Prezidentin bir ili: Zelenski oliqarxlardan və reytinqini itirməkdən qorxur
Ekspertlər Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətinin bir ilinə nəzər salıblar: vədlərinin çoxunu yerinə yetirməyib, hakimiyyətə dostlarını gətirib, Rusiyaya münasibətdə radikal davranmayıb...

Bir il əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib. Hər hansı siyasi təcrübəyə malik olmamasına baxmayaraq, o, ikinci turda sələfi Pyotr Poroşenkonu məğlub edərək seçicilərin səslərinin 73%-ni qazanıb.

Zelensk bu müddət ərzində bəzi seçkiqabağı vədlərini yerinə yetirməyə, xüsusilə də deputat toxunulmazlığını ləğv etməyə müvəffəq olub. Bununla yanaşı, Donbassda vəd edilən sülhü o, hələ də gətirməyib. O, həmçinin ölkədə aparılan islahatlarda ciddi irəliləyişə nail ola və əlində hakimiyyəti görünməmiş səviyyədə cəmləşdirməsinə baxmayaraq, "yoxsulluq dövrü"nün öhdəsindən gələ bilməyib. Onu tez-tez həm də mübarizə aparacağını vəd etdiyi şəxsləri vəzifələrə təyin etmək texnikasından istifadə etdiyi üçün tənqid hədəfinə çevirirlər. Bu isə onun işinin effektivliyinə və kadr qıtlığına təsir edir: tez-tez əsas vəzifələrə namizəd yoxdur və ya onlar keçmiş məmurlar arasından axtarılmalıdır.

Gözləntilərə baxmayaraq, Rusiya ilə münasibətlərin normallaşması da baş verməyib: antirusiya ritorikası Zelenski ofisi tərəfindən nəzərəçarpacaq dərəcədə azalıb, lakin yeni prezident Rusiyanı Ukraynanın şərqindəki münaqişədə ittiham etməyə davam edir və Moskvaya qarşı sanksiyaları gücləndirməyə çağırır.

RİA Novosti-nin keçirdiyi sorğuda iştirak edən ekspertlər hesab edirlər ki, Zelenski "bütün bu müddət ərzində prezident olmağı öyrəndi, amma hələ də gəmini fırtınada necə idarə etmək lazım gəldiyini başa düşmür".

Dövlət başçısı postunda olduğu bir ili qiymətləndirən Zelenski, bu dövrdə daha az sadəlövh və daha sərt olduğunu, lakin hələ də yeni rola öyrəşmədiyini bildirib.

"Turborejim"

Zelenskinin bir illik hakimiyyəti dövründə ölkədəki bütün dəyişikliklər "turborejim"də baş verib. Hakim partiya prezidentin və onun ətrafının arzusu ilə baş verən bütün dəyişiklikləri, müəyyən edilmiş qaydaların və məmurların tez-tez dəyişməsini, həmçinin Ali Radada qərarları qəbul etmək istəyini məhz belə xarakterizə edib. Zelenskinin andiçmə günündə ilk qərarı parlamentin buraxılması və ötən ilin yayında keçirilmiş növbədənkənar seçkilərin elan edilməsi oldu. Nəticədə, prezident partiyası 246 mandat əldə edib (zəruri 226 mandatı) və müstəqil koalisiya formalaşdırıb.

Ukrayna siyasi leksikonunda müxalifətin dili ilə "yaşıl printer" termini ortaya çıxdı, çünki "Xalqın xidmətçisi"nin deputatları işin əvvəlində qanunlara, demək olar ki, gecə-gündüz səs verdilər. Bununla yanaşı, hətta həmin qanunların mətnini belə görmək imkanları yox idi. Bu hadisə ona görə yaşıl adlandırılırdı ki, "xidmətçilər"in partiyasının rəmzi yaşıl rəngdə idi.

