Parlament BURAXILDI
22 Fevral 2021 Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Tehrandadır
22 Fevral 2021 Ərdoğan və Ruhani arasında mühüm müzakirə
21 Fevral 2021 Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab: "Bu yanaşmanın gələcəyi yoxdur"
20 Fevral 2021 Rusiya SSRİ deyil, Lavrov da Qromıko
20 Fevral 2021 Lavrov Türkiyənin Turan planından danışdı

Dünyapress TV

Xəbər lenti