“DSNews”: “Tovuz toqquşmasında itirən Moskva, qazanan isə Türkiyə, Azərbaycan və qismən Ermənistan oldu”
“Ankara öz qoşunlarını Azərbaycana göndərməklə Cənubi Qafqazda qüvvələr nisbətini öz xeyrinə dəyişdi, bölgəni nəzarəti altına alaraq regiondakı mövqeyini möhkəmləndirdi”.

Ovqat.com xəbər verir ki, bu iddianı Ukraynanın “DSNews” nəşri irəli sürüb.

Nəşr 12 iyul 2020-ci il tarixində Azərbaycan-Ermənistan sərhədlərində baş verən toqquşmaları şərh edərkən bildirib ki, bu mürəkkəb vəziyyət həm regionda nüfuzunu artıran Türkiyəyə, həm də Moskvanın təsir dairəsindən uzaqlaşmağa Azərbaycan və Ermənistana sərf edir.

Azərbaycan-Ermənistan münaqişəsinə tamamilə başqa rakursdan nəzər salan məqalədə o da iddia olunur ki, Ankara dünyanın böyük gücləriylə sövdələşmədə Aralıq dənizini güzəştə gedərək Cənubi Qafqazdakı mövqelərini gücləndirir.

“DSNews”-un xeyli ciddi iddialarla zəngin “Türk qoşunları Azərbaycanda: Ərdoğan Putini necə qabaqladı?” sərlövhəli məqaləsini diqqətinizə çatdırırıq.

1596172777_2.jpg

Bu il mayın sonlarından etirabən Türk gəmilərinin Kipr şelfində geoloji-kəşfiyyat işləri aparmasıyla Yunanıstan-Türkiyə arasındakı böyüyən münaqişə birdən-birə səngidi.

Hələ iyulun 22 – də Afinanın bütün etirazlarına və hiddətinə baxmayaraq, Ankara "Oruc Reis" gəmisini yalnız Kiprin iqtisadi zonasında deyil, həm də yunanların böyründə-Türkiyənin materik sahillərinin yaxınlığında yerləşən Kastelorizo adası sahillərində enerji resursları axtarışına göndərmişdi və bu fəaliyyətinə Şimali Kipr Türk Respublikasının tanınmamış hüquqlarına əsaslanaraq haqq qazandırırdı.

Buna cavab olaraq, Afina ordusu yüksək hazırlıq rejiminə gətirmiş və döyüş gəmilərini adaya təlimlər keçirmək üçün göndərmişdi. Avropa İttifaqı, ilk növbədə, Almaniya və Fransa bu münaqişədə Yunanıstanın tərəfini tuturdu. Ankara ilə münasibətləri əvvəlcədən pisləşmiş Fransa prezidenti Emmanuel Makron Liviya hökumətini dəstəkləyən (Paris Həftər xilafətini - Kremlin qəyyumluğu altına girmiş tərəfi (satellit) dəstəkləyirdi) Türkiyəyə qarşı sanksiyalar mövzusunu gündəmə gətirmişdi. Almaniya da eyni fikirdəydi.

Bir həftə keçmədi ki, Türkiyə Kastelorizodakı neft və qaz kəşfiyyatını dayandırdı. CNN Türk-ə müsahibəsində Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirdi ki, Yunanıstanla danışıqlara mane olmasın deyə Türkiyə lideri şəxsən bu barədə müvafiq göstəriş verib.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596172753_3.jpg

Nə baş verirdi? Olmaya, Brüsselin təhdidləriylə üzləşən Ərdoğan sanksiyalardan çəkinib geri addım atmışdı?

Qətiyyən. Bu geri çəkilişin daha riskli və maraqlı səbəbləri var. Əsl səbəb isə iyulun 12-13-də Azərbaycan-Ermənistan sərhədlərinin şimal-qərb hissəsində iki Şimali Qafqaz ölkəsinin Silahlı Qüvvələri arasında yenidən alovlanan münaqişədən qaynaqlanırdı. Hansı ki, Türkiyə bu münaqişədə kifayət qədər sərt və açıq şəkildə Bakını dəstəkləyir. Rusiya isə əvvəl sanki müttəfiqi Ermənistanın tərəfini tutsa da, Ankaranın müraciətindən sonra həyəcana qapılıb hətta KTMT-nin təcili iclasından belə, imtina etdi.

Di gəl ki, Ərdoğan açıq-aşkar ortaya qoyduğu bu mövqeyindən geri çəkilmək niyyətində deyil. İyulun 27-də Türkiyə qoşunlarının bir neçə hissəsi birgə təlimlərdə iştirak etmək üçün Azərbaycan ərazisinə daxil oldu. Təlimlər iyulun 29-da başlayır və avqustun 10-dək bir neçə regionda-Bakı (Şərq), Kürdəmir və Yevlax (Mərkəz), Naxçıvan (Qərb, Ermənistanla sərhəddə) və Gəncə (şimal-qərb, Tovuza, yəni iyulun 12-13-də baş verən münaqişə zonasına yaxın bölgədə) davam edəcək.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596172753_3.jpg


Sövdələşmə?