Rada bir il ərzində həqiqətən də 180-dən çox qanun qəbul edə bilib. Zelenskinin ətrafı konstitusiyada deputat toxunulmazlığının ləğvi ilə bağlı dəyişikliyə nail oldu. Hazırkı prezidentin hakimiyyətə gəlişinə qədər bu ideya illərlə Radada tormozlanıb. Eyni zamanda, qəbul edilmiş yeniliyə görə, deputata qarşı cinayət işini yalnız prezidentin təqdimatı ilə parlamentin təyin etdiyi Baş prokuror qaldıra bilər. Zelenskinin təşəbbüsü ilə Radada impiçment haqqında qanun, açıq regional siyahıları nəzərdə tutan yeni Seçki Məcəlləsi qəbul edilib.

Kadr qıtlığı və "dostbazlıq"

Kadr siyasəti Zelenski idarəetməsinin əsas probleminə çevrilib: ölkəni idarə etmək üçün komandası olmayan adam hakimiyyətə gəlib. Seçkiqabağı ideya olan hakimiyyətə mümkün qədər çox yeni şəxslərin gətirilməsi siyasəti də iflasa uğradı.

"Zelenski və seçicilər düşünürdülər ki, vəzifələrə gətirmək üçün kifayət qədər yeni adam var və hər şeyi tez bir zamanda açmaq mümkündür. Amma məlum oldu ki, belə adamlar yoxdur. Çətin problemləri tez və asanlıqla həll etmək olmaz", - deyə ukraynalı politoloq Vladimir Fesenko bildirir.

"Xalqın xidmətçisi"nin deputatları arasında yeni şəxslər tez bir zamanda "köhnələrə"çevriliblər. Faktiki olaraq, hakimiyyət partiyası qeyri-formal təsir qruplarına bölünüb və artıq çoxdan qeyri-sabit fəaliyyət göstərir. Torpaq bazarı və "Bank fəaliyyətinin bəzi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" qanunlarla bağlı son əsas səsvermələr göstərdi ki, Zelenskinin Radada sabit koalisiyası artıq yoxdur.

"Komandanı tələsik yığdığı üçün onun intizamlılığının, səfərbərliyinin yeganə meyarı o, özüdür. Çünki ideoloji və ya dəyər amili yoxdur. Zelenski olmasa, onun yaratdığı sistem də olmayacaq", - deyə Fesenko hesab edir.

Səmərəsiz kadr siyasəti Ukrayna iqtisadiyyatında da problemlərə gətirib çıxardı. Baş nazir Aleksey Qonçaruk başda olmaqla, Zelenskinin ilk hökuməti dövlət büdcəsinə gəlirlərin daxilolmasını iflasa uğratdı, bu da sosial ödənişlərlə bağlı problemlər yaratdı və nəticədə Nazirlər Kabineti istefası verməli oldu . Qonçaruku əvəz etməyə Denis Şmıqal gəldi. Eyni zamanda, Qonçarukun keçmiş hökumətinin bəzi üzvlərini hələ də Zelenskinin ofisində axtarırlar. Ukrayna Radasında tezliklə koronavirus epidemiyasının baş verməsi fonunda iqtisadiyyatın sabitləşdirilməsi üçün plan təklif edə bilməyən bu Nazirlər Kabinetinin də istefaya gedəcəyini istisna etmirlər.

"Kadr siyasətində qəribə şeylər baş verir - hakimiyyətə artıq sadəcə keçmişdən olan insanlar yox, çox şübhəli siyasi bioqrafiyaya malik insanlar qayıdır. Özü də bütün düşərgələrdən: həm Viktor Yanukoviçin (eks-prezident) düşərgəsindən, həm də Pyotr Poroşenkonun düşərgəsindən. Aydındır ki, kadr siyasəti yoxdur", - deyə "UA Mərkəzi "İctimai Təşkilatının rəhbəri Oleq Rıbaçuk "Novoye vremya" nəşri üçün yazdığı köşədə bildirib.

Ukraynanın Siyasi Təhlili və Menecment İnstitutunun direktoru Ruslan Bortnikin sözlərinə görə, kadr siyasətindəki səhvlər aydındır, çünki Zelenski yarım ildən sonra hökuməti, Baş prokuroru və prezident ofisinin rəhbərini dəyişmək məcburiyyətində qalıb. "Bu, onun kadr siyasətinin sistemsiz olduğunu göstərir, tez-tez təsadüfi insanlar hakimiyyətə gəlirlər və hətta reytinqin düşməsi hesabına belə, onlardan tez yaxa qurtarmaq lazım gəlir", - deyə ekspert RİA Novosti-yə bildirib.

