Aprel döyüşlərinin nəticəsi, separatçıların 5 milyardlıq "iştahı" və torpaqların boşaldılması.... FAKTLAR/VİDEO
2016-cı ilin “aprel müharibəsi”ndən sonra Ermənistanın ərazilərin qaytarılması ilə bağlı Minsk Qrupuna sənəd-təklif təqdim etdiyi məlum olub.
Teref.az xəbər verir ki, Ermənistan mediasında yayılan məlumatlara görə, sənəddə Laçın dəhlizi istisna olmaqla Qarabağ ətrafındakı rayonlar boşaldırlar, əvəzində İrəvana 5 milyard dollar yardım ayrılmalıdır.

Sənəd-təklif həmin ilin 16 iyununda ünvanlanıb. Bu tarixdən bir ay öncə – 16 mayda prezidentlər Vyanada görüşmüşdü. Həmsədr ölkələrin XİN rəhbərlərinin iştirakı ilə keçirilən həmin görüş ABŞ-ın təşəbbüsü idi. Görüş konkret sənəd ətrafında müzakirədən daha çox, tərəflərin atəşkəsə əməl etməsinə həsr olundu.

Ruslar iyunun 20-də ABŞ-ın münaqişənin həllində təşəbbüsü ələ almaq istəyinə qarşı Sankt-Peterburqda görüş təşkil etdi və görüşdən sonra həmin vaxt Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri olan Novruz Məmmədov “Münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir” açıqlamasını verdi.

“Lavrov planı” dediyimiz və Rusiyanın ictimai-siyasi cameəsinin Paşinyan hakimiyyətini sələfindən miras qalmış razılaşmaya əməl etməkdən boyun qaçırmaqda ittiham etdiyi məsələ bu idi.



Ermənistanın Vyana və Sankt-Peterburq görüşü arasında zamanı fürsət bilib – 16 iyunda 5 milyardlıq sənəd-təklif irəli sürməsi isə ərazilərin qaytarılması məsələsinin real olduğunu, ermənilərin də əvəzində nəsə qoparmağa cəhd etdiklərini göstərir.

Həmin vaxt münaqişə ətrafında xeyrimizə olan bu vəziyyəti “aprel müharibəsi” yaratmışdı, yeni vəziyyətin yaranması üçün müharibə yenə yeganə çıxış yolu kimi görünür…(Publika.az)

Bölmənin digər xəbərləri

13 Oktyabr 2020 Misir KİV-ləri Qoşulmama Hərəkatının Azərbaycana dəstək ifadə edən xüsusi bəyanatını yayıblar
13 Oktyabr 2020 Müdafiə Nazirliyi Hadrutdan görüntülər yaydı - Video
25 Sentyabr 2020 Baş Nazirdən təhsillə bağlı yeni qərar
23 Sentyabr 2020 Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar Kiyevdə tədbir keçirilib VİDEO
22 Sentyabr 2020 Lavrovdan AÇIQLAMA
22 Sentyabr 2020 Ərdoğandan Azərbaycana dəstək - Qarabağ münaqişəsi
21 Sentyabr 2020 İlham Əliyevin sərt açıqlamasına İrəvandan yumşaq cavab gəldi: “Danışıqları davam etdirməyə hazırıq
21 Sentyabr 2020 YENİ DÜNYA NİZAMININ MƏRKƏZİ ARALIQ DƏNİZİ OLACAQ –Bu dənizə sahib olan 5 qitəni də idarə edə biləcək - ARAŞDIRMA
21 Sentyabr 2020 BMT ABŞ-ın İrana qarşı sanksiya tələbini nəzərdən keçirməkdən imtina edib
21 Sentyabr 2020 ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina etdi
20 Sentyabr 2020 Zaxarova bu səhvə qurban gedir: Lavrovun yerinə o gəlir...
20 Sentyabr 2020 Tramp: “Bayden prezident seçilsə, Çin qalib gələcək”
19 Sentyabr 2020 Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
18 Sentyabr 2020 “Türkiyə xarici siyasətini dəyişməyəcək...” - Ərdoğan
18 Sentyabr 2020 Rusiya və ABŞ arasında Qarabağ müzakirəsi
18 Sentyabr 2020 YAP, nəhayət, özü-özünü saflaşdırmağa doğru getməlidir...
17 Sentyabr 2020 ABŞ-dan Rusiyaya: Belarusun suverenliyinə hörmət et!
16 Sentyabr 2020 ABŞ-da tarixi gün: İsrail- Ərəb sazişləri imzalandı
16 Sentyabr 2020 “Daha 5 və ya 6 ölkə İsraillə münasibətləri normallaşdıracaq” - ABŞ
15 Sentyabr 2020 ATƏT-in Minsk Qrupu bəyanat yaydı

Dünyapress TV

Xəbər lenti