1600845562274725999_1000x669.jpeg
Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Kiyevdə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin sədri Aleksandr Merejko, Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen, Ukraynanın Veteranlarla İş üzrə nazirin müavini Aleksey İllyaşenko, Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeri Kopeyka, Ali Radanın deputatları, diplomatik korpusun nümayəndələri, Azərbaycanın diaspor təşkilatlarının təmsilçiləri, ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən fotosərgiyə baxış keçirilib. Konfransın moderatoru Yaroslav Bojko tədbiri açaraq məlumat verib ki, Əhmədiyyə Cəbrayılovun doğum günündə onun işığına yığışmaq, xatirəsini anmaq, Ukrayna cəmiyyətini məlumatlandırmaq olduqca önəmlidir.

İkinci Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığından danışan Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi bütün dünyada təntənəli şəkildə qeyd edilir. Səfir bildirib ki, İkinci Dünya müharibəsində 640 min azərbaycanlı döyüşüb, onlardan 350 mindən artığı geri dönməyib.

“Çox təəssüf ki, o illərdən 75 il ötməsinə baxmayaraq, Ermənistanın faşist ideologiyasına görə Azərbaycan torpağında yenə də qan tökülür, insanlar ölür. Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən hələ də işğal altında saxlanılır. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxışı zamanı bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır”, - deyə səfir çıxışında bildirib.

Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen çıxış edərək Əhmədiyyə Cəbrayılovun Fransadakı qəhrəmanlığı haqqında geniş məlumat verib. Səfir bildirib ki, əfsanəvi döyüşçü Fransa Müqavimət Hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin ən yüksək orden və medalları ilə təltif edilmiş Əhmədiyyə Cəbrayılovun, eyni zamanda, müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

Daha sonra konfrans iştirakçıları Əhmədiyyə Cəbrayılovun keçdiyi həyat və döyüş yolu barədə qısametrajlı filmə baxıblar.

Filmdən sonra Aleksandr Merejko, Aleksey İllyaşenko, Valeri Kopeyka, Ukrayna hərbçisi, soydaşımız Vidadi İsrafilov, Azərbaycan Müdafiə Nazirliyinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev əfsanəvi döyüşçü haqqında çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin tanınmış Azərbaycan kinodramaturqu Ramiz Fətəliyevin ssenarisi əsasında Əhmədiyyə Cəbrayılov haqqında Ukrayna və rus dillərində yazılmış kitabın təqdimatı da olub.

Bölmənin digər xəbərləri

25 Oktyabr 2020 Prezidentin köməkçisi: Ermənistan ərazisindən Azərbaycana hərbi hücumlar BMT Nizamnaməsində təsbit edilmiş təcavüz aktıdır
25 Oktyabr 2020 Uşaqları hərbi əməliyyatlara cəlb edən Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir
25 Oktyabr 2020 “Müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?” - İlham Əliyev
24 Oktyabr 2020 Hikmət Hacıyev günün fotosunu paylaşdı
23 Oktyabr 2020 Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində Dövlət katibi Mayk Pompeo ilə görüşüb VİDEO
13 Oktyabr 2020 Misir KİV-ləri Qoşulmama Hərəkatının Azərbaycana dəstək ifadə edən xüsusi bəyanatını yayıblar
13 Oktyabr 2020 Müdafiə Nazirliyi Hadrutdan görüntülər yaydı - Video
25 Sentyabr 2020 Baş Nazirdən təhsillə bağlı yeni qərar
22 Sentyabr 2020 Lavrovdan AÇIQLAMA
22 Sentyabr 2020 Ərdoğandan Azərbaycana dəstək - Qarabağ münaqişəsi
21 Sentyabr 2020 İlham Əliyevin sərt açıqlamasına İrəvandan yumşaq cavab gəldi: “Danışıqları davam etdirməyə hazırıq
21 Sentyabr 2020 YENİ DÜNYA NİZAMININ MƏRKƏZİ ARALIQ DƏNİZİ OLACAQ –Bu dənizə sahib olan 5 qitəni də idarə edə biləcək - ARAŞDIRMA
21 Sentyabr 2020 BMT ABŞ-ın İrana qarşı sanksiya tələbini nəzərdən keçirməkdən imtina edib
21 Sentyabr 2020 ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina etdi
20 Sentyabr 2020 Zaxarova bu səhvə qurban gedir: Lavrovun yerinə o gəlir...
20 Sentyabr 2020 Tramp: “Bayden prezident seçilsə, Çin qalib gələcək”
19 Sentyabr 2020 Aprel döyüşlərinin nəticəsi, separatçıların 5 milyardlıq "iştahı" və torpaqların boşaldılması.... FAKTLAR/VİDEO
19 Sentyabr 2020 Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
18 Sentyabr 2020 “Türkiyə xarici siyasətini dəyişməyəcək...” - Ərdoğan
18 Sentyabr 2020 Rusiya və ABŞ arasında Qarabağ müzakirəsi

Dünyapress TV

Xəbər lenti