Zelenskinin seçkilərdə qalib gəlməsinə kömək edən amillərdən biri onun sələflərinin dövründə olduğu kimi, dostlarını və qohumlarını hakim postlara təyin etməyəcəyi barədə vədi idi.

"Narahat olmayın. Bizdə qohumbazlıq olmayacaq", - Zelenski 2019-cu ilin aprelində jurnalistlərin onun dövlət vəzifələrinə kimləri təyin edəcəyi barədə suallarına cavab olaraq bildirmişdi. Bir il sonra dövləti vəzifəyə "Studiya Kvartal 95"in ("95-ci məhəllənin studiyası" - Zelenskinin təsisçilərindən biri olduğu audiovizual şirkət-red.) növbəti iştirakçısı təyin ediləndə ukraynalılar artıq təəccüblənmirdilər.

Zelenski ilk qərarı ilə uşaqlıq dostu, bundan əvvəl "Kvatral 95" ASC-nin rəhbəri işləmiş İvan Bakanovu təhlükəsizlik xidmətinin rəhbəri təyin etdi. Zelenskinin çoxillik yoldaşı və biznes tərəfdaşı, "Kvartal 95" studiyasının həmtəsisçisi Sergey Şefir onun məsləhətçisi oldu. Prezidentin ofisinin rəhbəri "Kvartal"ın hüquqşünası və Zelenskinin dostu Andrey Yermak idi. "Kvartal"dan hakimiyyət postların təyin olunanların sayı artıq çoxdandır zarafat mövzusudur. Məsələn, tez-tez deyirlər ki, nə əcəb keçəl (Zelenskinin yaxın dostu Yevgeni Koşevin belə adlandırılır-red.) hələ də vəzifəsiz qalıb?! Ukraynalı jurnalistlər zarafatla deyirlər ki, "kvartalçılar" sona çatandan sonra kollektivin konsertlərində hamıdan möhkəm əl çalan və qəhqəhə çəkən insanları vəzifəyə qoymaq mümkün olacaq.

Korrupsiyaya qarşı mübarizə və vəd edilən enişlər

Poroşenko ilə stadiondakı debatlarda Zelenski əlamətdar bir cümlə işdib: "Mən sizin hökmünüzəm". Zelenskinin ətrafının əsas seçkiqabağı şüarlardan biri belə səslənirdi: "Bahar gələcək, biz əkəcəyik". Dəfələrlə korrupsiyaya qarşı dözümlülüyün sıfır səviyyəsində olacağını bəyan etməsinə, ölkədə proseslərin "öz adamları" tərəfindən idarə olunma dövrünün Poroşenkonun prezidentliyi ilə bir yerdə başa çatdığını nümayiş etdirmək cəhdlərinə baxmayaraq, Zelenski özü artıq böyük korrupsiya qalmaqalına bulaşıb.

Mart ayının sonunda prezident ofisinin rəhbəri Yermakın qardaşının dövlət vəzifələrinə namizədlərlə söhbətlər apardığını və bunun üçün pul aldığını göstərən videogörüntülər yayımlandı. Yalnız bir həftə sonra, Zelenskinin ofisində bu qalmaqala reaksiya verildi. Qeyd edildi ki, videodakı şəxslərdən heç biri hələ ki vəzifələrə təyinat almayıb, amma "bütün göstərilən faktlar diqqətlə yoxlanılmalıdır". Daha sonra Araşdırma üzrə Dövlət Bürosu Yermakın dövlət vəzifələrinin satılmasına dair materialların yayılması ilə bağlı ərizəsi üzrə cinayət işi açdı. Antikorrupsiya Prokurorluğu şəxslərin dövlət hakimiyyəti orqanlarına vəzifəyə təyin edilməsi zamanı sui-istifadə hallarına yol verilməsi faktı üzrə cinayət işi qaldırıb. Daha sonra bu işi "dələduzluq" kimi təsnifləşdirdilər.