Türkiyənin Yunanıstanla dialoqda gərginliyin azalması, əksinə, Bakı – İrəvan münasibətlərinin gərginləşməsi nə ilə bağlıdır?

Əvvəlcə qeyd edək ki, türklərin ABŞ-la İsraili, Yunanıstan və Kipri təşviq edən EastMed boru kəməri layihəsinə də marağı var.

EastMed bu ölkələrə imkan verəcək ki, bölgənin enerji resurslarını Avropa bazarına çıxarsın və Aİ-ni üç dövlətin nəzarəti altındakı yataqlardan hasil olunan enerji resursları ilə təmin etsinlər.

Yunanıstan, İsrail və Kipr liderləri qaz kəmərinin tikintisi ilə bağlı konsensusa 3 yanvar 2020-ci ildə imza atıblar və Türkiyəsiz “ötüşüblər”. Yumşaq desək, bu, Ankaranı qane etmir. Tarixən ticarətçi millət kimi ad çıxaran türklər vasitəçiliyin tədarükçülükdən daha sərfəli olduğunu yaxşı bilirlər. Və EastMed-in layihəsindən əldə ediləcək böyük qazanclar var və o boru xəttinə qoşulmağa cəhd göstərməmək ağılsızlıq olardı. Bənzər layihə Xəzər regionunun qazının Rusiyadan yan keçməklə Avropaya çatdırılması üçün Türkiyə və Azərbaycan tərəfindən birgə həyata keçirilən TANAP-dır.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596172797_4.jpg

Fəqət bu məqamda ciddi bir problem yaranmışdı: Bakı ilə İrəvan arasında yenidən başlayan münaqişə Ankaranın bu istiqamətdəkı tranzit iddialarını təhlükə altında qoyurdu.

Çox güman ki, vəziyyətin gərginləşməsi, əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətinin nəticəsi idi. Paşinyan müəyyənləşdirmək istəyirdi ki, Kreml İrəvan uğrunda böhranlı vəziyyətlə "ayaqlaşmağa" hazırdırmı, yoxsa iki ölkə arasında alovlanan münaqişənin dəstəklənməsi mövqeyindəmı qalacaq?

Putinin mövqeyi gözlənildiyi kimi "uğursuz” alındı. Böhran baş verəndə Moskva bəyanatlarla kifayətlənməli oldu. Nəticədə Paşinyan xarici siyasət sahəsində manevrlər meydanını genişləndirmək və Qərblə əlaqələrini dərinləşməsinə səy göstərmək üçün gözəl bəhanə əldə etdi.

Türkiyə isə əvvəlcə sərhəd toqquşmalarına aqressiv reaksiya, daha sonra isə hərbçilərini təlimə göndərmək kimi kifayət qədər dəqiq və regional jandarmalığa iddialı gücünü və ambisiyalarını ortaya qoydu.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596172767_5.jpg

Nəticədə hər şey Ankaranın xeyrinədir: Türkiyə regionda nüfuzunu artırır, enerji layihələri üçün risk dərəcəsini azaldır, həmvətənlərini, o cümlədən çoxsaylı Azərbaycan diasporunu öz ətrafında birləşdirir. Paşinyan hökuməti də Bakı və Ankara İttifaqına qarşı həmvətənlərini birləşdirir, Ermənistanı məyus edən Rusiyanın təsirindən çıxmaq şansını artırır, Aİ və ABŞ-ın diqqətini münaqişəyə cəlb edir (ABŞ-da seçki yarışı gedir, namizədlərdən biri də arvadı Kim Kardaşyana görə “erməni olan”reper və respublikaçı Kanye Uestdir).

Uduzan tərəf isə Moskvadır; çünki Türkiyə onu Şərqi və Şimali Aralıq dənizi regionundan – Liviyadan, Suriyadan, İrandan uzaqlaşdırdı. İndisə növbə Qafqaza çatıb.

Türklər rusları qəzəbləndirir

Ərdoğan Azərbaycana qoşun göndərməklə Cənubi Qafqazda qüvvələr balansını öz xeyrinə ciddi şəkildə dəyişdirdi. Və danışıqlardakı mövqeyini də xeyli gücləndirdi, çünki türk hərbçiləri təlimlərə Ərdoğan Putinə zəng etməzdən bir neçə saat əvvəl yola çıxmışdılar.

Qəribədir ki, Türkiyənin müdaxiləsi Moskvada əvvəlcədən proqnozlaşdırılmamışdı. Ankaranın məsələyə reaksiyası Liviyadakı uğurlarla dolu hərbi əməliyyatları zamanı aydın olmuşdu.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2020-07_1596172848_6.jpg

İndi isə Ərdoğana Afina, Kipr, Aİ və İsraillə kompromisdə dirənmək, tranzit layihələrində iştirakla bağlı sövdələşmələr aparmaq qalır. Zira Ankara rəvan şəkildə rəqibdən müttəfiqə və tərəfdaşa çevrilmək şansına malikdir.

Amma mənfi cəhətlər də var. Birincisi, bu mənfi cəhət Ərdoğan hökumətinin beynəlxalq arenada birbaşa davranış modelinə aiddir. O, getdikcə daha inadkar olur, iştahası artır. Oxşar mənzərə Putinin hakimiyyətə gəlməsindən, xüsusilə 2007-ci ilin Münhen nitqindən sonra yaranmışdı: Rusiya Gürcüstan, daha sonra Ukrayna ərazilərini ələ keçirmiş, Qərb isə susmuşdu. Bu gün Ərdoğan da yeni torpaqlar fəth edən avtoritar hakim kimi getdikcə Putinə bənzədilir.

Doğrudur, Moskvanı, əlbəttə, hesabdan çıxarmaq hələ tezdir. Kreml mütəmadi olaraq bütün dünyada (ABŞ – dakı, Türkiyədəki, Aİ-dəki qiyamçı həmvətənlərdən) əngəllər yaradaraq vəziyyəti düzəltməyə cəhd göstərə, bu yaxınlarda Konstitusiyada dəyişikliklərlə güclənən hakimiyyətinin zənginliyini və gücünü sübut edə bilər. Bu eyni zamanda Rusiyanın yaxın qonşuları, ilk növbədə, Ukrayna və çox güman ki, Belarus üçün ciddi fəsadlar törədəcək. Və bu, ikinci mənfi cəhətdir.

Ermənistanda isə Paşinyanın yerinə Qarabağ klanından kiminsə gətirilməsiylə onun hakimiyyətdən uzaqlaşdırılması ehtimalını istisna etmək olmaz. Paşinyan onların bütün silahdaşlarını vəzifəsindən məhrum edib, keçmiş prezidentlərinin yaxasını isə Femidanın əlinə verib.

Azərbaycanla qarşıdurma Paşinyanın mövqeyini Qərblə dostluğun rəsmiləşdirilməsindən əvvəl zəiflədə bilər və "Qarabağ"lılar üçün hakimiyyətə qayıdış yolunda sehrli çubuq ola bilər. Beləliklə, Rusiya dolayı yollarla da olsa, Qafqazda mövcudluğunu saxlayacaqdır.

Vladislav Girman

Bölmənin digər xəbərləri

08 Avqust 2020 Putinin səbri tükəndi: Lukaşenkoya zəng...
08 Avqust 2020 Pozner açıqladı: O, Belarusda yüz faiz qalibdir!
08 Avqust 2020 Belarusda tutulan “Vagner” muzdlularına Suriyadan, sonra Venesueladan zəng gəlib “SERGEY PETROVİÇ” KİMDİR...
07 Avqust 2020 Beyrut partlayışı – “dağıntının” altından kimlər çıxacaq? – TƏHLİL
07 Avqust 2020 Baş nazir ASALA-nı himayə edirmiş – Məxfi sənədlər üzə çıxdı
06 Avqust 2020 “Bu dörd ölkə dünyanı təhdid edir” – ABŞ kəşfiyyat məlumatını açıqladı
06 Avqust 2020 Medvedev Belarusu hədələdi
06 Avqust 2020 Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır
05 Avqust 2020 Rəsmi Moskvadan “Vaqner” döyüşçüləri ilə bağlı Belarus təhdid: "Onları incitməyə imkan verə bilmərik"
04 Avqust 2020 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL
03 Avqust 2020 QAFQAZDA RUS-TÜRK RƏQABƏTİ VƏ GÜC NÜMAYİŞİ – Bölgədəki son gərginliyin alman mediasında əks-sədası
03 Avqust 2020 Erməni lobbisinin təhdidinə İsraildən möhtəşəm centlmen cavabı: "..hazırkı münasibətlər ən yaxşı səviyyədədir”
02 Avqust 2020 İranşünas erməni: Ermənistan Türkiyənin daxili proseslərinə müdaxilə etməlidir
01 Avqust 2020 ABŞ "Maqnitski aktı" üzrə Çinə qarşı sanksiya tətbiq edib
31 İyul 2020 “Rusiya bizimlə birbaşa üzləşmək istəmir, Ermənistanı alət kimi istifadə edir...” - TÜRKİYƏLİ EKSPERT TOVUZ HADİSƏLƏRİ HAQDA
31 İyul 2020 Putinin həll edə bilmədiyi varis planı – Prezidentin keçmiş müşavirindən maraqlı açıqlamalar
31 İyul 2020 Rusiya və Belarus arasında ciddi gərginlik - Kremldən “Vaqner” qrupu ilə bağlı açıqlama
31 İyul 2020 Tramp seçkiləri təxirə salmağı tələb etdi: “Bunu etməsəniz...”
31 İyul 2020 “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
30 İyul 2020 Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən Azərbaycana dəstək - Bəyanat

Dünyapress TV

Xəbər lenti