Zelenski özü, bir il ərzində korrupsionerlərin "əkilməsi" barədə vədini niyə yerinə yetirmədiyini izah edərkən deyib ki, hüquq-mühafizə orqanlarına birbaşa təsir göstərə bilməz. Bu müddət ərzində üzərinə getdikləri səs-küylü işlərdən biri Poroşenko barəsində cinayət işinin icraatı olub. O, "dövlətə xəyanət", "cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması" və "hakimiyyətdən sui-istifadə" maddələri ilə başlanmış 16 cinayət işinin fiqurantıdır.

Donbass fasilədə

Zelenski il ərzində öz işində Donbasdakı hərbi münaqişənin dayandırılmasına daha çox diqqət yetirib. Ötən ilin sonlarında Fransa, Almaniya, Ukrayna və Rusiya liderləri üç illik fasilədən sonra "Normand formatı"nda danışıqlar masası arxasına əyləşdilər. Ukraynanın şərqində keçirilən görüşün nəticələrinə əsasən, bir sıra bəndlərin qüvvəyə minməsi, həmçinin, RF və özünü respublika elan etmiş DXR və LXR ilə "saxlanan" şəxslərin mübadiləsi həyata keçirilir.

"Əminəm ki, mənim kondensiyamla bu müharibəni bitirəcəyik... Əgər Minsk prosesi işləməsə, mən bir il işləməyə hazıram, biz taktikanı dəyişməyə hazırıq. Hələ bir il keçməyib", - deyə Zelenski dəfələrlə bəyan edib.

Minskdəki Donbass üzrə əlaqə qrupu regionun xüsusi statusu haqqında qanunun qüvvəyə minməsi qaydasını müəyyən edən "Ştaynmayer formulunu" razılaşdırıb. Formulun Ukrayna paytaxtında razılaşdırılmasından sonra, eləcə də ölkənin bir sıra digər şəhərlərində Kiyevin bu cür qərarının əleyhdarlarının mitinqi keçirilib. Donbassın statusu haqqında qanun hələ də Radanın divarları arasında görünmür.

Zelenski may ayında Minskdəki əlaqə qrupunun tərkibini gücləndirdi, ora, o cümlədən, Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin məsələləri üzrə nazir Aleksey Reznikov daxil oldu.

"Danışıqlar prosesinin donu açılıb və bu, şübhəsiz, Zelenskinin müsbət tərəfidir. Amma təəssüf ki, "Normand dördlüyü" nün ikinci görüşü baş tutmadı. Burada koronavirus səbəb deyil, səbəb ilk görüşün nəticələrinin hələ yerinə yetirilməməsidir. Başlanğıcın müsbət olmasına baxmayaraq, bu gün Zelenski müəyyən qəti addımlara yaxınlaşıb ki, Donbassla bağlı mürəkkəb qərarlar qəbul etmək lazımdır. Aydındır ki, bu məsələdə ölkə daxilində sağ radikallardan istifadə ediləcək. Lakin bunsuz da yenidən inteqrasiya mümkün deyil", - deyə Bortnik agentliyə vəziyyəti şərh edərkən bildirib.

Moskva və Qərblə münasibətlər

Xarici siyasətdə Zelenski Kiyevin avrointeqrasiya istiqamətini saxlayıb və NATO ilə əməkdaşlığı davam etdirir. Bununla yanaşı, prezidentin ofisində NATO və Aİ-yə üzvlüyə ümidin yaxın onilliklərdə qalmayacağı şəraitdə Ukraynanın necə xarici siyasət yürüdəcəyinə dair dəqiq strategiya yoxdur.

"Komanda strateji planlaşdırmanı hiss etmir - bu, ilk növbədə, prioritetlərin müəyyən edilməsidir. Əslində, biz köhnə xoşniyyətli çoxvektorluğu davam etdiririk", - deyə Beynəlxalq Perspektiv Tədqiqatlar Mərkəzinin eksperti Nikolay Kapitonenko bildirib.

Politoloq Bortnik isə öz növbəsində bildirib ki, çoxvektorluq siyasətinə qayıtmaqdan danışmağa dəyməz, yeni prezident sadəcə Avrointeqrasiyanı Poroşenko kimi canfəşanlıqla irəli aparmır.

"Biz Avropaya inteqrasiya prosesini dayandırmışıq, lakin buna nə Zelenskinin mövqeyi, nə böhran, nə də koronavirus təsir etməyib. Sadəcə Qərb Ukraynadan bir qədər geri çəkilib və öz problemlərinə qayıdıb. Heç kim Aİ və NATO kursundan imtina etmir, bu vəziyyət Konstitusiyada da qalır, lakin heç kim bu prosesləri sürətləndirmir", - ekspert belə hesab edir.

Rusiya ilə münasibətlərdə Ukrayna tərəfi aqressiv ritorikanı nəzərəçarpacaq dərəcədə yığışdırıb. Rəsmi Kiyev Donbass məsələsində Moskva ilə təmas nöqtələrini tapmaq üçün danışıqlarda "Krımın işğaldan azad olunması"məsələsini hətta mötərizədən çıxarıb. Bundan başqa, Ukrayna hakimiyyəti nümayəndələri mütəmadi olaraq informasiya məkanına Krıma su vermək ideyasını atırlar.

"Bizdə Rusiya ilə münasibətlər gürcü ssenarisi üzrə gedir, burada bir tərəfdən, vacib tranzit qaz müqaviləsi bağlanıb, ticarət üçün əngəllər azalıb, digər tərəfdən isə hansısa siyasi normallaşmadan danışmağa dəyməz. Rusiyanın Ukraynada səfiri yoxdur və siyasi münasibətlər çox aşağı səviyyədədir", - Bortnik hesab edir.

Donbassda vəziyyət fonunda Moskva ilə Kiyev arasında münasibətlər pisləşib. Ukrayna hökuməti əvvəllər dəfələrlə Rusiyanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. 2015-ci ilin yanvarında Ali Rada Rusiya Federasiyasını "təcavüzkar ölkə" adlandırdığı bəyanatı qəbul edib. Rusiya Ukrayna tərəfinin ittihamlarını inkar edir və qəbuledilməz adlandırır. Moskva dəfələrlə bəyan edib ki, ukraynadaxili münaqişənin tərəfi deyil və Kiyevin siyasi və iqtisadi böhrandan çıxmasında maraqlıdır.

Krım 2014-cü ilin martında keçirilmiş referendumdan sonra Rusiyanın bir regionuna çevrilib ki, burada da Krım seçicilərinin 96,77% -i, Sevastopol sakinlərinin isə 95,6% -i Rusiyanın tərkibinə daxil olduqlarını bəyan ediblər. Krım hakimiyyəti Ukraynada dövlət çevrilişindən sonra 2014-cü ilin fevralında referendum keçirib. Ukrayna əvvəlkitək Krımı özünün, lakin müvəqqəti olaraq işğal edilmiş ərazisi sayır. Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, "Krım sakinləri beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə tam uyğun olaraq Rusiya ilə birləşməyə səs veriblər". Rusiya prezidentinin sözlərinə görə, Krım məsələsi "tam qapanıb".

Reytinqin düşməsi

Səhvlərə və cəmiyyətə həmişə aydın olmayan qərarlara baxmayaraq, əgər yaxın zamanlarda keçirilsəydi, Zelenski yenidən seçkilərdə qalib gələcəkdi. Sosial sorğuların son nəticələrinə görə, onun üçün potensial seçicilərin 40% - dən çoxu səs verməyə hazırdır.

Ötən il seçkinin ilk turunun nəticələrinə görə, o, bütün namizədlər arasında səslərin ən çoxunu (30,24%), o zamankı prezident Poroşenkodan iki dəfə artığını qazanıb. Seçkinin ikinci turunda Zelenski səslərin 73,22% qazanaraq qalib gəlib.

"Zelenskinin Partiyası on ay ərzində öz seçicisinin dördə birini itirib, Zelenskinin özü isə seçicilərinin 30% -ni itirib. Baxmayaraq ki, reytinqlər yüksək olaraq qalır, yüksək hədd 73%-dir, onların itirilməsi dinamikası hələ də mənfidir. Bu, Yanukoviç və Poroşenkonun qarşılaşdığı eyni tendensiyalarla müqayisə edilə bilər", - deyə Bortnik RİA Novosti-yə bildirib.

Onun fikrincə, cəmiyyətdə çoxları bu elektoral inqilabın, sistemsiz siyasətin seçilməsinin siyasi inqilaba və sosial-iqtisadi əlaqələrin transformasiyasına gətirib çıxaracağını gözləyirdi. Lakin bu baş vermədi və Zelenski sələflərdən ona qalan idarəetmə sisteminə rəhbərlik etməkdədir.

Oxşar fikirləri "Demokratiya evi" Mərkəzinin siyasi analitiki Anatoli Oktisyuk ifadə edib.

"Belə təəssürat yaranır ki, hakimiyyət dəyişib, köhnə qaydalar isə sadəcə, Poroşenko dövründə olduğu kimi sərt deyil. Mənə elə gəlir ki, Zelenski oliqarxlardan qorxur, reytinqini itirməkdən və ya kiminsə onun haqqında pis yazmasından qorxur. Axı, hamının alqışlamalı olduğu aktyor sindromu heç yerə getməyib", - deyə politoloq bildirib.

Bölmənin digər xəbərləri

26 May 2020 “PUTİN AVRASİYA İTTİFAQINI DAĞITMAQ İSTƏYİR” –Rusiyanın pulsuzlaşdığını görən ermənilər ondan üz çevirməyə başlayıblar
25 May 2020 ABŞ G7 sammitinin vaxtını dəyişdi
24 May 2020 "“Füzuli kartı” gerçəkləşmədiyi üçün "Kəlbəcər "kartı işə salındı" - Partiya sədri
23 May 2020 Astana sükutu: Ankara yenə təklənir - Politoloq
23 May 2020 NATO Rusiyanın qarşısında şərt qoydu
21 May 2020 Kremlin antiçin kampaniyasına qoşulma cəhdi "Asiya əjdahası"nı qəzəbləndirib - TƏHLİL/VİDEO
20 May 2020 Yaxın Şərqdə yeni gərginlik - Fələstin bütün anlaşmalardan çıxdı
20 May 2020 Qorqud partiyasının İranla bağlı bəyanatı
18 May 2020 TÜRKİYƏNİN ŞƏRQİ AĞ DƏNİZDƏ YENİ STRATEGİYASI: "Trablusa hərbi qüvvə yerinə, Qahirə və Təl-Əvivə diplomat göndərilməlidir" - TƏHLİL
18 May 2020 Qərbi Azərbaycan-İrəvan Muhacir Hökumətinin yaranaması ilə bağlı Turan partiyasının bəyanatı
16 May 2020 GƏLƏCƏK 100 İL ÜÇÜN QURULAN TƏMƏL:“Dərin Amerika" "Main Street”-lə “Wall Street”-i birləşdirmək planı hazırlayır - ARAŞDIRMA
14 May 2020 GÜCLÜ VƏ QORXULU RƏQİB…- Belarus üçün "Silikon vadisi" quran, ölkəyə milyardlar qazandıran keçmiş məmur Lukaşenkonu yola salır?
14 May 2020 Co Bayden seçki yarışında Trampı qabaqlayıb
09 May 2020 Conson Putinə: "İki ölkə arasındakı münasibətlərdə problemlər qalmaqdadır"
09 May 2020 “Avropanı bir dövlətdə birləşdirmək istəyirlər” – Macar Baş nazirdən şok
07 May 2020 Putinin reytinqi 22 ildə ən aşağı həddə düşüb - “Levada“ sorğu mərkəzi
06 May 2020 TÜRKİYƏNİN “QIRMIZI CİZGİLƏRİ”ni SOLDURACAQ MƏKTUB:Ankara ABŞ-la münasibətləri niyə yumşaldır? - TƏHLİL
06 May 2020 Avropa İttifaqı qarışdı: Almaniyadan gələn şok qərarla fövqəladə toplaşırlar
03 May 2020 Azərbaycan Dağlıq Qarabağda hərbi əməliiyata başlasa, qarşısında İranı görəcək – ŞOK İDDİA
02 May 2020 BMT TŞ pandemiya zamanı ölkələrə yardım tədbirləri barədə qətnaməni müzakirə edir

Dünyapress TV

Xəbər lenti